Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Emerson Process Management” şirkətinin Avropa üzrə prezidenti BANM-də çıxış edib

“Emerson Process Management” şirkətinin Avropa üzrə prezidenti BANM-də çıxış edib

11.04.2015 [11:51]

“Emerson Process Management” şirkətinin Avropa üzrə prezidenti Royland Van Doren Bakı Ali Neft Məktəbində (BANM) olub və ali məktəbin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə görüş keçirib. Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov qonağı salamlayıb və onu ali məktəbdə görməkdən məmnunluq ifadə edib. 2014-cü ilin iyul ayının 8-də BANM və “Emerson Process Management” şirkəti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını xatırladan rektor sözügedən şirkətin Avropa üzrə prezidenti Royland Van Dorenin ali məktəbə səfər etməsinin ikitərəfli əməkdaşlığın həyata keçirilməsində növbəti praktik addım olduğunu deyib. O, bu əməkdaşlığın proseslərin avtomatlaşdırılması sahəsində yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəyini deyib.
Azərbaycanın ən nüfuzlu ali məktəblərindən biri olan BANM-də olmasından razılıq ifadə edən Royland Van Doren dəvətə görə BANM-in rəhbərliyinə təşəkkürünü bildirib. O, tələbələri təmsil etdiyi şirkət haqqında ətraflı məlumatlandırıb. R.V.Doren BANM və rəhbərlik etdiyi şirkət arasında əldə olunan əməkdaşlıq əsasında şirkətin mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə mühazirə və seminarların keçirilməsinin, təcrübə mübadiləsinin təşkilinin, bu istiqamətdə fəaliyyətin inkişaf etdirilməsi məqsədilə BANM-də xüsusi təlim laboratoriyasının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.
Görüşdən sonra Royland Van Doren BANM-in tələbələri üçün “Liderlik - Təşkilati uğurlara aparan yol”, “Effektiv liderliyin əsasları”, “Çoxsahəli liderlik” mövzularında mühazirə ilə çıxış edib. Sonra o, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Sonda “Emerson Process Management” şirkətinin Avropa üzrə prezidenti Royland Van Doren BANM-in “Fəxri qonaq” diplomu ilə təltif olunub.

Paylaş:
Baxılıb: 722 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30