“Kitabi-Dədə Qorqud”un izi ilə” adlı silsilə tədbirlər keçirilib
14.04.2015 [10:00]
Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi, oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib. Bu silsilədən ilk tədbir aprelin 11-də Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində baş tutub. “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərliyi və iştirakı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, Bakı Slavyan Universitetinin, Elitar Gimnaziyanın, Qəbələ rayonu Nic kənd orta məktəbinin müəllim, tələbə və şagirdləri, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, Beyləqan və Xocavənd məktəbliləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xocavənd qəsəbəsində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək qoyublar.
Xocavənd qəsəbəsindəki mədəniyyət evində keçirilən tədbirdə əvvəlcə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı “Kultura +” İnternet Televiziyası tərəfindən çəkilmiş film nümayiş etdirilib. Sonra Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək onun işinə uğurlar arzulayıb. Bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən Qaraçuq dağının Xocavənd ərazisində yerləşməsi, yerli əhali arasında Qaraca çobanla bağlı rəvayətlərin dolaşması onu deməyə əsas verir ki, dastanda bəhs olunan hadisələrdən bəziləri məhz Nərgiztəpə yaxınlığında baş verib. Buradakı qədim qəbiristanlıqda qəbirin birinin də məhz Qaraca çobana aid olduğu güman edilir.
Tədbirdə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı mühazirəsi dinlənilib. Bildirilib ki, “Kitabi-Dədə Qorqud”un əlyazmalarını toplayan alman diplomatı Fridrix fon Dits 1815-ci ildə “Basatın təpəgözü öldürməsi boyu”nu alman dilinə çevirərək çap etdirib. Fridrix fon Dits kitaba yazdığı “Ön söz”də oğuz xalqları, “Kitabi-Dədə Qorqud” dastanı haqqında geniş məlumat verib, dastanı qədim yunan mifləri ilə müqayisəli şəkildə təhlil edib.
“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamının əhəmiyyətini vurğulayan K.Abdullayev diqqətə çatdırıb ki, Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, elm və təhsil ocaqlarının, müxtəlif təşkilatların üzərinə dastanın tədqiqi ilə bağlı vəzifələr qoyulur.
Tədbirdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Elitar Gimnaziyanın müəllim və şagirdləri, Qəbələ, Beyləqan və Xocavənd məktəbliləri və başqaları çıxış edərək, “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı fikirlərini bildiriblər.
Aprelin 12-də Beyləqan rayon Mədəniyyət Evində keçirilən tədbirdə Bilik Fondunun “İlboyu bilik” proqramı əsasında “Qardaşlaşmış məktəblər” layihəsinin növbəti mərhələsi icra olunub. Layihə çərçivəsində dörd orta ümumtəhsil müəssisəsi - Bakı şəhəri İlyas Əfəndiyev adına Elitar Gimnaziya, Xocavənd rayonu Salakətin kənd, Qəbələ rayonu 1 saylı Nic qəsəbə və Beyləqan rayonu 1 saylı tam orta məktəbləri arasında “Qardaşlaşma sazişi” imzalanıb. İndiyədək 40-a yaxın məktəbi qardaşlaşdıran Bilik Fondu ilk dəfədir ki, 4 məktəbi eyni vaxtda qardaşlaşdırır. Bu məktəblərdə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri təhsil alırlar. Bu mənada imzalanan saziş olduqca mühüm əhəmiyyət kəsb edir. Sazişin imzalanmasından sonra Kamal Abdullayev şagirdlərin “Qardaşlaşma sazişi”nə imza atmaqla yeni dostlar qazandıqlarına və bu dostluğun uzun müddət davam edəcəyinə inandığını bildirib.
Daha sonra “Kitabi-Dədə Qorqud” əxlaq və mənəviyyat dərsliyimizdir” mövzusunda şagird, tələbə və müəllimlərin iştirakı ilə elmi-praktiki konfrans keçirilib. Konfransı açan akademik K.Abdullayev bildirib ki, bəlkə də, çoxları “Kitabi-Dədə Qorqud” dastanlarının repressiya olunmuş bir epos olduğundan məlumatsızdır: “Sovet rejiminin ağır illərində bu dastanı oxumaq mümkün deyildi. Ancaq 50-ci illərin axırlarında xalq öz dastanına bir daha qovuşa bildi. Alimlərimiz dastanla bağlı tədqiqatlar yazdılar, yazıçılar bu əsərlər ətrafında müxtəlif janrlarda xeyli əsərlər yaratdılar. Bundan sonrakı dövr ərzində də “Kitabi-Dədə Qorqud”la bağlı silsilə tədbirlər həyata keçirərək bu ölməz dastanımıza məhəbbətimizi nümayiş etdirəcəyik”.
Konfransda AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova və ədəbiyyatşünas alim Rüstəm Kamal məruzələrlə çıxış ediblər. Beyləqandakı N saylı hərbi hissənin əsgəri, Bakı Slavyan Universitetinin məzunu Elnur Mustafayev vətənin müdafiəsində məhz Dədə Qorqud dastanlarının qəhrəmanlarının nümunəsinə istinad etməyin vacibliyini dilə gətirib. Tədbirdə qardaşlaşmış məktəblərin şagirdləri “Kitabi-Dədə Qorqud” dastanlarının süjetlərini əks etdirən maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Bundan başqa, Bilik Fondunun təşəbbüsü ilə nümayəndə heyəti Beyləqanın N saylı hərbi hissəsində əsgər və zabitlərlə görüşüb. Hərbi hissəyə Bilik Fondunun hazırladığı sovqat və hədiyyələr, kitablar təqdim olunub. Hərbi hissədə konsert proqramı təşkil olunub. Hərbi hissənin kəşfiyyat tağımı xüsusi döyüş bacarığını nümayiş etdirib.
Xəbər lenti
Hamısına baxGündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30

