İlk Avropa Oyunları Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxından tanıdacaq
01.05.2015 [10:07]
Ölkəmizdə Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri uğurla davam etdirilir. Mübaliğəsiz Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır deyə bilərik. Sözsüz ki, bu cür mötəbər tədbirin Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının açıq göstərcisidir. Ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, eləcə də, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlar Avropa Oyunlarının Azərbaycanda təşkil olunmasını şərtləndirən başlıca faktorlardır. Ölkəmizdəki mövcud infrastruktur istənilən səviyyəli beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etməyə imkan verir.
İlk Avropa Oyunlarına bu gün ictimai təşkilatlarla yanaşı, gənclər də böyük dəstək və maraq göstərirlər. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəalı Rəşad Məmmədovun sözlərinə görə Oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın güclü potensialını, istənilən nəticəni əldə etmək imkanları olduğunu açıq şəkildə göstərir: “İlk Avropa Oyunları bizim üçün çox böyük qazancdır. Bu oyunlar Azərbaycanı Avropada təbliğ edir. Qərb dünyası Azərbaycan dəyərlərini və Azərbaycanın yaşam tərzini daha yaxından izləyə biləcək. İlk Avropa Oyunlarına gələn hər bir insan Azərbaycan haqqında daha çox məlumat əldə edəcək, Azərbaycanın mədəniyyəti, tarixi, qonaqpərvərliyi ilə tanış olacaq. Biz gənclər inanırıq ki, bu yarışlarda da idmançılarımız böyük uğurlara imza atacaq və parlaq qələbələri ilə doğma azarkeşlərini sevindirəcək”.
Fəal gənc Nərmin Əliyeva da birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin əhəmiyyətini çox yüksək qiymətləndirib: “Bu, böyük tarixi hadisədir. Çünki Avropa Oyunları ilk dəfədir ki, keçirilir və Oyunlara məhz Azərbaycan ev sahibliyi edir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranıb və ondan sonra Avropa qitəsində də bərpa edilib, ancaq bu günədək Avropa Oyunları keçirilməyib. İlk Oyunların Bakıda keçirilməsi, əlbəttə, böyük nailiyyətdir və uğurumuzdur. Bu tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib. Baxmayaraq ki, təxminən 24 ildir müstəqil dövlət kimi yaşayırıq bu gün Azərbaycan dünyada çox etibarlı tərəfdaş və dost kimi tanınır. Avropa idman ailəsinin bizə göstərdiyi etimadın təməlində, eyni zamanda, idmançılarımızın uğurları dayanır. Çünki Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm Dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir”.
V.CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

