Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Müstəqil mətbuatımızın inkişafı 1993-cü ildən başlayıb

Müstəqil mətbuatımızın inkişafı 1993-cü ildən başlayıb

10.07.2015 [09:57]

Şərəfli və keşməkeşli bir yol keçən Azərbaycan mətbuatı hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Elə Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamı da milli mətbuatımızın dövlət qayğısı ilə əhatə olunmasından xəbər verir. Yeri gəlmişkən, Sərəncama əsasən, Prezident Administrasiyasına Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etmək, habelə jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təkliflər vermək və Prezidentə təqdim etmək tapşırılıb. Qeyd edək ki, bu Sərəncam əsasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən xüsusi tədbirlər planı təsdiqlənib və artıq icraya yönəldilib. Bununla yanaşı, mərkəzi, yerli icra hakimiyyətləri orqanlarına Sərəncamdan irəli gələn məsələlərlə bağlı xüsusi tapşırıqlar verilib.
Biz də “Yeni Azərbaycan” qəzeti olaraq yubiley ərəfəsində ölkəmizdə söz-fikir azadlığı və plüralizmin inkişafı, mətbuata dövlət qayğısı, eləcə də, milli mətbuatımızın keçdiyi şərəfli yol haqqında dəyərli fikirlərini bölüşmələri üçün ölkəmizin sayılıb-seçilən ahıl jurnalistlərinə müraciət etmək qərarına gəldik.
140 illik yubiley ərəfəsində qəzetimizə açıqlama verən tanınmış jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Bəhruzər Rüstəmov “Azərbaycan mətbuatı çox uzun və şərəfli bir yol keçib” - deyib. O, müstəqil Azərbaycan mətbuatının hazırkı inkişaf tarixinin məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: “Bu il Azərbaycan mətbuatı özünün 140 yaşını qeyd etsə də, müstəqil mətbuatımızın inkişaf dövrü 1993-cü ildən başlayıb. Belə ki, 1993-cü ildən sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində mətbuatımızın inkişafı ilə bağlı sistemli, ardıcıl tədbirlər görüldü. 1998-ci ildə mətbuatın üzərində hələ SSRİ dövründən qalmış senzuranın ləğvi və mətbuatın inkişafı istiqamətində hüquqi bazanın formalaşması bu baxımdan böyük əhəmiyyət kəsb etdi”.
B.Rüstmov onu da bildirib ki, son dövrlərdə Prezident İlham Əliyevin atdığı addımlar göstərir ki, mətbuata doğma münasibət artıq ənənə halını alıb: “Bunun sayəsində də bu gün milli mətbuatımız özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Ölkə başçısı tərəfindən Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında imzalanan Sərəncam isə onu göstərdi ki, dövlət milli mətbuatın, söz azadlığının, fikir plüralizminin inkişafında maraqlıdır”.
Azərbaycan mətbuatında söz və fikir azadlığının yüksək səviyyədə təsbit edildiyini deyən Bəhruzər Rüstəmov bu sahədə jurnalistlər üçün heç bir məhdudiyyətin olmadığını bildirib. O, eyni zamanda, hər bir jurnalistin yüksək vətənpərvərlik hissinə malik olmasının vacibliyini də qeyd edib: “Jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Məhz bu duyğular ərsəyə gələn yazıda obyektivliyi, qərəzsizliyi qoruyacaq, dövlətçilik prinsipləri üstünlük təşkil edəcəkdir. Gənclərdə vətənpərvərlik hissinin aşılanması üçün yazılı və elektron KİV-lərdə bu mövzuda yazılara, verilişlərə geniş yer verilməsi mütləqdir. Azərbaycanın müstəqilliyinin qarantı olan ordumuzun gücünə, qüdrətinə inamı özündə əks etdirən materiallar da gündəlikdə olmalıdır”.
“Azərbaycanda müstəqil mətbuatın inkişafı ilə bağlı çoxsaylı qərarlar qəbul edilib, əhəmiyyətli nailiyyətlər əldə olunub”. Bunu isə qəzetimizə açıqlamasında Əməkdar jurnalist, AssA-İradə Xəbər Agentliyinin baş direktoru Fazil Güney deyib. O, yüksək dövlət qayğısının fonunda milli mətbuatımızın Azərbaycan xalqının maraqlarına xidmət etdiyini, onun tarixini, mədəniyyətini, zəngin ənənələrini, həmçinin, problemlərini və qazandığı uğurları işıqlandırdığını bildirib: “Azərbaycan milli mətbuatı 140 il ərzində şərəfli yol keçib. Əsası “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan milli mətbuatı, əsas etibarilə, həqiqət carçısı olub və hər zaman cəmiyyəti düşündürən problemləri qabardıb, eyni zamanda, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirməyi, xalqımızı maarifləndirməyi, milli və bəşəri dəyərləri təbliğ etməyi bacarıb”.
Qəzetimizə açıqlamasında Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafında əvəzsiz xidmətlərinin olduğunu vurğulayan F.Güney “Müstəqilliyimizin ilk illərində ölkəmizdə söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr çox idi. Məhz Ulu öndərin siyasi iradəsi və səyləri nəticəsində Azərbaycanda mətbuatın formalaşması və inkişafı mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirildi, KİV haqqında mütərəqqi, beynəlxalq standartlara uyğun qanunlar qəbul olundu. Bütün bunlar milli mətbuatımızın inkişafına səbəb olan amillərdəndir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli mətbuatımızın inkişafına dövlət dəstəyi və qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyib.
Vüsalə CAVANŞİR

 
Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30