Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əhalinin sosial təminatının gücləndirilməsi sahəsində görülən işlər müzakirə olunub

Əhalinin sosial təminatının gücləndirilməsi sahəsində görülən işlər müzakirə olunub

11.07.2015 [10:45]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidməti (DSTX) tərəfindən bu ilin 6 ayı ərzində sosial cəhətdən həssas qrupların təminatının gücləndirilməsi sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev Azərbaycanın sürətli makroiqtisadi inkişafı şəraitində əhalinin sosial təminatının daim gücləndirildiyini, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının ildən-ilə artdığını vurğulayıb. Ç.Əliyev sosial-iqtisadi inkişaf proseslərinin və dövlət sosial yardımlarının təyinatında şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində bu yardımları alan ailələrin sayının bu ilin birinci yarısında 20,5 faiz azaldığını, bir ailə üzrə ödənilən yardımın orta aylıq məbləğinin isə 12,1 faiz artaraq 141,53 manata çatdığını bildirib.
Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması istiqamətində görülən tədbirlərdən danışan DSTX-nin rəisi hesabat dövründə sosial müavinət və təqaüd təminatı sahəsində işlərin uğurla davam etdirildiyini göstəricilər əsasında diqqətə çatdırıb. O, hazırda sosial işçilər tərəfindən 12850 nəfərdən çox şəxsin evdə sosial məişət xidməti, habelə sosial sifarişlər əsasında 1500 nəfər ehtiyacı olan uşağın ixtisaslaşmış sosial reabilitasiya xidmətləri ilə təmin olunduğunu qeyd edib.
Bildirilib ki, ölkə başçısının müvafiq sərəncamlarına əsasən, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin dövlət büdcəsi hesabına minik avtomobili ilə təminatı xeyli sürətlənib. Ötən ilin mart ayınadək növbədə olan bütün müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə minik avtomobilləri təqdim edilib. Sonrakı dövrdə növbəyə dayananların da avtomobilə təmin olunması üçün müvafiq işlər aparılır. Ötən ay Tərtər rayonunda altımərtəbəli 54 mənzilli yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda bu təbəqədən olan şəxslər üçün Bakıda, İmişli, Beyləqan və Şamaxı rayonlarında çoxmənzilli yaşayış binaları, 52 rayonda isə 379 fərdi ev inşa olunur. Respublikanın ayrı-ayrı şəhərlərində hazır binalardan alınmış mənzillər də təmirdən sonra müharibə əlilləri və şəhid ailələrinə təqdim olunacaq.
Eyni zamanda, hesabat dövründə sosial xidmət müəssisələrinin fəaliyyəti, de-institisionalizasiya tədbirləri, əlilliyi olan şəxslərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə kömək göstərilməsi, imtiyazlı vətəndaşların sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin edilməsi sahələrində görülən işlərdən də söz açılıb. Əlilliyi olan şəxslərin asudə vaxtlarının səmərəli təşkilinin diqqətdə saxlanıldığı qeyd olunub. Bildirilib ki, təkcə bu ilin ötən dövründə 780 nəfərdən çox belə şəxs ölkəmizin səfalı bölgələrində yerləşən sağlamlıq və istirahət mərkəzlərinə göndərilib.
İclasda, həmçinin əhaliyə xidmətin təşkilində nöqsanlara yol verən əməkdaşlarla bağlı inzibati tənbeh tədbirlərinin görülməsi barədə qərarlar qəbul edilib.

 
Paylaş:
Baxılıb: 710 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30