Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Fransanın Azərbaycandakı səfiri Lənkəranda

Fransanın Azərbaycandakı səfiri Lənkəranda

25.07.2015 [10:38]

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye cənub bölgəsinə səfəri çərçivəsində Lerikdən sonra iyulun 24-də Lənkərana gəlib.
AZƏRTAC xəbər verir ki, səfir Paskal Mönye Lənkəran şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən birinci müavin İlqar Dadaşovla görüşüb.
Ali qonağı lənkəranlılar adından salamlayan İ.Dadaşov bildirib ki, bu, fransalı diplomatın Lənkərana ikinci səfəridir. Səfir ilk dəfə 2012-ci ildə 17 yaşlı qızlar arasında futbol üzrə Dünya çempionatı çərçivəsində Lənkəranda keçirilən Fransa-ABŞ qarşılaşmasını izləməyə gəlib.
Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan İ.Dadaşov Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın rəsmi görüşlərindən, ikitərəfli əməkdaşlıqdan, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu yaxınlarda Fransanın Kann şəhərində keçirilən festivalda iştirakından ətraflı danışıb. Azərbaycanın uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarında respublikamızın 51 ölkə arasında ikinci yeri tutduğunu diqqətə çatdıran İ.Dadaşov Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığını xüsusi vurğulayıb.
İ.Dadaşov qonağa Lənkəran rayonu, onun əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə, təhsil, səhiyyə və mədəniyyət sahəsində qazanılan uğurlar haqqında da ətraflı məlumat verib.
Səfir Paskal Mönye səmimi qəbula görə minnətdarlığını bildirib, Lənkərana səfərlərinin onda həmişə xoş təəssüratlar oyatdığını, cənub bölgəsinə səfəri çərçivəsində dünən Lerik rayonunda olduğunu diqqətə çatdırıb.
Diplomat Azərbaycanın Fransanın strateji müttəfiqi olduğunu, respublikamızın 12 şəhərinin bu ölkənin şəhərləri ilə qardaşlaşdığını bildirib. Paskal Mönye Fransanın cənub regionunda yerləşən sahil şəhərlərindən biri ilə Lənkəranın qardaşlaşmasının məqsədəmüvafiq olduğunu söyləyib. O, Lənkəranın gözəl iqlimə, təbiətə, ətirli çaya malik olduğunu vurğulayıb, ikitərəfli əməkdaşlıq əlaqələrinin zəruriliyindən söz açıb, rayonun böyük turizm potensialından danışıb.
Görüşdə fransalı diplomata Lənkəran xalçası hədiyyə edilib.
Görüş başa çatdıqdan sonra səfir Paskal Mönye Heydər Əliyev Xatirə Parkı ilə tanış olub, fransalı müəllimlərin bir qrupunun dincəldiyi “Yay məktəbi”nin bağlanışında iştirak edib.

 
Paylaş:
Baxılıb: 782 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30