Beynəlxalq yay məktəbinin iştirakçıları Qusarda və Xaçmazda olublar
28.07.2015 [09:46]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır və paylaş” adlı beynəlxalq yay məktəbi iyulun 26-da öz işini Qusarda davam etdirib. Rayonda onlara yerli gənclər də qoşulublar.
BBMM-dən AZƏRTAC-a bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən nümayəndə heyəti “Şahdağ” Turizm Kompleksinə ekskursiya edib.
“Şahdağ” otelində “Azərbaycanda gənclər siyasəti və idman” mövzusunda mühazirə dinlənilib.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin aparıcı məsləhətçisi Anna Bayramova Azərbaycan dövlətinin gənclər siyasəti haqqında tələbələrə ətraflı məlumat verib.
Xidmətin məsləhətçisi Sərraf Hüseynov bildirib ki, Azərbaycan gəncləri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan yararlanaraq mühüm vəzifələrdə təmsil olunurlar. Dövlətin qəbul etdiyi təhsil proqramları çərçivəsində Azərbaycan gəncləri dünyanın ən yaxşı universitetlərində təhsil alırlar. Xaricə təhsil almaq üçün göndərilən minlərlə gənc təbii ki, Azərbaycanın öz gələcəyinə qoyduğu sərmayədir. Azərbaycan gəncləri elm, təhsil, idman, mədəniyyət, incəsənət, ədəbiyyat sahələrində mühüm nailiyyətlərə imza atıblar. İdmançılarımızın uğurlarını xüsusi qeyd etmək lazımdır. Azərbaycan idmançıları dünyanın ayrı-ayrı ölkələrində keçirilən mötəbər idman yarışlarından medallarla qayıdırlar.
“Eurovision-2011” mahnı müsabiqəsinin qalibi, Bakı Slavyan Universitetinin məzunu Eldar Qasımovun yay məktəbinin iştirakçıları ilə yaddaqalan görüşü baş tutub. Tanınmış müğənninin çıxışı və canlı ifası tələbələr tərəfindən alqışlarla qarşılanıb.
Nabran “Təhsil” İstirahət Mərkəzinin akt zalında Rusiyanın Ural Federal Universitetinin Avropa araşdırmaları kafedrasının müdiri, professor Aleksandr Nesterov “Müqayisəli multikulturalizm” mövzusunda mühazirə oxuyub. O, Azərbaycan multikulturalizmini fərqləndirən məqamlar barədə danışıb. Professor qeyd edib ki, Azərbaycanda mövcud olan multikulturalizm və siyasi multikulturalizm anlayışı əslində mədəni plüralizmdir. Müasir Avropada multikulturalizm birbaşa miqrasiya məsələləri ilə bağlıdır. Tolerantlıq yalnız qarşılıqlı olanda mümkündür, əgər bir tərəf tolerant olub, digər tərəf olmayanda onu zəif kimi qəbul edirlər.
Yay məktəbinin 6-cı günü rusiyalı iştirakçıların bədii-musiqili təqdimatı ilə başa çatıb.
İyulun 27-də yay məktəbinin iştirakçıları Xaçmaz rayonuna səfər ediblər. Burada Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra tələbələr “Şəxsiyyətlər” parkında və Tarix-Diyarşünaslıq Muzeyində olublar.
Tarix elmləri doktoru Həcər Verdiyevanın “Qafqaz Albaniyasının tarixi” mövzusunda mühazirəsi dinlənilib. O, Alban dövləti ərazisində yaşayan çoxsaylı tayfalar haqqında danışarkən bildirib ki, Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar, amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar, anariaklar, leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olublar. Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülüb, III-IV əsrlərdən başlayaraq şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və digərlərinin Qafqaz Albaniyasına axını başlayıb. Qədim Albaniya etnik tərkibinə görə kifayət qədər rəngarəng ölkə olub.
Xaçmazdakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadənin, BBMM-in analitika şöbəsinin müdiri Nəriman Qasımzadənin moderatorluğu ilə “Avropada multikulturalizm siyasətinin problemləri” mövzusunda diskussiya təşkil edilib. N.Qasımzadə qeyd edib ki, multikultural ölkə bu dəyəri təkcə özündə deyil, dünyanın başqa ölkələrində də tətbiq etməyi bacarmalıdır. O, Avropada multikulturalizmin tarixinə ekskurs edərək bildirib ki, Avropada multikulturalizmi şərtləndirən əsas amil miqrasiya prosesləridir. Azərbaycandakı multikulturalizm modelinin Avropadakından fərqi budur ki, ölkəmizdə multikulturalizm kənardangəlmə anlayış deyil, bu, tarixən, əsrlər boyu formalaşmış dəyər, xalqımızın həyat tərzidir.
Müzakirədə tələbələrin sualları cavablandırılıb.
Tədbirdən sonra Xaçmaz gəncləri yay məktəbinin iştirakçılarını çay süfrəsinə dəvət ediblər.
Nabrandakı “Təhsil” İstirahət Mərkəzinin akt zalında BSU-nun dosenti Lyudmila Talıbovanın təqdimatında Azərbaycan filmi “O olmasın, bu olsun” nümayiş etdirilib. Yay məktəbinin 7-ci günü xarici tələbələrin rəqs müsabiqəsi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00

