Nərimanov rayonu üzrə 2015-ci ilin birinci yarısının yekunları uğurlu olub
01.08.2015 [10:24]
2015-ci ilin birinci yarısında ölkəmizin iqtisadiyyatı uğurla inkişaf etmişdir. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələ ətrafında geniş müzakirə aparılmışdır. Ümumi daxili məhsul 5,7 faiz artmışdır. Əlamətdar hal ondan ibarətdir ki, əvvəlki illərdə görülmüş işlər və düzgün aparılmış siyasət nəticəsində ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı davam etmişdir. Belə ki, ölkə iqtisadiyyatının qeyri-neft sektoru 2015-ci ilin ilk altı ayı ərzində 9,2 faiz artmışdır.
2015-ci ilin yanvar-iyun aylarında Nərimanov rayonunda inkişaf davam etmişdir. Rayonda istehsal olunmuş sənaye məhsulunun həcmi faktiki qiymətlərlə xidmətlər də daxil olmaqla 1111917,6 min manat olmuşdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 11,6 faiz təşkil etmişdir. Sənaye müəssisələrində işçilərin siyahı tərkibində orta sayı 12365 nəfər təşkil etmiş, orta aylıq əməkhaqqı 6,8 faiz artaraq 531,4 manat olmuşdur. Keçən 6 ay ərzində Nərimanov rayonunun sosial, iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 157371,9 min manat məbləğində investisiya yönəldilmişdir, 138709,2 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 190878,2 min manat, dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 10254 min manat olmuşdur. Tikinti sahəsində çalışan işçilərin orta siyahı sayı 8071 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3017 nəfər azdır.
2015-ci ilin birinci yarısı ərzində nəqliyyat sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 44293,2 min manatlıq, rabitə müəssisələri tərəfindən isə müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 158565,4 min manatlıq xidmət göstərilmişdir.
Pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,3 faiz artaraq 613,4 mln. manata və iaşə xidmətlərinin həcmi 15,3 faiz artaraq 64,1 mln. manata çatmışdır. Rayon üzrə əmtəə dövriyyəsinin 100 faizi, iaşə xidmətlərinin 99,8 faizi, pullu xidmətlərin isə 88,4 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdür.
Yeni iş yerlərinin yaradılması ilə bağlı işlər davam etdirilmişdir. Belə ki, 2015-ci ilin yanvar-iyun aylarında 2086 daimi iş yeri yaradılmışdır. Ümumiyyətlə isə, 1 oktyabr 2003-cü ildən 1 iyul 2015-ci ilədək rayonda 45097 yeni iş yeri açılmışdır.
Rayon sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatının tam və dolğun ödənilməsi, bazar qiymətlərinin süni surətdə qalxmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstəriş və tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunmuş və 2015-ci ilin altı ayı ərzində 2 min tona yaxın kənd təsərrüfatı məhsulları satılmışdır.
Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2015-ci ilin birinci yarısında müvafiq işlər görülmüşdür.
Ötən dövr ərzində rayonda geniş abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Belə ki, Koroğlu Rəhimov küçəsi 3 ünvanında 1,1 hektar ərazidə ən müasir parkın tikintisi başa çatdırılmış və rayon sakinlərinin istifadəsinə verilmişdir. A.M.Cümə küçəsində 15 hektar ərazidə salınmış yaşıllıq zolağına aqrotexniki xidmət göstərilmiş və əlavə olaraq 2000 ədədə yaxın leylandratipli ağaclar əkilmişdir.
Heydər Əliyev prospektində Nizami rayonu ilə sərhəd ərazidən başlayaraq abadlıq və yenidənqurma işləri həyata keçirilmişdir. Əraziyə 1000 kubmetr əkin torpağı daşınmış, köhnə ağaclar budanaraq səliqəyə salınmış, 1700 kv.metr sahəyə qazon salınmış, 200 ədəd dekorativ ağac və bəzək kolları əkilmiş, 4 ədəd zeytun (banzay) əkilmişdir, bir ədəd su artezian quyusu qazılmış, avtomatik müasir suvarma sistemi quraşdırılmışdır. 900 kv.metr səkiyə plitə döşənmiş və səki barduru quraşdırılmış, 50 metr mərmər bardur qoyulmuş, 50 kv.metr divara müasir üzlük (penaplast) quraşdırılmış və rənglənmiş, müasir işıqlandırma sistemi yaradılmışdır.
Fətəli Xan Xoyski prospekti boyunca (Aşıq Molla Cümə küçəsindən “Gənclik” metrostansiyasına qədər) 500 kv.metr səki barduru qoyulmuş, 800 kv.metr asfalt örtüyü salınmış, əraziyə 3000 kubmetr əkin torpağı daşınmış, 6000 kv.metr qazon salınmış, 8000 güldən ibarət kompozisiya düzəldilmiş, 40 ədəd leylandratipli ağaclar əkilmiş, köhnə ağaclar budanaraq səliqəyə salınmış, 2 ədəd artezian su quyusu qazılmış və müasir avtomatik suvarma sistemi quraşdırılmışdır.
Olimpiya stadionu ərazisinin Nərimanov rayonuna aid hissəsində 15 hektar ərazisi olan yamacda yaşıllaşdırma işləri aparılmış, müxtəlif növ ağac, bəzək kolları və güllər əkilmiş, qazon salınmışdır.
Ziya Bünyadov prospektinin Nərimanov rayonuna düşən uzunluğu 15 km olan hissəsində abadlıq işləri aparılmış, prospektin iki tərəfində yerləşən yaşayış və qeyri-yaşayış binalarının fasadları müasir üslubda üzlənmiş və yeni hasarlar çəkilmişdir. Bununla əlaqədar, prospektin hər iki tərəfində yaşıllaşdırma işləri həyata keçirilir. Rayonun Heydər Əliyev prospekti ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində yeni park yaradılmışdır. Ölkəmizdə ekoloji tarazlığın qorunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqlara uyğun olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə I Ümumrespublika yaşıllaşdırma marafonuna qoşularaq rayonun ayrı-ayrı parklarında və ərazilərində geniş yaşıllaşdırma işləri həyata keçirilmişdir.
Qeyd edilən layihələrin həyata keçirilməsi nəticəsində Nərimanov rayonunun siması daha da gözəlləşmiş, sakinlərin yaşayışı və mənalı istirahəti üçün geniş imkanlar yaranmışdır.
Rayon statistika şöbəsi sosial-iqtisadi göstəriciləri əks etdirən rəsmi statistika hesabatlarının statistik vahidlər tərəfindən elektron sənəd formasında vaxtında və keyfiyyətli göndərilməsi üçün müəyyən işlər görmüşdür. Hüquqi şəxslərin hesabata cəlb olunması və bu işin məqsədi və əhəmiyyəti barədə onların maarifləndirilməsi üçün mühasibat işçiləri ilə mütəmadi olaraq təlimatı müşavirələr keçirilmişdir, onlara əməli köməklik göstərilmişdir.
Rayon ərazisində yerləşən müəssisə, cəmiyyət və təşkilatların əksəriyyəti bir qayda olaraq rəsmi statistika hesabatlarını düzgün və vaxtlı-vaxtında təqdim edirlər. “Bakı Şampan Şərabları” ASC, “Bakı Şərab-2” ASC, “MKT-İK” MMC, “Bakelektro” ASC, “Rabitə İnşaat” ATSC, “Turan AP” şirkəti, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “Soyuz Kontrakt Trans” MMC, “Zaman LTD” MMC, “SNT İnşaat” şirkəti, “Raylı” MMC, “Rafa Co” MMC , “ANT inşaat Təmir Tikinti” MMC, “Az İnşaat” MMC, “Azalsan LTD” MMC, ATS İKF, “Elektroterm” MMC, “Piramida F.R” MMC və s. bu qəbildən olan müəssisə və cəmiyyətlərdir.
2015-ci ilin birinci yarısında hesabat intizamı və yeni tətbiq edilmiş rəsmi statistik hesabatları ilə bağlı müəssisə və təşkilatlara məktublar yazılıb. Şöbənin işçiləri tərəfindən hesabat və ya fəaliyyət göstərmədiyi barədə arayış təqdim etməyən hüquqi şəxslərin ünvanlarına da baş çəkilib. Hüquqi və faktiki ünvanları dəyişmiş statistik vahidlərin tapılması üçün digər tədbirlər də həyata keçirilib. Lakin acınacaqlı haldır ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi müəssisə və cəmiyyətlər tərəfindən rəsmi statistika hesabatları vaxtında təqdim olunmur.
Rəsmi statistika materiallarının hazırlanması və statistik vahidlərin dövlət registrinin aparılması üçün zəruri məlumatların vaxtında və düzgün təqdim edilməməsinə görə cavabdeh olan məsul şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmuşlar. Belə ki, 2015-ci ilin ilk 6 ayı ərzində 2 hüquqi şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinə müvafiq olaraq 600 manat cərimə tətbiq edilib və qeyd olunan məbləğin hamısının Dövlət Xəzinədarlığı Agentliyinin hesabına ödənilməsi təmin olunub.
Məlumat üçün hüquqi və fiziki şəxslərin nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 iyun 2014-cü il tarixli, 987-İVQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsində statistika müşahidələrinin keçirilməsi üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə cərimə sanksiyası üç yüz manatdan yeddi yüz manatadək müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2010-cu il tarixli, 35 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət orqanlarına təqdim edilməsi Qaydası”nın icrası ilə bağlı müəyyən işlər görülüb. Məlumatları elektron hesabat formasında təqdim etmək istəyən cəmiyyət və təşkilatların ərizələri toplanıb və onlarla müvafiq qaydada müqavilələr bağlanıb. Əsas məqsəd hüquqi və fiziki şəxslərlə əməkdaşlıq əlaqələrinin keyfiyyətinin yaxşılaşdırılmasına, statistik vahidlərə düşən informasiya yükünün və vaxt itkisinin azaldılmasına, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə məlumatların təqdim edilmə üsulunun asanlaşdırılmasına nail olmaqdır. Həyata keçirilmiş tədbirlər nəticəsində 1849 statistik vahid tərəfindən rəsmi statistika hesabatları elektron sənəd formasında təqdim olunur. Hazırda rayon statistika şöbəsi tərəfindən fəaliyyət göstərən digər statistik vahidlərlə bu istiqamətdə işlər davam etdirilir.
Hüsaməddin İSGƏNDƏROV
Nərimanov rayon
Statistika Şöbəsinin rəisi
Xəbər lenti
Hamısına baxHadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17

