Vətəni təqdim etmək şərəfi - Yay məktəbindən reportaj
05.08.2015 [08:46]
Azərbaycanın multikulturalizm siyasətinin mahiyyətini fərqliliyə, müxtəlifliyə sevgi təşkil edir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbi layihəsi həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir” proqram xarakterli fikri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, görkəmli yazıçı Kamal Abdullayevin “Biz xaricilərin Azərbaycana marağını sevgiyə çevirməliyik” tapşırığı ilə müşayiət olundu. Qədəm qoyduğumuz yol uzaqdan gəlirdi - Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrün əvvəlindən. Azərbaycanlının multikultural əhvalı, tolerantlığı onun qədim ənənələrindən biridir. Ulu öndər Heydər Əliyev bu ənənəni siyasətə çevirdi, Azərbaycan multikulturalizminə, tolerantlığına ana qanunumuz olan Konstitusiyamızla hüquqi status verdi. Ulu öndər həmin gündən hər bir vətəndaşa tövsiyə etdi ki, vətənini bu siyasətlə tanıtdırsın, sevdirsin.
Akademik Kamal Abdullayevin ideyası ilə gerçəkləşən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbi layihəsi də həmin siyasətin tərkib hissəsi idi. İlk dəfə “Azərbaycan multikulturalizmi” fənni yaradıldı. 7 xarici, 7 yerli universitet seçildi.
Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universiteti ənənəvi olaraq bir araya gəldi. Qərar verildi: Azərbaycanı görmək, tanımaq istəyən xarici, ölkəsini təqdim etmək istəyən yerli tələbələrin, nüfuzlu alimlərin iştirakı ilə yay məktəbi təşkil edilsin. Proqram hazırlandı. “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu yerli və xarici universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatılacağı yay məktəbi iyulun 21-dən avqustun 1-dək keçirildi.
7 qrup formalaşdı. Qrup rəhbərləri Hikmət Babayev, Almaz Axundova, Sərxanbəy Xudiyev, Araz Məmmədzadə, Nüsal Aydan, Kunina İrina, Rəvan Həsənov 10 gün ərzində Vətəni təqdim etmək şərəfinə nail oldular. 50 xarici tələbə məktəbin 4-cü günündən Azərbaycan dilində danışmağa başladılar, Azərbaycan rəqsləri oynadılar, şeirlərimizi dedilər, filmlərimizə baxdılar... Məhz dəyərli qrup rəhbərlərinin səmimi münasibətləri “Biz Azərbaycanı sevdik” kəlməsini xaricilərin dilindən ürəklərinə daşıdı.
Yay məktəbi paytaxtdan başladı. Bakıda iki gün keçirən yay məktəbinin iştirakçıları paytaxtımızı istisnasız bəyəndilər. Fərqli üslublu binalar, köhnəliklə yeniliyin vəhdəti diqqətlərini cəlb etdi. İnkişafa nail olmağımızın sadə sirrini açıqladıq onlara: müxtəlif mədəniyyətliliyə hörmət. Seçdiyimiz marşrutla da dediyimizi sübut etdik: Nabran - Quba - Qusar - Şahdağ - Xaçmaz. Bu bölgələrdə müxtəlif xalqların nümayəndələri kompakt yaşayır. Hansı rayona getdik yerli gənclər xaricilərə qoşuldular. Qonaqlar məəttəl qalmışdılar: yerli gənclər 5 dəqiqənin içində onlara isinişirdilər. Bizimkilər hansı dildə lazımdırsa, danışırdılar. Müxtəlif dilləri bilmələri xarici dostları tərəfindən təəccüblə qarşılanırdı. Reaksiyaları belə olurdu: “Siz necə də ağıllısınız”.
Olduğumuz rayonlarda Azərbaycanın multikulturalizm siyasətinin çalarlarını tanınmış yerli və xarici alimlərin mühazirələri ilə öyrənməyə çalışdıq. Tədbirlər daha çox diskussiya xarakterli idi. Qonaqlar verdiyi suallarla daha ətraflı öyrənmək istədiklərini sadə məntiqlə anladırdılar. Yay məktəbi boyunca Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun, “Bakı şəhəri dağ yəhudiləri dini icması”nın sədri Milix Yevdayevin, İsrailin Hayfa Universitetinin doktorantı, beynəlxalq əlaqələr üzrə tanınmış ekspert Arye Qutun, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun, Şahdağda Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi professor Etibar Nəcəfovun, Xidmətin aparıcı məsləhətçisi Anna Bayramovanın, Xidmətin məsləhətçisi Sərraf Hüseynovun, Xaçmazda tarix elmləri doktoru Həcər Verdiyevanın, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadənin, BBMM-in analitika şöbəsinin müdiri Nəriman Qasımzadənin, Almaniyanın Augsburg Universitetinin professoru Klaus Volfun, Nabranda Rusiyanın Ural Federal Universitetinin Avropa araşdırmaları kafedrasının müdiri, professor Aleksandr Nesterovun, BSU-nun rektoru Asif Hacıyevin, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayevanın, Əməkdar incəsənət xadimi, yazıçı Natiq Rəsulzadənin, Azərbaycan Yaradıcılıq Fondunun nümayəndəsi, şair Qismət Rüstəmovun maraqlı çıxışları yay məktəbi iştirakçılarının məlumat bazasını zənginləşdirdi.
“Eurovision-2011” mahnı müsabiqəsinin qalibi, BSU-nun məzunu Eldar Qasımovun yay məktəbinin iştirakçıları ilə görüşü xariciləri riqqətə gətirdi. Canlı ifa zalı ayağa qaldırdı.
Tədbirlər rayonlarımızda yerləşən Heydər Əliyev mərkəzlərində, Gənclər evində, muzeylərdə, mədəniyyət mərkəzlərində keçirildi. Qonaqlar məkanlarla tanış olur, tariximizi öyrənir, inkişaf tempimizi gözləri ilə görürdülər. Quba Soyqırımı Memorialı Kompleksində eşitdiklərindən dəhşətə gəlmişdilər. Əsrin əvvəlində erməni vandallarının azərbaycanlılara qarşı törətdiyi soyqırımı silahı kimi təqdim olunan qazıntılar zamanı aşkara çıxan paslı mismarın uşaqların başlarına vurulduğunu eşidən Rusiya təmsilçisi Olqa Markina göz yaşlarını saxlaya bilmədi. Onu sakitləşdirmək mümkün deyildi.
Qırmızı qəsəbədə isə çöhrələrdə sevinc vardı. Müsəlman ölkəsinin qəsəbəsində sinaqoq və yəhudi əsilli azərbaycanlıların rahatlıq və təmtəraqla yaşaması faktı qonaqları dəfələrlə “bravo” sözü işlətməkdən saxlaya bilmədi.
Hər axşam sərbəst saatlar keçirdik. Müsabiqələr, poeziya axşamları, rəqs yarışları, qaliblərlə yanaşı məğlubların da mükafatlandırılması böyük coşqu ilə qarşılanırdı. Azərbaycanı xatırladacaq deyə, ən kiçik hədiyyə belə, xarici tələbələr üçün dünya demək idi. Yay məktəbinin maraqlı tərəflərini saymaqla bitməz. Ancaq birini xüsusilə qeyd edim: bütün müsabiqələrə Nabran istirahət mərkəzində dincələn sakinləri də cəlb edirdik. “Yallı” müsabiqəsi keçirilirdi. 7 qrup “Yallı” rəqsi hazırlamışdı. Qrup rəhbərləri sözün əsl mənasında rəqabətə girmişdilər. Rus tələbələr favorit sayılırdı. Nabran sakinlərindən ibarət 5 nəfər münsif seçilmişdi. Onlar Bolqarıstanı qalib çıxardılar.
Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev yay məktəbinin iştirakçıları ilə görüş keçirdi. Akademikin görüşü ədəbiyyat mövzusundakı diskussiyalara təsadüf edirdi. Kamal müəllim Azərbaycan ədəbiyyatının əsas qaynağından danışdı: “Azərbaycan ədəbiyyatçıları “Kitabi-Dədə Qorqud”un şinelindən çıxıb. Bu, zaman tanımayan əsərdir. Dastanın bəzi məqamları antik yunan mifoloji motivləri ilə eynilik təşkil edərək, bizi qədim miflər dövrünə aparır. Alman alimi Haynrix Fridrix fon Dits də də qeyd edib ki, “Kitabi-Dədə Qorqud”da bəzi motivlər qədim yunan mifləri ilə paraleldir. Bu dastanın Avropada nəşrinin və tanınmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də xüsusi Sərəncam imzalayıb. Diqqətinizi bu faktlara yönəltməklə bildirmək istəyirəm ki, Azərbaycanın Renessans ədəbiyyatının nümayəndələri Nizami, Nəsimi, Füzuli bu əsərdən mənəvi şəkildə yararlanıblar”.
10 günlük yay məktəbinin ovqatı büsbütün ruhun rahatlığına köklənmişdi. Müstəqil ölkə olmağın ləzzətini bir daha yaşadıq. Səni nəinki tanıyırlar, həm də sevirlər. Rusiya təmsilçisi Mariya Cayani bağlanış mərasimində Səməd Vurğunun “Azərbaycan” şeirini şirin ləhcə ilə dedi. Ondan “Anam doğma vətənimsən...” nidasının mənasını soruşdum. “Yəni mənim vətənimdir” cavabını verdi. Ardınca “məgər adamın iki Vətəni ola bilməz” sualını da ünvanladı. Gülümsünərək başımın hərəkəti ilə “ola bilər” dedim. Və qürurlandım.
Gələcəyi bu gün qurarlar. Bizə gələcək qurmağı tapşıranlara böyük minnətdarlıq hissi ilə söyləyirik ki, yay məktəbinin hər bir xarici iştirakçısı Azərbaycanın diasporuna çevriləcək. Daha bizi qərəzli Semlər yox, obyektiv Konstantinlər təqdim edəcək. Azərbaycana qazandırdığımız sevgisi ilə, sevgisi ilə, sevgisi ilə!
Ceyhun Musaoğlu
Bilik Fondunun mətbuat
xidmətinin rəhbəri
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

