11 illik zəhmətin bəhrəsi
06.08.2015 [00:33]
Qəbul imtahanlarında 700 bal toplayan İbrahim Əhmədov: Bundan sonra da təhsilimi yüksək səviyyədə davam etdirəcəyəm
Nizami rayon Vüqar Sadıqov adına 214 saylı tam orta məktəbin məzunu İbrahim Əhməd oğlu Əhmədov II qrup üzrə ən yüksək nəticə göstərən abituriyentdir. Müəllimləri və valideynləri üçün 700 bal gözlənilən nəticə olsa da, İbrahim üçün bu, necə deyərlər, əsl sürpriz olub. İndi bütün tanışları İbrahimi təbrik edir, bu uğurlu nəticənin fərəh və məmnunluq doğurduğunu qeyd edirlər.
Bizimlə söhbətində İbrahim deyib ki, imtahanlarda belə yüksək nəticə göstərməyinin səbəbi məktəbdə oxuduğu 11 il ərzində dərslərinə məsuliyyətli yanaşmasıdır. “Bu, mənim üçün gözlənilməz oldu, çox sevinirəm. Sevincimin həddi-hüdudu yoxdur. Sözün açığı, bütün suallara doğru cavab verib 700 bal toplayacağımı gözləmirdim. İmtahan başlayanda çox həyəcanlı idim. Amma əvvəlcədən yaxşı hazırlaşdığım üçün sualları cavablandırmaqda bir o qədər də çətinlik çəkmədim. Bəzi suallar var idi ki, onlar çətin idi, amma asan suallar da çox idi. İmtahan başa çatdıqdan sonra yaxşı yazdığımı bilirdim. Amma 700 bal toplayacağımı düşünməzdim”.
Gələcək planlarından, arzularından, eləcə də, seçəcəyi ixtisasdan danışan İbrahim diplomat olmaq və ölkəmizi bütün dünyada layiqincə təmsil etmək arzusundadır. Ona görə də sənədlərini “ADA” Universitetinin beynəlxalq münasibətlər fakültəsinə verməyi düşünür. Əldə etdiyi yüksək nəticəyə görə valideynlərinə borclu olduğunu deyən İbrahim bundan sonra da təhsilini yüksək səviyyədə davam etdirəcəyinə söz verib: “Mən bu uğuru valideynlərimə borcluyam. Onlar mənə hər zaman dəstək olurdular. Təbii ki, müəllimlərimin də əziyyətini unutmaq olmaz. Xüsusən də mənə məktəbdə dərs deyən müəllimlərim çox çalışırdılar ki, yaxşı nəticə əldə edim. Bəlkə də, mənim 700 bal toplamağıma müəllimlərim məndən çox sevinirlər. Bizim məktəbimizdə təhsil çox yüksək səviyyədədir. Hər il, demək olar ki, məktəbimizdən belə yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan abituriyentlərimiz olur”.
Təhsilini doğma vətənində davam etdirmək istədiyini deyən İbrahim yüksək səviyyəli və keyfiyyətli təhsil almaq istəyən hər bir gəncə bu gün dövlətimiz tərəfindən xüsusi dəstək göstərildiyini bildirdi: “Bu gün dövlətimiz bizim oxumağımız, savadlı gənclər kimi yetişməyimiz üçün hər şey edir. Prezident İlham Əliyevin göstərişi və tapşırığı əsasında çoxlu sayda yeni məktəblər inşa olunub. Ümumiyyətlə, Azərbaycan dövləti təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərir”.
Bizimlə söhbətində İbrahim, həmçinin, ali məktəbə qəbul olmaq istəyən abituriyentlərə uğurlar arzulayaraq, 700 bal toplamağın sirrinin çox çalışmaq olduğunu vurğulayıb: “Ali məktəbə qəbul olmaq istəyən, bundan sonra imtahan verəcək bütün abituriyentlərə uğurlar arzulayıram. İnanıram ki, abituriyentlər öz üzərlərində çox işləsələr, yaxşı nəticə əldə edərlər”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

