“Qafqazinfo.az” internet qəzeti 5 yaşını qeyd edib
18.08.2015 [10:11]
Avqustun 16-da “Qafqazinfo.az” internet qəzetinin fəaliyyətə başlamasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, KİV təmsilçiləri iştirak ediblər.
Yubiley mərasimini “Qafqazinfo.az”ın təsisçisi və baş direktoru Elbrus Ərud açaraq elektron qəzetin fəaliyyətindən, Azərbaycanın media məkanındakı yerindən danışıb, mərasim iştirakçılarına minnətdarlığını bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev tədbirdə çıxış edərək “Qafqazinfo.az”ın kollektivini təbrik edib və portalın əməkdaşlarına uğurlar arzulayıb.
“Qafqazinfo.az”ın Azərbaycanda geniş vüsət alan onlayn media məkanında qabaqcıl portallardan biri olduğunu vurğulayan Vüqar Əliyev ölkəmizdə mətbuatın inkişafını şərtləndirən əsas amillərdən biri kimi KİV-in fəaliyyəti üçün qanunvericiliklə təsbit olunmuş əlverişli mühitin yaradıldığını bildirib. Dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini qeyd edən Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan mətbuata dövlət dəstəyinin göstərildiyi nadir ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi bu diqqətin bariz nümunəsidir. Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən inşa olunan 156 mənzilli bina 2013-cü ildə jurnalistlərin istifadəsinə verilib. Jurnalistlər üçün inşası davam etdirilən 256 mənzildən ibarət yeni binanın isə gələn il mətbuat nümayəndələrinin ixtiyarına verilməsi planlaşdırılır.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Apa Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digərləri də çıxışlarında yubiley münasibətilə “Qafqazinfo.az” internet qəzetinin kollektivinə təbriklərini çatdırıb, uğurlar arzulayıblar.
Tədbirdə “Qafqazinfo.az” portalının bir qrup əməkdaşına xüsusi mükafatlar təqdim olunub.
Yubiley mərasimi maraqlı konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

