“Trend” 20 yaşın zirvəsində
04.09.2015 [10:11]
Kollektiv arxada qalan illərdə Azərbaycanda və ölkə hüdudlarından kənarda qazanılan milyonlarla oxucu etimadını agentliyin yubileyinə ən sanballı hədiyyə hesab edir
Yubiley insanın həyatında və yaxud hər hansı bir təşkilatın tarixində yalnız əlamətdar bir gün deyil, həm də keçilmiş yola nəzər salmaq, hesab vermək məqamıdır. Bu mənada 20 yaşını qeyd edən “Trend” İnformasiya Agentliyi öz yubileyini hansı uğurlarla qarşılayıb? 20 yaşın zirvəsindən keçilən yol necə görünür? Azərbaycan cəmiyyəti, çoxsaylı oxucu auditoriyası “Trend”in fəaliyyətini necə qiymətləndirir? Əlbəttə, suallar çoxdur. Bütün bu və digər sualların cavabını isə elə ilin bütün günlərində, günün bütün saatlarında bizimlə görüşə gələn, ölkə içindən, dünyadan bizə xəbər gətirməyə tələsən “Trend”in fəaliyyətində tapmaq mümkündür.
Zamanın tələbindən yaranan və zamanın tələbinə cavab verən informasiya agentliyi
Müasir dövrü haqlı olaraq informasiya dövrü kimi səciyyələndirirlər. İnsanlar zamanın sürətli axarında daim yeniliyə, təzə məlumatlar almağa can atırlar. İnsafən, informasiya mənbələri də az deyil. Elektron və çap mediası, saysız-hesabsız xəbər portalları, sosial şəbəkələr...Bunların hamısı cəmiyyəti, insanları çeşid-çeşid xəbərlərlə yükləmək üçün sanki yarışa giriblər. Elə çətinlik də buradan yaranır. Bəhs olunan çoxluqda cəmiyyətə doğru-dürüst xəbər çatdırmaq çox mühümdür.
Bu nöqteyi-nəzərdən 20 il bundan öncə - 1995-ci ilin ilk payız günlərində “Trend” kimi ciddi, necə deyərlər, sözünün ağası olan bir informasiya agentliyinin fəaliyyətə başlamasını elə zamanın tələbi kimi də dəyərləndirmək mümkündür. Yeni agentliyin kollektivi ölkədə dövlətin mətbuatın inkişafına, KİV azadlığının təmin olunmasına göstərdiyi qayğıdan və əlverişli şəraitdən heç bir halda sui-istifadə etməmək, üz tutduğu geniş auditoriya qarşısında peşə məsuliyyətinə sadiq qalmaq və cəmiyyəti doğru, dürüst, etibarlılığı yoxlanılmış, milli və dövlət maraqlarına xələl gətirməyən informasiyalarla təchiz etməklə bağlı sosial öhdəlik götürmüşdü.
Aradan keçən 20 il yaradıcı heyətin öz yoluna sadiq qaldığını və zamanın informasiya istehsalçılarına və daşıyıcılarına yönəlik tələblərini yüksək səviyyədə ödədiyini deməyə əsas verir. Kollektiv iki onillik ərzində öz peşəkarlığını yüksək səviyyəyə qaldırmaqla, operativliyini daha da artırmaqla “Trend”i obyektivliyin, xəbərləri daim ilk mənbədən əldə etməyin brendinə çevirməyi bacarıb. Təsadüfi deyil ki, bu gün Azərbaycanda və ölkə hüdudlarından kənarda milyonlarla oxucu respublikamızda və dünyada baş verən hadisələr barədə xəbərləri məhz “Trend”dən almağa üstünlük verir. Zənnimizcə, çoxsaylı oxucu etimadı kollektivin yubileyinə ən sanballı töhfədir.
Azərbaycan həqiqətlərini dünyaya çatdıran informasiya agentliyi
Hazırda beynəlxalq erməni lobbi şəbəkəsində birləşən dairələr Azərbaycanın uğurlarına kölgə salmaq və getdikcə artan beynəlxalq nüfuzuna xələl gətirmək üçün ən müxtəlif üsullara əl atırlar, o cümlədən də, beynəlxalq auditoriyaya daim yalan məlumatlar ötürürlər. Belə bir şəraitdə milli mətbuatımız öz böyük məsuliyyətini daha dərindən dərk edərək bədxahlarımızın yalanlarını önləməyi, Azərbaycanı dünyaya olduğu kimi təqdim etməyi bacarmalıdır. Bu baxımdan “Trend”in kollektivinin fədakarlığını xüsusi vurğulamaq lazımdır. Tam cəsarətlə demək mümkündür ki, hazırda “Trend” Azərbaycan həqiqətlərini dünyaya operativ şəkildə çatdıran və bununla da xarici aləmdə ölkəmiz barədə müsbət imicin möhkəmlənməsinə sanballı töhfələr verən ən qabaqcıl milli xəbər agentliklərindən biridir.
Arxada qalan 20 il ərzində agentliyin geniş beynəlxalq əlaqələri formalaşıb. Xəbər agentliyinin Ekspert Şurasının tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir. 2010-cu ildə “Trend” Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına üzv qəbul edilib. “Trend”in tərkibində Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Agentliyin tərəfdaşları sırasında “Deutsche Press” Agentur (Almaniya), Xinhua (Çin), Cihan (Türkiyə), İRNA dövlət agentliyi (İran), RİA Novosti (Rusiya), “RosBusinessConsulting” (Rusiya) və digərləri vardır. “Trend”in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət qurumları, dünyanın böyük kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzləri, səfirliklər, banklar və sığorta şirkətləri yer alır. Bu gün Qafqaz, həmçinin Mərkəzi Asiya və Avropa ölkələrinin region haqda məlumat aldığı əsas xəbər istehsalçısı məhz 5 dildə informasiya yayan “Trend”dir. Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistanda və bir sıra Avropa ölkələrində daimi müxbir məntəqələri olan agentlik hər gün təxminən 500-dən çox məqalə-xəbər dərc edir. Bütün bunlar agentliyin beynəlxalq nüfuzunun kifayət qədər yüksək olmasından xəbər verir.
Bu kontekstdə mətbuata açıqlama verən agentliyin baş redaktorunun müavini Emil Hüseynli bildirib: “Biz Azərbaycan dövlətinin mediaya, söz və məlumat azadlığına yaratdığı şəraitdən istifadə edərək, xarici və daxili bazarda möhkəmləndik, dünyada, regionda müəyyən nüfuz qazandıq. Bu gün “Trend” İnformasiya Agentliyində çalışan əməkdaşları dünya mediası qəbul edir, tanıyır. Bir vaxtlar dünya mediasında “Trend”in yalnız xəbərləri yayılırdısa, indi agentliyimizin jurnalistlərinin hazırladıqları məqalələrə dünyanın bir sıra nüfuzlu nəşrləri məmnuniyyətlə öz səhifələrində yer ayırırlar”.
Kollektiv daha böyük uğurlara can atır
Fəaliyyətdə olduğu 20 il ərzində “Trend”in kollektivi bir sıra mükafatlara layiq görülüb. Agentliyin fəaliyyəti onlarca beynəlxalq təşkilat və qurum tərəfindən yüksək qiymətləndirilib. Agentlik 2006-2007-ci illərdə Azərbaycanda “KİV sahəsində ən yaxşı şirkət” seçilib. “Trend” “İlin eksklüziv informasiya agentliyi” nominasiyasında “Brand Award Azerbaijan-2008” milli mükafatına layiq görülüb.
“Trend” həmçinin hələ 2006-cı ildə bütün nişanlarını qeydiyyatdan keçirib. Agentlik 2007-ci ildə öz ofisində yüksək səviyyəli menecerlərin iş qurması üçün məşhur “Moody’s İnternational” şirkətinə müraciət edib. Bu müraciət nəticəsiz qalmayıb. Bir il ərzində agentlik ofisin işini tamamilə dəyişməyə nail olub. Bundan sonra 2008-ci ildə “Moody’s İnternational” “Trend”ə keyfiyyət sertifikatı təqdim edib. Belə ki, nüfuzlu “Moody’s İnternational” “Trend”in menecment sisteminin İSO 9001-2000 tələblərinə cavab verdiyini tanıyıb. Bu da o deməkdir ki, agentlikdə işin təşkili beynəlxalq standartlara tam uyğunlaşdırılıb.
“Trend”in yaradıcı heyəti sadalanan bu və digər mükafatlara böyük önəm versə də, qazanılan uğurlarla kifayətlənmək niyyətində deyil. Təxminən 100 nəfər peşəkar əməkdaşın cəmləşdiyi kollektiv qarşıya belə məqsəd qoyub: “Trend” yerli və xarici informasiya məkanında öz mövqeyini daha da möhkəmlətməlidir.
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01

