Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru azərbaycanlı məcburi köçkünlərlə görüşüb
04.09.2015 [10:14]
Azərbaycanda səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq sentyabrın 3-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə olub.
AZƏRTAC xəbər verir ki, qonaq məhəllədə məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olub. Zəngilandan məcburi köçkün Ceyhun Həsənovun mənzilində çay süfrəsi ətrafındakı söhbət əsnasında bildirilib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm surətdə diqqət mərkəzində saxlayır. Lakin bunlara baxmayaraq, hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır.
Uilyam Leysi Sinqin diqqətinə çatdırılıb ki, istər Bakıda və Bakıətrafı ərazilərdə, istərsə də respublikamızın müxtəlif bölgələrində qaçqın və məcburi köçkünlər üçün bu cür bütün sosial-texniki infrastrukturları ilə birlikdə müasir qəsəbələr və məhəllələr salınıb, daha ağır şəraitdə yaşayan 240 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bildirilib ki, bütün qəsəbələrdəki mənzillərdə olduğu kimi, ərazidəki 760 məcburi köçkün ailəsi də verilmiş mənzillərdə müvəqqəti məskunlaşdırılıb və torpaqlar azad olunduqdan sonra onlar öz doğma yurdlarına qaytarılacaqlar. Qonağa məhəllədə yaradılan şərait barədə ətraflı məlumat verilib.
Daha sonra Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların ağır həyat şəraiti ilə tanış olub. Məcburi köçkünlərlə söhbət zamanı bildirilib ki, bu ərazidəki yataqxanalar kompleksində 1300-dən çox məcburi köçkün ailəsi məskunlaşıb. Onların hamısı öz yurd-yuvalarına qayıdacaqlarına əmindirlər və Ali Baş Komandanın əmri ilə hər an doğma torpaqlarının azadlığı uğrunda mübarizəyə hazırdırlar.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

