Buzovna çimərliyi ərazisində könüllülərin iştirakı ilə təmizlik aksiyası təşkil edilib
06.10.2015 [10:04]
IDEA İctimai Birliyi “Beynəlxalq Təmizlik Həftəsi” ilə əlaqədar “Təmiz Şəhər” ASC ilə birlikdə Buzovna çimərliyi ərazisində könüllülərin iştirakı ilə növbəti təmizlik aksiyası təşkil edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırmasına əsasən, Buzovna sahillərinin Bakının ən çox çirkləndirilən çimərliyi olduğu aşkar edilib. Məhz bu səbəbdən təmizlik aksiyası həmin ərazidə həyata keçirilib.
IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, “Təmizlik həftəsində təbiət üçün birgəyik” şüarı altında keçirilən aksiyanın məqsədi sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən dəniz sahillərində təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olub. Belə ki, Xəzər sahillərinin ziyarətçilər tərəfindən zibillənməsi dəniz ətraf mühitinin, xüsusilə zəngin canlı aləminin məhvinə səbəb olur.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də dəniz mövsümündən sonra sahillərdə müşahidə olunan yüksək dərəcəli çirklənməni nəzərə alaraq, IDEA İctimai Birliyi hər il Bakı çimərliklərində yüzlərlə gəncin iştirakı ilə bu cür sosial aksiyalar təşkil edir.
Təmizlik həftəsi ilə əlaqədar keçirilən bu tədbir ictimaiyyətin geniş marağına səbəb olub və cəmiyyətin müxtəlif yaş qruplarını təmsil edən şəxslər IDEA-nın təşəbbüsünə qoşulublar. Çimərlik ərazisindəki tullantıların toplanmasında xüsusi fəallıq göstərənlər IDEA İctimai Birliyi tərəfindən xatirə hədiyyələri ilə təltif olunublar.
Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçılar topladıqları tullantıları tərkibinə görə çeşidləyərək çimərliklərdə ən çox müşahidə olunan zibilləri aşkarlayıblar. Daha sonra bütün tullantılar xüsusi nəqliyyat vasitələri ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.
Mövsümündən asılı olmayaraq, IDEA İctimai Birliyi hər kəsi sahilyanı ərazilərin timsalında ətraf mühitin qayğısına qalmağa, ekoloji problemlərə qarşı aparılan mübarizəyə öz töhfələrini verməyə çağırır.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

