/ / Bu il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsalın 86 faizini müdafiə və xüsusi təyinatlı məmulatlar təşkil edib
Bu il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsalın 86 faizini müdafiə və xüsusi təyinatlı məmulatlar təşkil edib
23.10.2015 [10:32]
Oktyabrın 22-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində cari ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirilib.
MSN-dən AZƏRTAC-a bildiriblər ki, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.
Kollegiyanın sədri Yavər Camalov diqqətə çatdırıb ki, dünyada, eləcə də bölgədə iqtisadi, hərbi, siyasi böhranın yaşanmasına baxmayaraq, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və müstəqil siyasət nəticəsində respublikamızın iqtisadiyyatı uğurla inkişaf edir. Son illərdə əldə olunmuş nailiyyətlər növbəti illərdə də iqtisadiyyatın davamlılığının təmin edilməsi üçün zəmin yaradıb.
Yavər Camalov qeyd edib ki, təmas xəttində tam üstünlüyü əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə MSN-in müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Nazir bildirib ki, MSN cari ilin doqquz ayında uğurlu nəticələr əldə edib. Hesabat dövründə nazirliyin müəssisələrində 2015-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib. Eləcə də mülki məmulatların istehsalının genişləndirilməsi davam etdirilib. Mülki məhsulların istehsalı üzrə proqnoza 102,5 faiz əməl olunub.
Diqqətə çatdırılıb ki, cari ildə istehsal olunan məmulatların 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki məmulatlar təşkil edir. Bu ilin istehsal proqramına uyğun olaraq, doqquz ayda nazirliyin müəssisələrində yaradılma üzrə 81 mövzunu və 143 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Hesabat dövründə qumbaraatanlar üçün atəş yığımlarının və minalar üçün partladıcıların istehsalı mənimsənilib və seriyalı istehsala verilib.
Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir.
Vurğulanıb ki, nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə 20, o cümlədən dövlət sifarişi xətti ilə 9 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Eləcə də Milli Aerokosmik Agentliyinin (MAKA) 2015-ci ildə elmi-tədqiqat işləri üzrə planında müdafiə təyinatlı məmulatların fəaliyyət prinsiplərinin işlənməsi, aerokosmik məlumatların emalının təkmilləşdirilməsi və ekoloji monitorinq məsələlərinin həllinə xüsusi yer verilib.
Kollegiya iclasında qeyd olunub ki, 2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyində 2016-cı ildə Bakıda keçiriləcək “ADEX-2016” II Beynəlxalq müdafiə sərgisi ilə bağlı hazırlıq işləri davam etdirilir. Artıq 100-dən artıq beynəlxalq şirkətin sərgidə iştirak üçün qeydiyyatdan keçdiyi bildirilib.
Nazirlikdə hərbi-texniki əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirilib, mövcud əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin yaradılmasına dair danışıqlar aparılıb.
Kollegiya iclasında nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hesabatları dinlənilib və müəssisələrin fəaliyyətləri müzakirə edilib.
Nazir hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirib.
Sonda Yavər Camalov Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin verdiyi tapşırıqları bir daha iclas iştirakçılarına xatırladıb. Nazir ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində Ali Baş Komandanın verdiyi tapşırıqların icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verib.
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12

