Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Dövlət Universitetinin məzunlarına ikili diplomlar təqdim olunub

Bakı Dövlət Universitetinin məzunlarına ikili diplomlar təqdim olunub

23.10.2015 [10:40]

Oktyabrın 22-də Bakı Dövlət Universitetində (BDU) Almaniyanın Vürçburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa Hüququ Magistr Proqramının növbəti məzunlarına ikili diplomlar verilib.
AZƏRTAC xəbər verir ki, Vürçburq Universitetinin prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Avropa Hüququ Magistr Proqramının hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Professor Exard Paxen proqramın əhəmiyyəti barədə danışıb. O, məzunların ölkələrarası əməkdaşlığın müxtəlif sahələrinin inkişafına töhfələr verəcəklərinə əminliyini ifadə edib, proqram çərçivəsində bu il BDU-nun daha üç tələbəsinin Vürçburqda təhsilini davam etdirəcəklərini söyləyib. E.Paxen gələcək əməkdaşlıqdan, o cümlədən noyabr ayında BDU-da keçiriləcək birgə beynəlxalq konfransdan bəhs edib.
Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev proqramın həyata keçirilmə prosesindən, onun uğurlu nəticələrindən söz açıb.
Sonra proqramın növbəti məzunlarına diplomlar təqdim edilib.

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30