TürkPA ortaq türk əməkdaşlığının inkişafında əvəzsiz rol oynayır
29.10.2015 [10:09]
Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) ortaq türk əməkdaşlığının inkişafında əvəzsiz rol oynayır. Bu fikir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində TürkPA-nın baş katibi Jandos Asanov ilə görüşdə səsləndirilib.
Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA-nın mühüm nailiyyətlərindən, beynəlxalq elm strukturlarına inteqrasiyasından danışıb. Akademik A.Əlizadə hazırda elmi təşkilatın 70 illik yubiley ərəfəsində olduğunu vurğulayıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Jandos Asanov TürkPA-nın fəaliyyəti, məqsəd və vəzifələri, üzv ölkələr arasında ortaq türk əməkdaşlığının inkişafı barədə məlumat verib. Türkdilli ölkələr və digər region ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində Assambleyanın rolundan bəhs edib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA Ədəbiyyat İnstitutunun Beynəlxalq Türk Akademiyası (BTA) ilə əməkdaşlığından danışıb. Bildirib ki, bu əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilir. BTA-nın təşkilatçılığı ilə 2015-2016-cı illərdə “Ortaq türk ədəbiyyatı” proqramının və dərsliyinin çap etdirilməsi üçün ilkin hazırlıq işlərinə başlanılıb. “Ortaq Atalar Mirası” adlı 100 cildlik nəşrin ilk on cildinin çapı üçün müzakirələr aparılır. Eyni zamanda, AMEA “Ortaq Atalar Mirası” layihəsinə daxil edilən “Kitabi-Dədə Qorqud” dastanlarının Drezden və Vatikan nüsxələrinin çapını, “Koroğlu” dastanının və Məhəmməd Füzuli bircildliyinin nəşrə hazırlanmasını öz üzərinə götürüb.
Görüşdə türkdilli ölkələr arasında mədəni irsin, tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə bu ölkələr üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin təbliğ edilməsində AMEA ilə qarşılıqlı, faydalı əməkdaşlıq və gələcəkdə birgə layihələrin həyata keçirilməsi məsələsi müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

