Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Cari ildə Naxçıvanda 30 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb

Cari ildə Naxçıvanda 30 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb

06.11.2015 [10:03]

Bu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikasında 30 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. Naxçıvandakı istehsal müəssisələrində 119 növdə, 507 çeşiddə ərzaq, 238 növdə, 599 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 357 növdə, 1106 çeşiddə məhsul istehsal olunur.
AZƏRTAC xəbər verir ki, müəssisələr tərəfindən 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq olmaqla, cəmi 336 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi, eyni zamanda, 32 layihə üzrə işlərin davam etdirilməsi idxaldan asılılığın ciddi şəkildə azaldılmasında və əhalinin keyfiyyətli məhsullarla tələbatının ödənilməsində mühüm rol oynayır.
Naxçıvanda özəl bölmənin inkişafı, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirən muxtar respublikanın İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Fondunun vəsaitləri sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Fond tərəfindən indiyə qədər 1196 layihənin maliyyələşdirilməsinə 117 milyon manatdan çox vəsait sərf olunub. Həmin vəsait sənaye, xidmət, kənd təsərrüfatı təyinatlı sahələrin maliyyələşdirilməsinə yönəldilib.
Sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, onların hüquqlarının müdafiəsi də diqqətdə saxlanılıb, sahibkarlar nəzarət kitabçaları ilə təmin edilib, nazirlikdə yaradılmış “qaynar xətt” vasitəsilə sahibkarlıq subyektləri ilə maarifləndirmə istiqamətində işlər aparılıb, onların problemləri öyrənilib və nazirliyin səlahiyyətləri daxilində kömək göstərilib.
Sahibkarların fəaliyyətinin dövlət tərəfindən müdafiə olunması, yerli istehsalçıların mənafeyinin qorunması və digər bu kimi funksiyaların yerinə yetirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən biri də bəzi fəaliyyət növlərinin lisenziyalaşdırılmasıdır. Bu sahədəki qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərdən sonra 2015-ci ilin ötən dövrü ərzində muxtar respublikada 323 fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” 2011-ci il 31 oktyabr tarixli Fərmanına uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı əks etdirən internet portalı (www.icazeler. nax.az) yaradılıb. Bu portal vasitəsilə sahibkarlıq fəaliyyətinə başlamaq, eyni zamanda, öz fəaliyyətini genişləndirmək istəyənlər üçün tələb olunan icazə xarakterli sənədlərin, icazələrin verilmə və qüvvədəolma müddətlərinə dair bütün məlumatların vahid mənbədən əldə edilməsi mümkündür.
Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əlaqələrinin inkişaf etdirilməsi, istehsal olunan məhsulların ixrac imkanlarının artırılması, xarici ölkələrdə tanıdılması məqsədilə onların nəinki ölkə daxilində, xaricdə keçirilən biznes-forum, konfrans, sərgi və digər tədbirlərdə də iştirakı təmin edilir. 2015-ci ilin ötən dövrü ərzində, ümumilikdə, 15 beynəlxalq əhəmiyyətli tədbirdə muxtar respublikadan 60 nümayəndə iştirak edib. Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmiş “Beynəlxalq Yaşıl Həftə-2015” və Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş “Gulfood-2015” beynəlxalq qida sərgisində muxtar respublikadan 12 növdə, 57 çeşiddə məhsullar nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 735 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30