Ölkəmizdə dini təhlükəsizlik tam təmin olunub
13.11.2015 [10:06]
Azərbaycan hüquqi dövlətdir və hansısa qüvvələrin təxribat əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq
Məlum olduğu kimi, son illərdə dünyanın ayrı-ayrı yerlərində radikal, ekstremist dini qrupların müəyyən siyasi dairələr tərəfindən gizli və açıq formalarda dəstəklənməsinin, həmin qüvvələrdən ictimai-siyasi sabitliyin pozulmasında, hökumətlərə təzyiqlərin göstərilməsində, islamofobiyanın yayılmasında istifadə edilməsinin şahidi oluruq. Digər tərəfdən, Avropada multikulturalizmin böhranı, islamofob və ksenofob meyillərin güclənməsi də tolerantlığa zərbə vuraraq mədəniyyətlərarası qarşıdurmanı gücləndirir. Lakin bütün bunlarla yanaşı, Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın, müxtəlif etnik, dini mənsubiyyətə malik olan toplumların mehriban birgəyaşayışının şahidi oluruq. Bunun əsas səbəblərindən biri, Azərbaycanın tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkan olmasıdır. Azərbaycan xalqı uzun əsrlər boyu özünün milli, dini-mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyyəti formalaşıb.
Fərqli dinlərə mənsub insanların çoxluğu Azərbaycan dövləti və xalqı üçün problem deyil, əksinə, zəngin xəzinədir ki, onu da insanlarımız bu günədək qoruyub saxlayıblar. Tarix boyu baş vermiş müharibələrdə, mürəkkəb siyasi situasiyalarda ölkəmizdə yaşayan müxtəlif dinin daşıyıcıları bir-birinə dəstək verib, ümumi düşmənə qarşı bir səngərdə vuruşublar. Məhz bu özəlliyilə Azərbaycan sözün həqiqi mənasında dünyanın digər çoxkonfessiyalı ölkələri üçün nümunə təşkil edir.
Hələ 1995-ci ildə respublikamızın Konstitusiyası qəbul edilərkən, orada öz əksini tapmış maddələr bu sərvətimizin daha etibarlı qorunmasına münbit şərait yaratdı. Bununla da Azərbaycanda müxtəlif dinlərin və ya etnosların nümayəndələrinin hüquqlarının dövlət səviyyəsində qorunmasına hüquqi təminat verildi. Konstitusiyanın 18-ci maddəsinin I və II bəndlərinə görə, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Bununla yanaşı, ali qanunun 48-ci maddəsinin I və II bəndlərinə görə, hər kəsin vicdan azadlığı və hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Ali Qanunun 18-ci maddəsinin I bəndində göstərilir ki, “bütün dini etiqadlar qanun qarşısında bərabərdir”.
Eyni zamanda, “Dini etiqad azadlığı haqqında” Qanun mövcuddur ki, bu sənəd özündə dini sahədə fəaliyyətin hüquqi prinsiplərini ehtiva edir. Sözügedən qanunvericilik bazası əsasında isə din-dövlət münasibətlərinin tənzimlənməsi, ölkədə dini durumun öyrənilməsi və təhlil olunması istiqamətində zəruri addımlar atılır. Eyni zamanda, bu sahədə məlumat bazasının zənginləşdirilməsi, dini icmalar və dini təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər təqdir olunandır. Qeyri-islam dini icmalarıyla qarşılıqlı anlaşma şəraitində işgüzar münasibət qurulub. Hazırda bütün konfessiyalar ölkə qanunlarına uyğun şəkildə fəaliyyət göstərir. Amma bütün bunlar din pərdəsi altında müxtəlif təxribatçı fəaliyyətlər sərgiləməyə əsas vermir.
Həmçinin dövlətin müvafiq strukturları radikal cərəyan və təriqətlərin fəaliyyətinin aşkarlanması, yol verilən neqativ halların aradan qaldırılması, dini icmaların dövlət qeydiyyatına alınması, dini bayram və mərasimlərin müasir tələblərə uyğun həyata keçirilməsi yönündə zəruri işlər həyata keçirməkdədir.
Bir neçə gün öncə Sabunçu rayonu ərazisində baş verən hadisə də bəzi dairələrin din pərdəsi arxasında müəyyən məqsədlərini reallaşdırmağa çalışdıqlarını göstərdi. Belə ki, ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiklərinə görə Bakı şəhər sakinləri Elçin Qasımov və Sahib Həbibov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən verilən məlumata görə, bundan dərhal sonra özlərini dini hərəkatın tərəfdarları adlandıran və ümumi sayı 60 nəfərədək olan bir qrup şəxs həmin polis orqanının inzibati binasının qarşısında toplaşaraq onların azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər. İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirib, daxili işlər orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Onlar daş və küt alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər və nəticədə iki polis əməkdaşı bədən xəsarəti alıb. Görülmüş tədbirlərlə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın fəal iştirakçılarından 8 nəfəri saxlanılıb və hüquqazidd hərəkətləri sənədləşdirilərək müvafiq materiallar Sabunçu rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə saxlanılmış şəxslər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 298-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) və 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq edilib.
Din pərdəsi arxasında bəzi dairələrin hərəkətləri yolverilməzdir. Qeyd etdiyimiz kimi, din dövlətdən ayrıdır və ölkəmizdə dini təhlükəsizlik tam təmin olunub. Bu məsələdə dövlətin və aidiyyəti strukturların mövqeyi ondan ibarətdir ki, hər bir vətəndaş özünün hüquq və azadlıqlarından, o cümlədən dini etiqad azadlığından ictimai asayişə, ən əsası, milli maraqlara zidd olmamaq şərti ilə yararlana bilər. Ona görə də hansısa qüvvələrin təxribat əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45

