/ / Ulu öndər Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində xalqımız üçün misilsiz xidmətlər göstərib
Ulu öndər Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində xalqımız üçün misilsiz xidmətlər göstərib
13.11.2015 [10:09]
Bakı Atatürk Liseyində “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” mövzusunda elmi-praktik konfrans keçirilib
Dünən Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan liseyin direktoru Ali Devrim bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu və Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin birgə təşkilatçılığı ilə keçirilən konfrans “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində baş tutur.
Sonra tədbirin 12 noyabr - Konstitusiya günüdə keçirilməsinin heç də təsadüfi olmadığını bildirən Ali Devrim: “Azərbaycanın Konstitusiyasının qəbulundan artıq 20 il keçir. Bu, qısa tarixi zaman olsa da, indi Azərbaycan müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünyaya inteqrasiyada mühüm uğurlar qazanıb və bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə daha da möhkəmlənir”, - deyib.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün xatirələri birdəqiqəlik sükutla yad edildikdən, həmçinin hər iki ölkənin dövlət himninin oxunmasından sonra layihə haqqında məlumat verilib.
Tədbirdə çıxış edən layihənin rəhbəri - tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov konfransın “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” mövzusuna həsr olunmasının heç də təsadüfi olmadığını deyib: “Məlum olduğu kimi, xalqımızın yetişdirdiyi tarixi şəxsiyyətlər içərisində Heydər Əliyevin özünəməxsus yeri var. Çünki müasir Azərbaycan dövlətçiliyinin xilaskarı Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində xalqımız üçün misilsiz xidmətlər göstərib”.
Çıxışında SSRİ-nin süqutundan sonra azadlığına qovuşan Azərbaycanın müstəqilliyinin ilk illərində müxtəlif sahələrdə ağır böhrana məruz qaldığını xatırladan Y.Mahmudov qeyd edib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra istər daxili, istərsə də xarici maneələrə baxmayaraq, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasına və ilk Konstitusiyanın qəbul edilməsinə nail oldu: “Ulu öndər Heydər Əliyev zəkasının məhsulu olan Əsas Qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə ölkəmizə böyük rəğbət qazandırır. Eyni zamanda, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan mühüm uğurlar əldə edir”.
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva deyib ki, Əsas Qanunda mütərəqqi dəyərləri biz bu gün də öz həyatımızda hiss edirik. Konstitusiyada hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları demokratik cəmiyyət quruculuğunda mühüm əhəmiyyət kəsb edən amillərdir.
Daha sonra Türkiyənin Qazi Universitetinin professoru, doktor Selma Ünlü və başqaları çıxış edərək şəxsiyyətlərin dövlətlərin və xalqların taleyində oynadıqları roldan danışıblar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37

