/ / Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclasında 4 KİV-lə bağlı müraciətlər araşdırılıb
Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclasında 4 KİV-lə bağlı müraciətlər araşdırılıb
21.11.2015 [09:54]
Noyabrın 20-də Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının növbəti iclası keçirilib. Şura sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının başçısı Müşfiq Ələsgərlinin rəhbərliyi ilə keçirilən iclasda 4 kütləvi informasiya vasitəsi ilə bağlı müraciətlər araşdırılıb.
Əvvəlcə “Region TV” Televiziya Şirkətinin regionxeber.tv portalı barədə müraciətinə baxılıb. Şikayətdə göstərilib ki, oxşar adın götürülməsi şirkətin imicinə təsirsiz ötüşmür. Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, hər bir şəxs öz kütləvi informasiya vasitəsini təsis edərkən ad seçimində müstəqildir. Belə seçim regionxeber.tv rəhbərliyinin də müstəsna hüququdur. Lakin ictimai rəydə qəbul olunan KİV-lərin və populyarlığa malik verilişlərin adlarının təsis zamanı götürülməsi məqbul hal sayıla bilməz. Buna görə də xəbər portalının rəhbərliyinə adın dəyişdirilməsi tövsiyə olunub.
Salyan rayon İcra Hakimiyyətinin “Dünya” informasiya agentliyi (dia.az) barədə müraciətinin müzakirəsində bir neçə məqama diqqət yetirilib. Komissiya üzvlərinin çıxışlarında son vaxtlar bir sıra media orqanlarında, xüsusilə xəbər portallarında Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məsələlərdə müxtəlif yaşlı, vəzifəli şəxsləri əlaqələndirmək meyillərinin özünü qabarıq büruzə verdiyi bildirilib. Qeyd olunub ki, konkret faktlara, sənədlərə, dəlil-sübutlara əsaslanmadan təqdim olunan həmin yazılarda etik prinsiplərin tələblərinin gözlənilməməsi haqlı narazılıqlar doğurmaqdadır. Komissiya Salyan rayon İcra Hakimiyyətinin rəhbərliyi barədə dia.az saytında gedən informasiyanı da belə məsuliyyətsiz yanaşmanın nümunəsi sayıb.
Bildirilib ki, şikayət doğuran material saytdan götürülməsinə, səhvin etiraf olunmasına, təkzib edilməsinə baxmayaraq “Dünya” informasiya agentliyinin bu KİV-in hansı əməkdaşı barədə necə ölçü götürdüyü ictimaiyyətə qaranlıq qalıb. Sayta bu məqamlara da aydınlıq gətirməsi tövsiyə edilib.
Gəncə Dövlət Universitetinin müəllimi Arifə Əhmədlinin “Gündəm xəbər” qəzetində onun haqqında dərc olunan yazı ilə əlaqədar müraciətinin müzakirəsində bu qənaətə gəlinib ki, həm şikayətçinin, həm də cavabdehin təqdim etdiyi sənədlərdə bir-birinin təkzibinə yönələn cəhətlər mövcuddur. Bütün bunlar isə ayrıca araşdırma ehtiyacı doğurur. Həmin məqamlara aydınlıq gətirilməsi üçün Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərlinin başçılığı ilə 3 nəfərdən ibarət araşdırma qrupu yaradılıb.
“Finka Azerbaijan” MMQBKT-nin “Şəfəqə doğru” qəzetindən şikayəti müzakirə olunarkən komissiya narazılıq doğuran yazının təqdimatında mətbu nəşrin maraqlı tərəf təsiri bağışlamasını, etik prinsiplərin tələblərinə sayğısızlığını, xüsusilə qarşı tərəfin mövqeyinin təqdim olunmamasını həmin KİV-ə irad tutub.
Xəbər lenti
Hamısına baxİdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26

