Binəqədi rayonunda “Tolerantlıq nümunəsi Azərbaycan” layihəsinin icrasına başlanılıb
09.12.2015 [10:05]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti və Binəqədi rayon İcra Hakimiyyəti rayon ərazisindəki təhsil müəssisələrində “Tolerantlıq nümunəsi Azərbaycan” layihəsinin reallaşdırılmasına başlayıb. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın milli mənəvi dəyərlərinin, azərbaycançılıq məfkurəsinin, ölkəmizin tolerantlıq mühitinin və bu sahədə dövlət siyasətinin geniş təbliğ edilməsidir.
Binəqədi rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində 115 nömrəli tam orta məktəbdə keçirilən iki dərsdə mövzuya dair mühazirələr dinlənilib.
Tədbirlərdə rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və rayon ərazisindəki 32 ümumtəhsil müəssisəsinin 200-dək tarix müəllimi iştirak edib.
“Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasəti kimi” mövzusundakı birinci dərsi aparan Etibar Nəcəfov mühazirəsində ölkəmizdə zəngin multikultural dəyərlərdən söhbət açıb, Azərbaycan xalqının tarixən mədəni yaşam tərzinə, əxlaqi dəyərlərə və yüksək mənəvi keyfiyyətlərə sahib olduğunu vurğulayıb. Qeyd olunub ki, məhz bu səbəbdən ölkəmizdə bütün xalqların nümayəndələri tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşayıb və yaşamaqdadırlar. 1990-cı illərin əvvəllərindəki böhranlı dövrdə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin formalaşdırmağa başladığı müasir müstəqil Azərbaycan dövlətinin əsas ideologiyasının təməllərindən biri ölkədəki bütün dinlərin və millətlərin nümayəndələrinə hörmətlə yanaşılması dini azadlıqların qorunması və tolerantlıq dəyərlərinin bərqərar olması idi.
Gündüz İsmayılovun apardığı ikinci dərsdə isə “Müasir dövrdə Azərbaycan Respublikasında dövlət-din münasibətləri” mövzusunda məruzə dinlənilib. G.İsmayılov çıxışında milli ruhun qorunmasında, inkişaf etdirilməsində və gələcək nəsillərə çatdırılmasında güclü milli dövlətçiliyin mühüm rol oynadığını bildirib. Dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli mənəvi dəyərlərin qorunmasına xidmət edir.
Mövzular ətrafında təqdimatlardan sonra auditoriyanın sualları cavablandırılıb.
Müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşən tədbir iştirakçıları milli mənəvi dəyərlərimizin qorunması və onun gənc nəsillərə aşılanmasında belə layihələrin əhəmiyyətini qeyd ediblər.
Layihə çərçivəsində dekabrın 9-da “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi istiqamətində fəaliyyəti” mövzusunda növbəti dərs keçirilib. Dekabrın 10-da isə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda daha bir dərs təşkil olunacaq. Dərsləri müvafiq olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımoğlu və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Mövsüm Nağısoylu aparacaqlar.
“Tolerantlıq nümunəsi Azərbaycan” layihəsi dekabrın 12-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37

