Türkiyənin Bursa şəhərində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
12.12.2015 [10:57]
Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyətinin nümayəndə heyəti Türkiyənin Bursa şəhərində səfərdə olublar.
Tədbir iştirakçıları Bursa şəhərində salınan Heydər Əliyev parkı ilə tanışlıqdan sonra burada ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidə önünə əklil qoyaraq Onun xatirəsini ehtiramla yad ediblər. Ulu öndərə Bursada ucaldılan abidə Türkiyənin XX əsrin Türk dünyasının ən güclü siyasi xadiminin xatirəsinə göstərdiyi ehtiramın və sonsuz sevginin təzahürüdür.
Qeyd edək ki, Abşeron rayonu ilə Türkiyənin Bursa şəhəri arasındakı əlaqələrin qurulması və inkişafı məqsədilə 2008-ci ilin iyununda Bursa Bələdiyyəsi ilə Abşeron rayon İcra Hakimiyyəti arasında “Qardaş şəhərlər”in elan olunması haqqında razılaşma əldə edilib.
Dekabrın 9-da Abşeron rayon İcra Hakimiyyəti və Bursa Bələdiyyəsi tərəfindən Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Abşeron rayon Mədəniyyət və turizm şöbəsinin müdiri İlham Manafov, Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının Aparat rəhbəri Abbas Əliyev, Bursa Bələdiyyəsinin üzvləri, Türkiyədəki Azərbaycan diasporunun təmsilçiləri, ziyalılar və İstanbul Bahcəşəhər Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Abşeron rayon Mədəniyyət və turizm şöbəsinin müdiri İlham Manafov və YAP Abşeron rayon təşkilatının Aparat rəhbəri Abbas Əliyev bildiriblər ki, Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulub, Azərbaycanın müstəqil dövlət kimi qəbul olunması təmin edilib, gələcəkdə Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün şərait yaradılıb. Qeyd olunub ki, gündən-günə qüdrətini artıran Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Təməli Ümummilli lider tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Bursa Yıldırım Bələdiyyəsinin Mədəniyyət işləri üzrə şöbə müdiri Temel Turabi Türk dünyasının böyük oğlu Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərin inkişafındakı misilsiz xidmətlərini qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı gənclər dahi şəxsiyyətin Azərbaycanda dövlətçiliyin inkişafı, ordu quruculuğu, təhlükəsizlik, eləcə də gənclər siyasəti və digər sahələrdə gördüyü işlər haqqında danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

