Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
16.12.2015 [09:52]
Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafı, rayon, şəhər, kənd və qəsəbələrin abadlaşması, infrastrukturun yenilənməsi, əhaliyə göstərilən sosial və kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və digər müsbət göstəricilər dövlətin məqsədyönlü siyasətinin nəticəsi olaraq Bakı şəhərinin Nizami rayonunda da aydın müşahidə olunmaqdadır. 193 min nəfərdən artıq əhalisi olan, 19,6 kvadratkilometr ərazini əhatə edən Nizami rayonunun inkişaf imkanlarının reallaşdırılması həm bölgə sakinlərinin həyat şəraitinin yüksəlməsinə, həm də Bakının və respublikanın ümumi inkişafında Nizami rayonunun özünəməxsus yerinin möhkəmlənməsinə səbəb olur.
Məlum olduğu kimi, qlobal iqtisadi göstəricilərdəki azalmaya, dünya bazarlarındakı dəyişkən vəziyyətə baxmayaraq, ölkəmizdə müxtəlif sahələr üzrə ardıcıl inkişaf 2015-ci ildə də davam edib. İlin 9 ayı ərzində Azərbaycanda inflyasiya çox aşağı səviyyədə - 3,7 faiz, yoxsulluq isə 5 faiz səviyyəsində olub. Əhalinin pul gəlirləri 5,8 faiz artaraq inflyasiyanı üstələyib, eyni zamanda, 67 mini daimi iş yeri olmaqla 87 min yeni iş yeri yaradılıb. Bu müddətdə 9 milyardı daxili, 7 milyardı xarici sərmayə olmaqla ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulub. Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamlarının, Bakı şəhəri, onun qəsəbələrinin və regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası bütün sahələrdə dayanıqlı irəliləyişi təmin edib.
Bunların fonunda 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarından da göründüyü kimi rayonun inkişaf nailiyyətlərinin respublikanın makroiqtisadi göstəricilərində özünəməxsus yeri var.
Yeri gəlmişkən, bəhs edilən dövrdə Nizami rayonunda fəaliyyət göstərən müəssisələr tərəfindən 346,9 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz çoxdur. İstehsal olunmuş məhsulun 24,8 faizi qeyri-dövlət sektoruna aiddir. Adambaşına düşən investisiyaların həcmi dövr ərzində 836,6 manat olub.
SAKİNLƏRİN RİFAH HALININ YÜKSƏLDİLMƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Hesabat dövründə iaşə müəssisələrində 37,2 milyon manatlıq xidmət göstərilib ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çoxdur. 2015-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi 180,8 milyon manat təşkil edib.
Ötən müddətdə rabitə sahəsində əhaliyə göstərilən xidmətin dəyəri əvvəlki dövrlə müqayisədə 38,0 faiz çox olub. Nəqliyyat sahəsində isə 84,7 milyon manat dəyərində və ya 29,3 faiz çox xidmət göstərilib.
Hesabata əsasən, 2015-ci ilin 9 ayında Nizami rayonunda 1847 yeni iş yeri açılıb. Ümumilikdə, 2003-cü ildən etibarən rayonda 28012-si daimi iş yeri olmaqla 28109 yeni iş yeri açılıb.
Sakinlərin rifah halının daha da yaxşılaşması, işsizliyin və yoxsulluğun minimuma endirilməsi və digər amillər onu deməyə əsas verir ki, ölkənin sosial həyatında son illər müşahidə olunan inkişaf 2015-ci ilin 9 ayı ərzində davam etdirilib.
Ötən müddətdə Nizami rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata götürülən 1361 nəfərdən 484-ü münasib işlə təmin olunub. İşə düzələnlərdən 251 nəfəri qadın, 51 nəfər isə qaçqın və məcburi köçkünlərdən ibarətdir. Həmçinin hesabat dövründə 65 nəfərə işsizlik statusu verilib, işsizlik müavinəti alanlardan 6 nəfər öz məşğulluğunu təmin edib. Bəhs olunan dövrdə keçirilmiş 9 əmək yarmarkasında 24 nəfər, “Karyerada ilk addım” devizi altında keçirilmiş əmək yarmarkalarında isə 5 nəfər işlə təmin olunub.
Əhalinin sosial-maddi durumuna təsir göstərən vacib faktorlardan biri, şübhəsiz, əməkhaqlarının miqdarıdır. Müsbət haldır ki, 2015-ci ilin yanvar-avqust aylarında orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 7,3 faiz artaraq 528,3 manat təşkil edib.
Hesabat dövründə Nizami rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) 1050 ailəyə 166142 manat məbləğində ünvanlı sosial yardım təyin edilib. Təyin olunmuş sosial yardımın orta aylıq məbləği hər bir ailə üçün 160 manat təşkil edir. Həmçinin rayon ƏSMM-in sosial məişət xidməti sektorunda 439 nəfər tənha və kimsəsiz qocalara, əlillərə evlərində sosial və məişət xidmətləri göstərilir. 2015-ci ilin 9 ayı ərzində mərkəzdən 5203 nəfər sosial müavinət, 231 nəfər isə uşaq müavinəti alıb.
Bütövlükdə, iqtisadiyyatda müşahidə edilən sabit artım templəri ölkənin sosial yönümlü inkişafını təmin edib, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və məşğulluğun artırılması üçün əlverişli şərait yaradıb.
HUMANİTAR SAHƏLƏRDƏ GÖRÜLƏN İŞLƏR
Vətəndaşların qayğı ilə əhatə olunması, səhiyyə, təhsil imkanlarının yüksəldilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin vacib ünsürlərindəndir. Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də əlamətdar günlərdə, bayramlarda əhalinin daha həssas qrupları diqqətdən kənarda qalmayıb. Belə ki, Ramazan bayramı münasibətilə rayonda 5 müxtəlif ünvanda yerləşən mədəni-kütləvi tədbirlər evində ümumilikdə 2 mindən artıq şəhid, əlil, müharibə veteranları, aztəminatlı və məcburi köçkün ailələrinə, tənha və kimsəsiz qocalara iftar süfrəsi açılıb, 630 nəfərə bayram sovqatı verilib. Qurban bayramı münasibətilə də rayonda bayram tədbirləri təşkil edilib, 5400 nəfərə bayram payları paylanıb.
Həmçinin sözügedən müddətdə rayonun səhiyyə müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətə müntəzəm nəzarət edilməsi, əhali arasında infeksion, parazitar xəstəliklərin, qida zəhərlənmələrinin qarşısının alınması və mövcud halların ləğv edilməsi istiqamətində işlər davam etdirilib. Rayonda içməli su təchizatı üzərində ciddi sanitariya nəzarəti həyata keçirilib, əhaliyə verilən içməli su mənbələrində bakterioloji və kimyəvi müayinələr aparılıb. Hesabata əsasən, görülən tədbirlərin nəticəsi olaraq su faktoru ilə əlaqədar heç bir mədə-bağırsaq infeksiyası qeydə alınmayıb.
Əhaliyə satılan ərzaq məhsullarının yararlılığı nəzarətə götürülüb və bununla bağlı mütəmadi reydlər keçirilib. Reydlər zamanı 71 kq müxtəlif çeşidli yararsız ərzaq məhsulu məhv edilib və sanitariya qaydalarını pozanlara qarşı müvafiq tədbirlər görülüb.
2015-ci ilin 9 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi işləri də görülüb. Məsələn, 103 saylı uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən 12 saylı tam orta məktəbdə 200 yerlik, 32 saylı tam orta məktəbdə 640 yerlik və 238 saylı tam orta məktəbdə 320 yerlik əlavə korpusların tikintisi davam etdirilib, Bakı Texniki Kollecinin və Kimya-biologiya təmayüllü respublika liseyinin isə əsaslı təmiri və yenidənqurulması başa çatdırılıb.
Bundan əlavə, Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”na töhfə vermək məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən 110 və 172 saylı uşaq bağçalarının hər birində 80 yerlik əlavə korpus tikilib.
İNFRASTRUKTURUN YENİLƏNMƏSİ VƏ KOMMUNAL XİDMƏTLƏRİN KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİ İŞLƏRİ DAVAM ETDİRİLİB
2015-ci ilin 9 ayı ərzində rayonda infrastrukturun təkmilləşdirilməsi, qışa hazırlıq sahəsində də işlər həyata keçirilib. Nizami Qaz İstismar sahəsi ümumilikdə 53145 abonentə, o cümlədən 52367-si əhali, 778-i qeyri-əhali abonentinə xidmət göstərir. Ötən dövr ərzində qaz təsərrüfatı üzrə 4270 p/m müxtəlif diametrli qaz xətləri çəkilib, 3502 ədəd mexaniki sayğac “Smart-kart” tipli sayğacla əvəz edilib, istismara yararsız vəziyyətə düşmüş 8 ədəd qaz tənzimləyici müasir tələblərə cavab verən yeni qaz tənzimləyicilərlə əvəzlənib, Milli Gimnastika Arenası qazla təchiz edilib.
Elektrik enerjisi təsərrüfatı üzrə rayonun elektrik təchizatını yaxşılaşdırmaq üçün hava xətlərinin yeraltı kabel xətləri ilə əvəz edilməsi, yararsız kabel xətlərinin dəyişdirilməsi, yeni xətlərin çəkilişi, müvafiq qurğuların quraşdırılması işləri davam etdirilib. Habelə, “Atletlər kəndi”ni elektrik enerjisi ilə təchiz etmək məqsədilə 2x110 metr, “Fontanlar” parkına 2x1450 metr, Heydər Əliyev prospektində yeni tikilmiş stadionun ətrafındakı küçələrin işıqlandırılması məqsədilə 1150 metr kabel xətti çəkilib.
Su təchizatı və kanalizasiya xidməti ilə bağlı rayon Sukanal Departamenti tərəfindən ayrı-ayrı ünvanlarda su qurğuları yeniləri ilə əvəzlənib, kanalizasiya boruları təmir olunub. Ümumilikdə, su təsərrüfatı üzrə 52342 abonentə xidmət göstərilib, onlardan 42530 (81,3 faiz) abonentə sayğac quraşdırılıb.
Hesabata əsasən, 2015-ci ilin 9 ayı ərzində rayon İcra Hakimiyyəti başçısının sakinlərlə 17 səyyar görüşü keçirilib, sakinlər tərəfindən 84 müraciət edilib. Eləcə də rayon İcra Hakimiyyətinə vətəndaşlardan 1024, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasından 309, digər rəhbər və mərkəzi orqanlardan 292 müraciət daxil olub. 237 müraciətin icrası nəzarətə götürülüb, bu da problemlərin müsbət həll olunmasına öz təsirini göstərib. Binaların istiliklə təchizatı, həyətlərin abadlaşdırılması, yolların asfaltlanması və maddi yardım göstərilməsinə görə görülən işlərlə əlaqədar vətəndaşlardan 20 minnətdarlıq məktubu daxil olub. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə daxil olmuş müraciətlərin sayı 148 vahid azalıb.
GÖRÜLƏN İŞLƏRİN DAVAMI ÜÇÜN YENİ HƏDƏFLƏR
Sadalananlarla yanaşı, Nizami rayonunun sosial, iqtisadi, infrastruktur vəziyyətinin daha da yüksəldilməsi üçün bir sıra işlərin həyata keçirilməsi, təməli qoyulan layihələrin icrasının davam etdirilməsi nəzərdə tutulub. Planlaşdırılan işlərə abadlaşdırma, yolların təmiri, yaşayış binalarında liftlərin və dam örtüklərinin əvəzlənməsi, istilik, elektrik və kanalizasiya xətlərinin yenilənməsi, 2 elektrik yarımstansiyasının tikilməsi də daxildir. Həmçinin təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üzrə 6 orta məktəbin, 1 kollecin, 1 peşə liseyinin, 2 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 1 məktəbdənkənar tərbiyə müəssisəsinin əsaslı təmir edilməsi, 2 orta məktəbin hər birində 640 şagird yerlik əlavə korpusların, 2 orta məktəbdə ümumilikdə 26 əlavə sinif otağının, 2 orta məktəbdə isə yeni idman zalının, 2 yeni özəl bağçanın tikilməsi də nəzərdə tutulub.
Göründüyü kimi, Nizami rayonunun sosial-iqtisadi inkişafı istiqamətində əsaslı tədbirlər həyata keçirilməkdədir. Bu isə rayon sakinlərinin rahat və firavan yaşayışını təmin etməklə bərabər, ölkəmizin ümumi inkişaf və tərəqqi mənzərəsinə öz müsbət töhfəsini verməkdədir.
Zahid İlhamoğlu
Nizami Rayon İcra Hakimiyyəti
və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49

