Bakalavr ixtisaslarının sayı 265-dən 149-a endirilib
18.04.2009 [14:59]
2009-2010-cu tədris ili üçün ölkənin ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə ərizə qəbulu elan edilib. Bununla bağlı mətbuat konfransı keçirən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, internetlə aparılacaq sənəd qəbulu mayın 31-dək davam edəcək. Abituriyentlər müvafiq sənəd qəbulu komissiyalarına tələb olunan sənədləri təqdim edərək ərizələrini aprelin 28-dən mayın 31-dək təsdiqlətdirməlidirlər.
M.Abbaszadə bildirib ki, TQDK sənəd qəbulu zamanı abituriyentlərin internet xidmətlərindən pulsuz istifadə etməsi üçün müxtəlif dövlət orqanları ilə razılığa gəlib. İnternetlə təmin edilmiş məktəblərin məzunları təhsil aldıqları müəssisədə sənəd verə, interneti olmayan məktəbin məzunları isə poçt şöbələrinə müraciət edə bilərlər. Bundan başqa, Vergilər Nazirliyinin 14 kompüter terminalı vasitəsilə də ərizə təqdim etmək mümkündür. Təqdim edilən sənədlərin hələlik TQDK bölmələrində təsdiqinin zəruri olduğunu vurğulayan qurum rəhbəri qeyd edib ki, elektron imzanın tətbiqindən sonra buna da ehtiyac qalmayacaq.
Ali məktəblərə qəbul imtahanları isə iyulun əvvəlində başlayacaq. İlk imtahanın iyulun 5-də keçirilməsi nəzərdə tutulub.
M.Abbaszadənin sözlərinə görə, imtahanların daha dəqiq cədvəli mayın əvvəlində elan ediləcək. Komissiya sədri deyib ki, bu il ali məktəblərə ümumi qəbul planında əsaslı dəyişiklik gözlənilməsə də, bakalavr ixtisaslarının sayı 265-dən 149-a endirilib, bəzilərinin isə adlarında dəyişiklik edilib. M.Abbaszadə qəbul imtahanlarında abituriyentlərin müsabiqəyə buraxılması üçün keçid ballarını ötənilki səviyyədə saxlamağa çalışacaqlarını da deyib. O xatırladıb ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşdığından budəfəki müsabiqənin keçid balları barədə konkret rəqəm söyləmək mümkün deyil.
Ali məktəblərin magistratura pilləsinə isə 15 minə yaxın bakalavrın sənəd verəcəyi gözlənilir. Magistr imtahanlarının birinci mərhələsi mayda olacaq.
M.Abbaszadənin sözlərinə görə, elektron ərizə üçün xüsusi ödəmə kartlarına gərək qalmayacaq. Xüsusi ödəmə kartları ilə yanaşı virtual ödəmə kartlarından da istifadə etmək mümkün olacaq: “Bu, artıq elektron ticarətin tətbiqidir”.
Abituriyentlərin işini asanlaşdıracaq və müsabiqənin operativliyini təmin edəcək irəliləyişlərdən biri isə TQDK-nın regional mərkəzlərinin fəaliyyətə başlamasıdır. Gəncə, Şəki, Lənkəran və Qubada fəaliyyət göstərəcək regional mərkəzlər zona üzrə fəaliyyət göstərəcəklər.
M.Abbaszadə abituriyentlərin sınaq imtahanlarında iştirakına da münasibət bildirib. Onun sözlərinə görə, sınaq imtahanları bütün regionlarda təşkil edilir. Sonuncu sınaq imtahanında 30 min abituriyent bilik səviyyəsini yoxlayıb: “Bu bir xidmətdir. Kim istəyirsə, istifadə edir. Yəqin ki, xidmət düzgün qurulmasaydı, 30 mindən artıq istifadəçisi olmazdı. Ancaq bununla ölkədə təhsilin səviyyəsini müəyyənləşdirmək mümkün deyil. Təhsilin səviyyəsi ölkədəki abituriyentlərin 65 faizinin qatıldığı müsabiqələrin nəticələri əsasında müəyyənləşdirilə bilər. Lakin sınaq imtahanına münasibətlər fərqlənir. Məsələn, elə abituriyent var ki, heç vaxt sınaq imtahanında iştirak etməyib, bəzi abituriyentlər isə imtahanlara hər həftə qatılır. Hər iki yanaşma doğru deyil. Abituriyent sınaq imtahanlarında ayda bir dəfə iştirak etsə, bu, kifayətdir. Bu göstərici ilə valideyn də, müəllim də abituriyentin nəyə qadir olduğunu, bilik səviyyəsini müəyyənləşdirə bilir”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

