Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Ali Neft Məktəbində “Qan yaddaşımız Xocalı” adlı anım tədbiri keçirilib

Bakı Ali Neft Məktəbində “Qan yaddaşımız Xocalı” adlı anım tədbiri keçirilib

27.02.2016 [11:30]

Bakı Ali Neft Məktəbində (BANM) Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Qan yaddaşımız Xocalı” adlı anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri Əzizağa Qənizadə və muzeyin əməkdaşları, ali məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Təbdirdən öncə Xocalı soyqırımından bəhs edən rəsm əsərlərinin, kitab və müxtəlif təbliğat materiallarının sərgisi nümayiş olunub.
Tədbirdə Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ali məktəbin rektoru Elmar Qasımov Xocalı soyqırımının mənfur erməni millətçiləri tərəfindən əsrlər boyu xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən, ən qəddar və amansız terror hadisələrindən biri olduğunu deyib. O bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusuna məxsus alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan etdilər, əliyalın, dinc əhalini, uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürdülər və ya girov götürdülər. Rektor, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırılması üçün böyük işlər gördüyünü bildirib. Elmar Qasımov Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, dünya ictimaiyyətinin bu soyqırımı haqqında məlumatlandırılması üçün gənclərin öz bilik, bacarıq və xarici dil imkanlarından istifadə edərək bu məsələdə vətənpərvərlik göstərməli olduqlarının vacib olduğunu deyib.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri Əzizağa Qənizadə “Xocalı - bəşəriyyətə qarşı çevrilmiş cinayət” mövzusunda məruzə ilə çıxış edib. O, Xocalı soyqırımının XX əsrdə insanlığa qarşı törədilmiş ən qanlı faciə olduğunu bildirib. Əzizağa Qənizadə bu soyqırımının bəşər tarixində ən qəddar kütləvi terror kimi yadda qaldığını deyib.
I qrup Qarabağ əlili, ehtiyatda olan polkovnik İntiqam Mirzəyev tələbələrə daima vətənpərvər ruhda olmağı, BANM-də aldıqları ingilis dili bilikləri vasitəsilə Azərbaycanı xaricdə layiqincə təmsil etməyi, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı və şəhidlərin ölməz ruhunu həmişə yad etməyi tövsiyə edib.
Sonda Xocalı faciəsinə həsr olunmuş “1992-ci ilin qarı” adlı qısametrajlı sənədli film nümayiş olunub.

Paylaş:
Baxılıb: 628 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30