Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əsl soyqırımları törədən ermənilərdir

Əsl soyqırımları törədən ermənilərdir

22.04.2016 [10:06]

Tədqiqatçı-siyasətşünas Səməndər Çaxmaqlı qondarma “erməni soyqırımı”, onun saxta “tarixi kökləri” barədə müsahibə verib.
- Səməndər müəllim, ermənilərin yaxın günlərdə qondarma “erməni soyqırımı”nın - 101 illiyini təntənəli surətdə qeyd etməyə hazırlaşdıqları bu cəfəngiyatın “tarixi kökləri” hansı faktlara əsaslanır və ya belə bir məsələ olmuşdurmu?
- Bildiyimiz kimi, son günlər ermənilər yenə də fəallaşaraq guya Osmanlı Türkiyəsi tərəfindən 1915-ci ildə ermənilərə qarşı törədilmiş “soyqırımı” nəticəsində 1,5 milyon erməninin qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və s. “faciənin 101 illik tarixini” qabardaraq, Türkiyə və Azərbaycana qarşı şər-böhtan kampaniyası aparır, bu iddianın həqiqət olduğunu dünya ölkələrinə, dünyanın bütün nüfuzlu ictimai-siyasi təşkilatlarına sırımağa çalışırlar. Onlar qondarma “soyqırımı”nın 101 illiyi” adı altında xarici ölkələrdə yuva salmış terrorçu erməni quldurlarından pul-para qoparmaqla yanaşı, erməniləri Türkiyədən qisas almağa, torpaq və təzminat tələb etməyə çağırırlar. Əslində isə 1915-ci ildə Yaxın Şərq və Cənubi Qafqazda heç 1,5 milyon erməni yaşamamışdır. Qeyd edək ki, ermənilərin soyqırımına məruz qalmaları haqqında dünya dövlətlərinin arxivlərində heç bir tarixi sənəd yoxdur. Türkiyə dövləti bu illər ərzində dəfələrlə arxiv sənədlərinin araşdırılması, faktların ortaya çıxarılması barədə erməni dövlətinə müraciət etsə də, onlar bu məsələ ilə bağlı həqiqətdən yayınmaq mövqeyi tutmuşlar. Əslində isə I Dünya müharibəsi illərində, xüsusən 1915-ci ildə Osmanlı Türkiyəsi Antanta dövlətləri ilə müharibədə ölüm-dirim mücadiləsi apararkən Bizans, Roma və s. imperatorluqlarından satqınlığa, xəyanətə görə qovulmuş ermənilər sonuncu sığınacaq yerləri olan Osmanlı imperiyasına da xəyanət etdilər. Onlar rus qoşunlarının tərkibində “Böyük Ermənistan” yaratmaq xülyasına düşərək Türkiyə torpaqlarında kütləvi qırğınlar, yüzlərlə şəhər və kəndlərdə soyqırımları törətdilər. Ermənilərin bu xəyanətini görən Osmanlı İmperiyası onları Türkiyənin içəri torpaqlarından Şərqi Anadoluya köçürməyə məcbur oldu. Rus yazıçısı Yakov İlicov “Türkiyə karvanı” tarixi romanında göstərir ki, 1924-cü ildə Frunzenin rəhbərliyi ilə (V.Leninin göstərişi ilə) Türkiyəyə yardım karvanını təhvil verib qayıdarkən M.K.Atatürk özünün şəxsən himayə edərək qoruyub-saxladığı 300 min ermənini də özləri ilə Şərqi Anadoluya aparmağı xahiş etmiş, onlara mühafizə dəstəsi də ayırmışdır. Tarixi mənbələri araşdırsaq görərik ki, I Dünya müharibəsi dövründə və sonralar türklərə və müsəlmanlara qarşı əsl terror aktları və soyqırımları erməni quldur dəstələri tərəfindən törədilmişdir. Ermənilərin uydurduqları qondarma “erməni soyqırımı” cəfəngiyat və saxtakarlıqdan başqa bir şey deyildir.
Ermənilərin saxtakarlıqlarından söz açan U.Çörçill yazırdı ki, ermənilərin fırıldaqçılıqdan, saxtakarlıqdan və günahsız adamları qırmaqdan başqa heç bir silahı yoxdur. Onların bu silahı bu gün də öz işini görməkdədir. Ermənilərin necə saxtakar bir xalq olması haqqında rus yazıçısı A.S.Puşkin, alman səyyah Alfred Karte, İ.Çavçavadze, Korneli Tatsis, V.Veliçko, Qriboyedov, Nekrasov və s. kimi dünyada tanınmış şəxsiyyətlər də öz fikirlərini bildirmişlər.
- Səməndər müəllim, çar Rusiyası tərəfindən ermənilərin himayə edilməsi və Cənubi Qafqazda erməni dövlətinin yaradılması tarixi haqqında nələri deyə bilərsiniz?
- Gəlin əvvəlcə ermənilərin himayə edilməsi və rus imperiyası tərəfindən qondarma “erməni dövləti”nin yaradılması tarixinə nəzər salaq.
1724-cü ildə rus çarı I Pyotr ermənilərin çar Rusiyasının himayəsi altına alınması haqqında fərman imzalamışdır. 1768-ci ildə rus çariçası II Yekaterina ermənilərə Rusiyanın himayəsində hər cür səlahiyyətlərin verilməsi haqqında fərman imzalamışdır. 1769-cu ildə isə erməni millətçisi Movses Safaryanın tərtib etdiyi “Ermənilərin Azadlıq Proqramı” rus hakimiyyət orqanları tərəfindən qəbul edilmişdir (proqramda zorakılıq yolu ilə erməni dövləti yaratmaq ideyaları təbliğ olunurdu). 1802-ci ildə çar I Aleksandr ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi və onlardan istifadə edilməsi haqqında yazılı göstəriş vermiş və bu işdə katolik kilsələrindən istifadə edilməsini vacib saymışdır.
1804-cü ildə İrəvan xanlığını işğal etmək və erməni dövləti yaratmaq məqsədi ilə rus qoşunları erməni quldur dəstələri ilə birlikdə İrəvan xanlığına birinci yürüş etmiş, lakin məğlub olaraq geri çəkilməyə məcbur olmuşlar. 1808-ci ildə rus qoşunları erməni quldur dəstələri ilə birlikdə yenidən İrəvan xanlığına yürüş etmiş, lakin növbəti dəfə məğlub olaraq geri çəkilmişlər.
1827-ci ildə rus qoşunları erməni quldurları ilə birlikdə İrəvan xanlığına üçüncü yürüş etmiş və İrəvan xanlığını işğal etmişlər.
1828-ci il mart ayının 21-də İrəvan və Naxçıvan xanlıqlarının inzibati ərazisində “müvəqqəti erməni vilayəti” yaradılmışdır. “Müvəqqəti erməni vilayəti”ni dövlət kimi formalaşdırmaq üçün bir sıra addımlar atılmış, həmçinin, 1828-1988-ci illər arasında İrəvan xanlığının ərazisindən - Qərbi Azərbaycandan 3 milyondan çox yerli əhali dədə-baba yurdlarından qovularaq çıxarılmış və bu torpaqlara xarici ölkələrdən 1,5 milyona yaxın erməni köçürülmüş, İrəvan xanlığının ərazisində qondarma “Ermənistan Respublikası” yaradılmışdır.
- Ermənilərin Azərbaycanda, Türkiyədə törətdikləri cinayətlər - soyqırımları, terrorçuluq, vandalizm barədə hansı tarixi faktlar məlumdur?
- Bildiyimiz kimi, ermənilərin qondarma “soyqırımı” iddiası cəfəngiyatdan başqa bir şey deyildir. Lakin onların çar Rusiyasının havadarlığı ilə türklərə, azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərin - soyqırımlarının, terror aktlarının, vandalizmin və s. dünyada misli-bərabəri olmamışdır. Gəlin bu cinayətlərin bir hissəsinin tarixi xronologiyasına nəzər salaq:
- 1827-1828-ci illərdə ruslar erməni quldur dəstələri ilə İrəvan qalasını işğal etdikdən sonra qalada və şəhərdə “qayda-qanun” yaratmaq ermənilərə tapşırıldı. Onlar 70 mindən çox şəhər əhalisini qətlə yetirdilər, əsir düşmüş qala müdafiəçilərini, Cənubi Azərbaycandan köməyə gəlmiş sərbazları (əsgərləri) və yaralıları qala meydanında tonqala ataraq diri-diri yandırdılar;
- XIX əsrin II yarısında rus-türk müharibələri zamanı Türkiyənin məğlubiyyətindən sonra ermənilər rusların köməyi ilə Türkiyənin ayrı-ayrı vilayətlərində, Zeytunda (1829, 1862, 1878, 1884-cü illərdə), Sasunda (1880), Vanda (1886) və digər şəhərlərdə soyqırımları törətmiş, yüzminlərlə dinc əhalini qətlə yetirmişlər;
- 1905-1907-ci illərdə ermənilər rus kazaklarının köməyi ilə Naxçıvanda, Gəncədə, Bakıda, Qarabağda, Qazax qəzasında, Zəngəzurda, Göyçə gölü ətrafında, Mehridə və digər bölgələrdə mülki əhaliyə qarşı soyqırımları törədərək 150 mindən çox Azərbaycan türkünü qətlə yetirdilər.
Bu illərin qanlı faciələri yazıçı Mir Möhsun Nəvvabın “Erməni-müsəlman davası” tarixi kitabında, M.S.Ordubadinin “Qanlı illər” əsərində və Cahangir Zeynalovun “Müxtəsər Azərbaycan tarixi” elmi-publisistik əsərində geniş şəkildə öz əksini tapmışdır.
Bütün bu kimi vəhşiliklərə, soyqırımılara rəvac verən 1887-ci ildə Cenevrədə yaradılmış qatı millətçi “Hnçaq” (Zəng) partiyası, 1890-cı ildə Tiflisdə yaradılmış, millətçi-terrorçu “Daşnaksütyun” (ittifaq) partiyası, 1974-cü ildə Parisdə yaradılmış “ASALA” terror təşkilatı, 1995-ci ildə Nyu-Yorkda yaradılmış, “Erməni vətənpərvərlər ittifaqı”, “Hamkavar”, “Droşak” (bayraq) və başqa millətçi-terrorçu təşkilatları bu gün də “Böyük Ermənistan” dövləti yaratmaq yolunda hər cür qeyri-insani vasitələrdən istifadə etməkdədirlər.
- 1914-1920-ci illərdə əvvəllər çar Rusiyasının, sonralar isə bolşeviklərin köməyinə arxalanan ermənilər müxtəlif illərdə Azərbaycanda və Türkiyədə olmazın vəhşiliklər törətmiş, 200 mindən çox türk-müsəlman əhalini qətlə yetirmişlər. 1918-1920-ci illərdə Azərbaycanın İrəvan, Göyçə, Ağbaba, Vedibasar, Zəngibasar, Dərələyəz, Zəngəzur və başqa mahallarında quldurbaşı Andranik Ozanyanın erməni quldur dəstələri əhalinin tam yarısını qətlə yetirmişlər.
1914-cü ildə bütün ermənilərin katalikosu Vartan Gevorkov rus çarı I Nikolaya müraciət edərək bildirirdi ki, ermənilər çarın sadiq oğullarıdır, onlar xahiş edirlər ki, Türkiyə ərazisində yaşayan erməni qardaşlarımızın əzablarına son qoysun. Həmin il kilsə tərəfindən 10.000 nəfərdən ibarət silahlı erməni dəstələri yaradılaraq Türkiyənin şərq vilayətlərini zəbt etmək üçün türk torpaqlarına soxuldular. Onlar Türkiyədə yaşayan erməni əhalisi ilə birləşərək yerli əhaliyə divan tutdular. Təkcə I Dünya müharibəsi dövründə 2 milyona yaxın mülki əhali erməni quldur dəstələri tərəfindən qətlə yetirilmişdir;
- 1918-1920-ci illərdə Bakıda Qubada, Şamaxıda, Göyçayda, Cənubi Azərbaycanda və digər bölgələrdə kütləvi qırğınlar törədilmiş, 500 mindən çox mülki əhalinin həyatına son qoyulmuşdu;
- 1948-1953-cü illərdə tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə prosesi həyata keçirildi. 100 minə yaxın azərbaycanlı deportasiyaya məruz qaldı. İqlim və yaşayış tərzinə uyğunlaşa bilməyən bu mülki əhalinin yarıdan çoxu həyatını itirdi.
1988-1990-cı illərdə SSRİ rəhbərliyinin havadarlığından istifadə edən ermənilər Qərbi Azərbaycanda (indiki Ermənistanda) yaşayan son 250 min azərbaycanlını dədə-baba yurdlarından zorla qovub çıxardılar. Yüzlərlə azərbaycanlı qətlə yetirildi. Ümumilikdə, 1828-1988-ci illər arasında işğalçı siyasət nəticəsində İrəvan inzibati ərazisi işğal edilmiş, 3 milyondan çox əhali öz dədə-baba yurdlarından çıxarılmış, 1 milyondan çox əhali soyqırımına məruz qalmışdır. 1986-cı ildə Yunanıstanın Afina şəhərində Z.Balayanın və S.Kaputikyanın iştirak etdiyi Erməni Milli Konqresinin yığıncağında Türkiyə ilə haqq-hesab məsələsinin sonraya saxlanılması, Ermənistandan bütün azərbaycanlıların qovulması və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərara alındı.
Bu qərardan sonra Dağlıq Qarabağ və onun ətraf bölgələrində törədilmiş qanlı cinayətlər tarixi keçmiş deyil, bugünkü reallıqdır. Onların Xocalıda, Qaradağlıda, Ağdabanda və digər yaşayış məntəqələrində törətdikləri soyqırımlar, qətliamlar tarixin səhifəsindən heç vaxt silinməyəcəkdir. Bu illər ərzində Dağlıq Qarabağ və onun ətraf rayonlarında minlərlə dinc əhali qətlə yetirilmişdir.

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30