Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib

27.04.2016 [10:07]

YAP Nərimanov rayon təşkilatının sədri, Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib
Dünən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib. Yığıncaqda Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri, Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev yekdilliklə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib.
Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə, Milli Məclisin deputatı Kamran Bayramov, Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, şəhər bələdiyyələrinin sədrləri və digər qonaqlar iştirak ediblər.
Yığıncaqda Assosiasiyanın 2016-cı ilə qədərki fəaliyyəti ilə bağlı hesabat təqdim olunub. Hesabat qənaətbəxş hesab edilib. Həmçinin şəhər bələdiyyələrinin sədrləri gördükləri işlərin hesabatını təqdim ediblər.
Sonda yığıncağın qərar layihəsi qəbul olunub.

Paylaş:
Baxılıb: 858 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30