/ / Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır
Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır
28.04.2016 [11:05]
Azərbaycan Respublikası müstəqillik dövründə bir çox dövlətlərin əsrlərlə əldə edə bilmədiyi yüksəlişə, inkişafa nail olub. Bununla yanaşı, ölkəmizdə hüquq və azadlıqların müdafiəsi istiqamətində də çox ciddi nailiyyətlər əldə olunub. Ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında fəallığın artırılması yolunda görülən işlər öz növbəsində qadınların cəmiyyətdəki rolunun artmasında da ifadə olunub.
Şübhəsiz ki, Azərbaycanda qadın hüquqlarının ən yüksək səviyyədə təminatı, gender bərabərliyi məsələsi Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri kimi meydana çıxıb. Ümummilli liderimizin hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmi yüksək qiymətləndirilib. Çoxsaylı qadınlar yaradılan əlverişli şərait nəticəsində fərdi bacarıqlarını nümayiş etdirib, müxtəlif idarəetmə orqanlarında rəhbər vəzifələrdə çalışıb. Hələ keçmiş SSRİ dövründə Azərbaycan elminin şöhrətini ucaldan və onu dünyaya tanıdan bu ziyalı qadınlara ittifaq miqyaslı fəxri adların verilməsi Ulu öndər Heydər Əliyevin onlar qarşısındakı əvəzsiz xidmətlərindən biri idi.
Ulu öndər Heydər Əliyev gender bərabərliyi məsələsinə və qadın siyasətinə böyük önəm verirdi
Eyni zamanda, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu öndərimizin təşəbbüsü ilə ölkəmizdə qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atıldı, müvafiq qərarlar qəbul olundu. Ölkəmiz bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" üzrə Konvensiyaya, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşuldu. 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" Sərəncam imzalandı. Bu Sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirildi.
Vurğulamaq lazımdır ki, ölkəmizdə dövlət qadın siyasətinin mühüm uğurlar əldə etməsində 1998-ci ildə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsinin böyük rolu oldu. Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirdi. Bu səbəbdən də 6 fevral 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu missiyanın daha geniş və effektiv şəkildə həyata keçirilməsinə imkan verdi. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərib.
2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı hazırlandı. Bu plan 1995-ci ildə Azərbaycanın qoşulduğu "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategiyalar əsasında respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla tərtib edildi. Bu sənəd Dövlət proqramlarının hazırlanmasını, habelə qadın problemləri ilə əlaqədar konkret təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tuturdu. Sözügedən Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formalarının, qadın ticarəti və istismarının qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edildi. Sənəddə qadın hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlbetmə də daxil olmaqla müvafiq ölçülərin götürülməsi nəzərdə tutuldu.
Azərbaycan qadınlarının fəallığının artırılması istiqamətində önəmli hadisə olan Azərbaycan Respublikası qadınlarının 2003-cü ildə keçirilən II qurultayı ölkəmizdə qadın hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, Azərbaycan qadınlarının fəaliyyət göstərdikləri sferalarda yüksək peşəkarlığa malik olması kimi faktları bir daha təsdiqlədi.
Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkə, həm də dünya miqyasında örnək təşkil edir
Qeyd etdiyimiz kimi, ölkəmizdə əsası Ulu öndər tərəfindən qoyulan dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısı gender məsələlərinə xüsusi həssaslıqla yanaşır, bu sahədə bütün müvafiq addımların atılmasına şəxsən nəzarət edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev 2010-cu ilin may ayında Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransın iştirakçılarına təbrik məktubunda müstəqil Azərbaycan Respublikasında gender məsələlərinə münasibəti bu cür ifadə etmişdi: "Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir. Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində fəal iştirak etməklə, real gender bərabərliyinə nail olunması üçün öz qüvvələrini əsirgəmirlər".
Ümumiyyətlə, tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri məhz Azərbaycan qadınının adı ilə bağlıdır. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti həm də hər bir azərbaycanlı qadın üçün fəxr, qürur mənbəyidir. Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin çox vacib istiqamətlərindən biri məhz Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır. Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr bərpa olunub. Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Mehriban Əliyevanın BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Bu məqamda qeyd edək ki, məhz Prezident İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətindən bəhs edərkən onun ictimai-siyasi xadim kimi portret cizgilərini tamamlayan ştrixlər kifayət qədər zəngindir. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib. Yeni tibb ocaqları, məktəblər, uşaq bağçaları, internat məktəbləri istifadəyə verilib. Bundan başqa, Mehriban xanım Əliyeva Milli Məclisdə Amnistiya aktının qəbul olunması təşəbbüsü ilə çıxış edib və bunun sayəsində minlərlə məhkum azadlığa qovuşub, yenidən cəmiyyətə inteqrasiya olunub. Ümumiyyətlə, Azərbaycanın birinci xanımının geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.
Azərbaycan xanımlarının beynəlxalq arenadakı uğurları, həmçinin ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlardan danışarkən Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın fəaliyyətini də xüsusi olaraq vurğulamaq yerinə düşər. Belə ki, məhz onun təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanan "Xocalıya ədalət!" ("Justice for Khojaly!") beynəlxalq kampaniyası Azərbaycan həqiqətlərinin yayılmasında mühüm rola malik olub. Kampaniya çərçivəsində həm ölkə daxilində, həm də xaricdə mühüm tədbirlər həyata keçirilib və keçirilir. "Justice for Khojaly!" ("Xocalıya ədalət!") kampaniyası Xocalıda baş vermiş qanlı hadisələr haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədi daşıyır.
Beləliklə, bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, səmərəli gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir.
Pərviz SADAYOĞLU
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsinə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

