Peşə bayramının təsis edilməsi sahibkarlara yeni stimul verdi
05.05.2016 [09:57]
Cəmil Muradov: Çoxminli sahibkar ordusu ilə dövlət tərəfindən qarşımıza qoyulan hədəflərə nail ola biləcəyik
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-də Azərbaycanda ilk dəfə Sahibkarlar Günü qeyd edilib. Bu münasibətlə İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun birgə təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş konfrans keçirilib. Konfransda aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin ölkəmizdəki ticarət palatalarının, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib. “Gilan Holdinq”in baş direktoru Cəmil Muradov əməkdaşımızla söhbətində konfransla bağlı öz təəssüratlarını bölüşüb.
- Cəmil müəllim, konfransda səsləndirilən fikirlərdən belə aydın oldu ki, ölkə sahibkarları özlərinin xüsusi bir peşə bayramının olmasını çoxdan gözləyirmişlər. Bu, sahibkarların işinə nə dərəcədə müsbət təsir göstərə biləcək?
- Bilirsiniz, əsas məsələ sənin əməyinə, işinə verilən diqqət və qayğıdadır. Hələ o qayğı dövlət tərəfindən, birbaşa ölkə Prezidenti tərəfindən olanda, bunun ayrı təsiri və effekti olur. Doğrudur, indiyədək ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar sistemli və ardıcıl xarakter daşıyıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son zamanlar imzalanmış sənədlər, qəbul edilmiş qərarlar ölkədə sahibkarlığın inkişafına verilən böyük dəstəyin göstəricisidir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2015-ci ilin sonlarından etibarən Prezident İlham Əliyev ölkədə biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, onların hüquqlarının daha dolğun şəkildə qorunmasına hesablanan bir sıra sənədlər imzalamışdır. Çox haqlı olaraq, mütəxəssislər ölkə Prezidenti tərəfindən atılmış bu addımları Azərbaycanda sahibkarlıq sahəsində inqilabi dəyişiklik kimi qiymətləndirirlər. Bəhs olunan sənədlər dövlət başçısının sahibkarlara açıq dəstək verdiyini, onların arxasında dayandığını təsdiqləyir. Dövlət başçısının imzaladığı Fərmana əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb. Bundan əlavə, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması, investisiyanın təşviqi və s. özəl sektorun inkişafında xüsusilə əhəmiyyətlidir. Odur ki, əminliklə söyləmək olar ki, haqqında yuxarıda danışılan sənədlər ölkəmizdə sahibkarlığın inkişafının dəstəklənməsinə, eləcə də sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilə hallarının aradan qaldırılmasına daha geniş hüquqi təminatlar yaradır. Prezident İlham Əliyevin Sərəncamı ilə Sahibkarlar Gününün təsis olunması isə ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarlığın fəaliyyətinə verilən yüksək qiymət, eləcə də dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir. Yeri gəlmişkən, xatırladım ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyev də vaxtı ilə digər sahələrdə olduğu kimi, ölkədə sahibkarlığın inkişafı ilə bağlı bir sıra qərarlar qəbul etmişdi. Məhz Ümummilli lider Heydər Əliyevin 2002-ci ilin 25 aprel tarixində ölkə sahibkarları ilə keçirdiyi görüş sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur. Elə bu səbəbdən də Ulu öndərimizin siyasi kursunun davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı sərəncamla Sahibkarlar Günü məhz aprelin 25-də təsis edilib. Odur ki, belə hesab edirəm ki, ayrıca peşə bayramının təsis edilməsi ölkə sahibkarları üçün əlavə bir stimul rolunu oynayacaq.
- Sizcə, bütün təşəbbüslər dövlət tərəfindən olmalıdır? Sahibkarlar da yerində saymamalı, dünyada gedən iqtisadi prosesləri düzgün təhlil etməli və bazara tələbata uyğun, həm də daxili və xarici bazarda rəqabətədavamlı məhsullar istehsal etməyə səy göstərməlidir axı?!...
- Doğru qeyd edirsiniz, düşünürəm ki, indiki dünyada tüğyan edən iqtisadi böhran şəraitində sahibkarlarımız da bir qədər təşəbbüskarlıqlarını artırmalıdırlar. Elə götürək möhtərəm Prezidentimizin ötən həftə Ağsu rayonuna səfərində rayon sakinləri ilə görüşü zamanı çıxışını. Prezident qeyd etdi ki, hazırda ölkədə biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı, ixrac potensialımızın artırılması və idxaldan asılılığımızın azaldılması istiqamətində çox ciddi işlər gedir. Bu il ölkəmizdə dərin iqtisadi islahatlar ili olacaq. Neftin qiymətinin 4 dəfə aşağı düşməsi bizi vadar edir ki, ixracyönümlü məhsulların həcmini artıraq. Burada söhbət, ilk növbədə, ölkədə pambıqçılığın inkişafından gedir. Prezident qeyd etdi ki, vaxtı ilə ölkəmiz SSRİ-nin tərkibində olanda pambıq istehsalı 1 milyon tona çatmışdı. Ötən il isə Azərbaycanda cəmi 35 min ton pambıq istehsal olunub. Eləcə də bu sözləri baramaçılıq, tütünçülük və çayçılıq haqda da demək olar. Odur ki, düşünürəm ki, sahibkarlarımız da Prezidentin proqram xarakterli çıxışından nəticə çıxaracaq, öz təşəbbüskarlıqlarını daha da artıracaqlar.
Artıq gözləmək zamanı bitib, indi real hərəkətə keçmək zamanıdır. Prezidentimizin çağırışlarına əməli işlə cavab verməyin vaxtıdır. Hədəf bəlli, istiqamət bəlli, dövlət tərəfindən mükəmməl dəstək bəlli - qalır təkcə “qolları çırmalayıb” hərəkətə başlamaq.
Prezidentin də qeyd etdiyi kimi, indi əsas vəzifə yerli istehsalın artırılması, kənd təsərrüfatının inkişafıdır. Biz yeni əkin sahələrini dövriyyəyə buraxmalıyıq. Suvarmanı daha yaxşı səviyyədə təşkil etməliyik ki, bol və keyfiyyətli məhsul əldə edək, ixrac qabiliyyətimizi yüksəldə bilək, xarici bazarlarda rəqabətə dözə bilək. Belə hesab edirəm ki, çoxminli sahibkar ordusu ilə biz dövlət tərəfindən qarşımıza qoyulan bu kimi hədəflərə nail ola biləcəyik.
- Cəmil müəllim, təmsil etdiyiniz holdinq ölkənin qeyri-neft sektorunda fəaliyyət göstərən ən böyük şirkətlərdən biridir. 2016-cı ildən, eləcə də qarşıdakı illərdən gözləntiləriniz nədir?
- Gözləntilərimiz çox böyükdür. Çünki heç də sirr deyildir ki, hər bir dövlətdə sosial-iqtisadi islahatların uğurluluğunu təmin edən əsas amil güclü siyasi iradənin olmasındadır. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son vaxtlarda imzaladığı müvafiq Fərman və sərəncamlar çox böyük əhəmiyyət kəsb edir. Əminliklə demək olar ki, həmin sənədlər ölkəmizdə daxili istehsalın artmasına və qeyri-neft məhsullarının ixracının genişlənməsinə yeni stimul verəcəkdir. Hesab edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin yeni iqtisadi şəraitin özəllikləri nəzərə alınmaqla vermiş olduğu tapşırıqlar və imzaladığı bir sıra mühüm sənədlər onu deməyə əsas verir ki, Azərbaycanda 2016-cı il, eləcə də perspektiv üçün artıq yeni inkişaf kursu müəyyənləşdirilib və bu kurs ölkəmizi yeni-yeni zəfərlərə doğru aparmaqdadır.
Məhz bu səbəbdən də yuxarıda sadalananlar biz sahibkarlarda da nikbinlik üçün böyük əsas yaradır. Əminliklə vurğulamaq olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz xarici təsirlər nəticəsində yaranan çətinlikləri uğurla aradan qaldıraraq, bundan sonra da davamlı inkişafını təmin edəcəkdir. Hesab edirəm ki, “Gilan Holdinq” MMC-nin çoxsaylı əmək kollektivi respublikamızın bütün sahibkarları ilə birlikdə Azərbaycanın tərəqqisi, xalqımızın firavan gələcəyi naminə, ölkə Prezidenti tərəfindən müəyyənləşdirilmiş vəzifələrin icrasında bundan sonra da fəal şəkildə iştirak edəcək, Azərbaycan dövlətinin biz sahibkarlar qarşısında qoyduğu hədəflərə çatmaq üçün bundan sonra da əzmlə çalışacağıq.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42

