Əsl ekspert jurnalı - “UNEC Ekspert”
19.05.2016 [10:04]
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təsis etdiyi “UNEC Ekspert” jurnalının ilk sayı bir neçə gün öncə işıq üzü görüb. Gözlənildiyi kimi, ictimaiyyətin böyük marağına səbəb olan jurnal aktual mövzuları ilə öz fərqini ortaya qoyub. UNEC ekspertləri jurnalda dərc olunan eksklüziv məqalələri ilə iqtisadi gündəm mövzularına şərh verməklə yanaşı, iş adamlarının yol göstəricisi funksiyasını da yerinə yetiriblər.
Dinamik dəyişkənlik nümayiş etdirən qlobal iqtisadi proseslərin ekspert səviyyəsində təhlilləri ilə zənginləşdirilən jurnalda milli iqtisadiyyatla bağlı məqamlara xüsusi yer verilib. Milli iqtisadiyyatın formalaşması və inkişafı məsələsinə toxunan müəlliflər monetar siyasət, investisiya cəlbediciliyi, azad sahibkarlığın stimullaşdırılması nüanslarını geniş təhlil edib, oxuculara ən son statistik informasiyaları çatdırıblar.
Nəfis tərtib olunan jurnalda neftin qiymətinin dəyişkənliyi, ixrac potensialı, ticarət tərəfdaşlıqları və investisiya məqsədli vergi krediti mövzuları ilə də yaxından tanış olmaq mümkündür.
Biznes mühitində insan amili ilə bağlı mövzuların da yer aldığı mənbədə həmçinin obrazlı məqalələr oxucuların mütaliəsinə verilib. Dayanıqlı iqtisadi inkişaf strategiyasının formalaşmasında standartlaşmanın və sertifikasiyanın rolu ilə bağlı mövzularla maraqlananların diqqətini çəkən informasiyalar da jurnalda yer alıb.
Eləcə də iqtisadi qərarların qəbul edilməsinin bioloji əsaslarını tədqiq edən neyroiqtisadiyyat barədə xüsusi məqamlar da biznes oxucuları üçün maraq doğuracaq.
Beləliklə, “UNEC Exspert” oxucuları jurnal vasitəsilə iqtisadiyyatın və biznesin aktual məsələlərinə ölkənin aparıcı iqtisadçı alimlərinin münasibət bildirdiyi və təkliflər irəli sürdüyü unikal intellektual meydana çıxış əldə edə biləcəklər.
Həmçinin oxucuların ekspertlərlə əlaqələrinin təmin edilməsi və suallarının cavablandırılması məqsədilə UNEC-in “Diskurs.az” virtual iqtisadi forumunda jurnalın hər sayı işıqlandırılacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

