/ / Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında bədii-yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında bədii-yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb
26.05.2016 [10:14]
Mayın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim AHİK, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tələbələr arasında keçirilən belə bədii-yaradıcılıq festivallarının əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, gənclər siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biridir. Bu gün gənclərimiz dövlətimizin başçısının yüksək diqqət və qayğısı ilə əhatələniblər.
Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin fiziki və mənəvi inkişafı, savadlı və sağlam böyümələri, sosial müdafiəyə ehtiyacı olanlara lazımi kömək göstərilməsi, gənclər təşkilatlarının formalaşması həmin uğurlu siyasətin nəticələridir. Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.
Təhsil nazirinin müşaviri Fərzəli Qədirov çıxış edərək əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, Ümummilli liderin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Vurğulanıb ki, Ulu öndər Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Belə bədii-yaradıcılıq festivallarının keçirilməsi məhz Ulu öndərin əsasını qoyduğu siyasətin nəticəsidir.
Daha sonra qaliblər mükafatlandırılıblar. 24 ali məktəbin mindən çox tələbəsinin qatıldığı festivalda 11 nominasiya üzrə keçirilmiş müsabiqədə müxtəlif ali məktəblərdən 33 tələbə festivalın diplom və pul mükafatlarına layiq görülüb. Eyni zamanda, mərasimdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş, respublikanın orta və ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilmiş şahmat üzrə yarışın 8 qalibi də mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57

