Təhsil Nazirliyindən tələbələrə növbəti güzəştli addım
07.06.2016 [10:08]
Azərbaycanın 10 müxtəlif ali məktəbində təhsil alan və təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər təqdim olunur
İyunun 6-da Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunmuş media-brifinq keçirilib. Tədbirdə çıxış edən nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu dövlət ali təhsil müəssisələri - Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis olunub.
Hansı tələbələr kredit üçün müraciət edə bilərlər?
Tədbirdə çıxış edən fondun icraçı direktoru Rüfət Mahmud deyib ki, rəhbərlik etdiyi qurumun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Kredit verilməsi qaydaları və şərtləri haqqında danışan icraçı direktorun sözlərinə görə, kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində - yuxarıda adları qeyd olunan 10 universitetin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Bu zaman tələbənin ailəsinin sosial durumu və onun tədris göstəriciləri nəzərə alınmalıdır: “Belə ki, kredit üçün müraciət edən tələbənin valideynlərinin illik gəliri 10 min AZN və ya daha az, tələbənin yaşı 25 və daha az olmalıdır. Bundan başqa, bu imkandan yalnız bakalavr pilləsində əyani şöbəsində təhsil alan tələbələr yararlana bilərlər. Yalnız 2, 3 və 4-cü kurslarda təhsil alan və ümumi orta müvəffəqiyyət göstəricisi 71 və ya daha yuxarı olan, akademik borcu olmayan tələbələr üçün kredit ayrılacaq. Həmçinin birinci kursa yeni qəbul olunmuş tələbələr üçün bu təklifdən istifadə etmək mümkün olmayacaq”.
Tələbələr krediti təhsillərini başa vurduqdan bir il sonra ödəməyə başlayacaqlar
R.Mahmud həmçinin deyib ki, kreditlər tələbələrə illik 8 faizlə veriləcək. Lakin tələbələr bu krediti ödəməyə təhsilini başa vurduqdan bir il sonra başlayacaq. Oğlanlar əgər hərbi xidmətə yollanacaqlarsa, o zaman onlar hərbi xidmətdən qaydıtdıqdan bir il sonra, yəni təhsilini başa vurduqdan 2 il sonra krediti ödəməyə başlayacaqlar: “Tələbələr fondun təqdim etdiyi iki kredit paketindən - standart və güzəştli kredit paketlərindən yararlana bilərlər. Standart paketlər üzrə kredit 8 faizlə verilir. Güzəştli paketlərdə isə 6 faizlik kredit məbləği nəzərdə tutulur. Kredit şərtlərinə uyğun gələn tələbələrdən ailə başçısını itirmiş, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud şəxslər güzəştli şərtlərlə kredit almaq imkanına malik olacaqlar. Tələbə universiteti bitirəndən 1 il sonra 10 il ərzində krediti geri qaytarır. Fondun maliyyə əməliyyatlarının agent bankı kimi Kapitalbank seçilib. Gələcəkdə digər banklarla da əməliyyat aparmaq mümkün olacaq. Bir tələbə hər bir il üçün maksimum 4000 manat məbləğində kredit ala bilər. Kreditin maksimum məbləği isə 20 min manatdır. Həmin məbləğdə vəsait tələbənin təhsil haqqının ödənilməsi üçün müvafiq ali məktəbə ödənilir”.
Gələcəkdə fərqli kredit növləri təqdim ediləcək
Tədbirdə qeyd olunub ki, artıq dünəndən etibarən müraciətlərin qəbuluna başlanıb və marağında olan tələbələr iyun ayının 15-nə qədər fonda müraciət edə bilərlər. R.Mahmud həmçinin vurğulayıb ki, fond bu il tələbələrə təhsil haqqı krediti təklif edir. Gələcəkdə isə müraciətləri nəzərə alıb ehtiyac və təyinatına görə fərqli kredit növlərini təqdim etmək nəzərdə tutulur. Belə ki, yataqxana haqqı krediti, tədris materialları krediti, elmi-tədqiqat və araşdırma krediti və s. kredit növlərindən yararlanmaq mümkün olacaq.
Qeyd edək ki, tədbirdə həmçinin fondun yenicə istifadəyə verilmiş rəsmi veb səhifəsi (www.maarifci.az) barədə söhbət açılıb. Bildirilib ki, portalda fondun missiyası, fəaliyyəti, təqdim olunan kredit növləri və onların şərtləri barədə ətraflı məlumatlar yerləşdirilib. Bundan əlavə, portalda elektron (onlayn) müraciət pəncərəsi yaradılıb ki, bu da kreditlər üçün müraciət prosesində şəffaflıq və operativliyin təmin olunması məqsədlərinə xidmət edir. Müraciət prosesi, uyğunluq meyarları və tələb olunan sənədlərin siyahısı haqqında məlumatları da portalın müvafiq səhifələrindən rahatlıqla tapmaq mümkündür.
AQŞİN
Xəbər lenti
Hamısına baxAnalitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07

