Əməkdaşlıq formulu: dövlət-fermer-emal müəssisəsi
10.06.2016 [10:01]
Cəlilabad rayonu özünəməxsus əkinçilik ənənələrinə malikdir
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri iyunun 9-da Cəlilabad rayonunda olublar.
AZƏRTAC xəbər verir ki, işçi qrupun rəhbəri, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov və qrup üzvləri Göytəpə şəhərində müasir tipli istixana, üzüm sahələri, “Cəlilabad broyler” ASC, “Avanqard” MMC-nin un dəyirmanı, Alar kəndində 1200 hektarlıq taxıl sahəsi və Qarazəncir kəndində şərab zavodu ilə tanış olub, işlərin gedişi ilə maraqlanıblar.
Sonra Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
Cəlilabadda aqrar sektorda mövcud vəziyyətlə bağlı məlumat verən icra hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, rayonda zəngin əkinçilik ənənələri var: “Bu ənənələr bu gün də uğurla davam etdirilir. Cəlilabadda 108 min 145 hektar kənd təsərrüfatı təyinatlı torpaqlardan 97 min 300 hektarı əkinəyararlıdır. Bu il rayonda 58 min 811 hektarda buğda, 4800 hektarda arpa, 1000 hektarda vələmir, 4100 hektarda kartof, 7 min hektar sahədə isə yazlıq və bostan-tərəvəz bitkiləri əkilib. Həmçinin uzun fasilədən sonra bu il 423 hektar sahədə pambıq əkini də həyata keçirilib. Rayonda 1507 hektar üzüm bağları var. Bu il isə əlavə 7 hektar yeni üzüm bağları salınıb. İxracata gəldikdə, rayonda istehsal olunan kartof yerli bazarlarla yanaşı, Rusiyaya da ixrac edilir”.
İşçi qrupun rəhbəri Azər Əmiraslanov Cəlilabad rayonunun aqrar sahədə perspektivlərindən danışaraq bildirib ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, ilk növbədə, regionlardan, rayonlardan başlanır. Cəlilabadda bitkiçiliyin ən mühüm sahələrinin inkişaf etdirildiyini vurğulayan Prezident Administrasiyasının rəsmisi kənd təsərrüfatının uzunmüddətli inkişafının yalnız daxil bazarda satılan məhsullarla deyil, rəqabət qabiliyyətli məhsulların xarici ölkələrə ixrac olunması ilə mümkün olduğunu diqqətə çatdırıb.
Azər Əmiraslanov kənd təsərrüfatı sahəsində dövlətin, fermerlərin və emal müəssisələrinin birgə əməkdaşlığının zəruri olduğunu söyləyib.
Müşavirədə çıxış edənlər rayonda aqrar bölmənin inkişafı ilə bağlı elit toxumların gətirilməsi və iri toxumçuluq kompleksinin yaradılması, taxılın alış qiymətinin stimullaşdırılması, tədarük məntəqələrinin yaradılması, əkin sahələrinin suvarılması məqsədilə rayon üçün ayrılmış limitə ciddi riayət olunması, üzüm tingi təsərrüfatının yaradılması ilə bağlı təkliflərini bildiriblər.
İşçi qrupun üzvləri təklifləri təhlil edərək, onların hər birinə müsbət yanaşılacağını diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

