Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
30.06.2016 [09:56]
Şeyx Nizami yurdu hər gün əlamətdar, bayram sevincli, qürurverici müjdə xəbərləri ilə tarixləşir, yadda qalır. Gəncə anbaan dəyişir, gözəlləşir. Xoş təəssüratlar içərisində dünəndən bu günə, bu gündən sabaha möhkəm təməllər üzərində körpü salınır, yeni zirvələrə doğru işıqlı, nurlu üfüqlər açılır. Gəncənin bugünkü reallıqları daha parlaq gələcəyə köklənir. Tikilir, yaradılır, yenidən qurulur, bərpa edilir - gündəlik həyatımızda eşitməyə adət etdiyimiz bu sözlər Gəncənin yeni növrağının əsas leytmotivi, ümumi mənzərəsidir. Mühüm tikililərin, təməlqoyma və açılış mərasimlərinin, yeni layihələrin təqdimatlarının və reallaşmasının, beynəlxalq forum və festivalların, konfransların keçirilməsi Gəncənin həyatına xüsusi ahəngdarlıq, coşqu və qaynarlıq gətirib.
Ulu öndərin uğurlu siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin Gəncəyə səfərləri, Sərəncam və göstərişləri şəhərin genişvüsətli və çoxşaxəli inkişafında xüsusi önəm daşıyır, insanların daha yüksək, ülvi amallar uğrunda yaşayıb-yaratmasına güclü stimul verir. Adı Gəncənin simvoluna çevrilən dahi Şeyx Nizami Gəncəvinin 870 illik yubileyi, görkəmli Azərbaycan şairi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi, Mirzə Şəfi Vazehin 220 illiyinin dövlət səviyyəsində keçirilməsi bütün dünyanın diqqətini Gəncəyə yönəldərək, bu şəhərin bir daha zəngin mədəniyyətə, tarixə malik olduğunu təsdiqləyir. Bir vaxtlar yalnız respublikada tanınan Gəncəyə indi xarici dövlətlərdən gələn səlahiyyətli nümayəndələrin, qonaqların ardı-arası kəsilmir.
Gəncədəki inkişaf və tərəqqi bütün sahələri əhatə edir: iqtisadiyyatı, təhsili, səhiyyəni, mədəniyyəti, incəsənəti, idmanı... Çox qısa zaman kəsiyində görülən işlər həm şəhər sakinlərini, həm də dünya azərbaycanlılarını, görkəmli dövlət xadimlərini, əcnəbiləri heyrətə gətirir. Bu gün Gəncə şəhəri öz inkişafının və intibahının yeni, keyfiyyətcə məhsuldar, məsul və şərəfli dövrünü yaşayır. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bütün nailiyyətlərin, uğurların əsasında ölkə Prezidenti İlham Əliyevin Gəncə və gəncəlilərə xüsusi diqqət və qayğısının, Onun düşünülmüş sosial-iqtisadi siyasətinin dayandığını bütün yığıncaq və tədbirlərdə böyük fərəhlə bəyan edir.
Prezident İlham Əliyev xalqın böyük əksəriyyətinin etimadı ilə ölkə başçısı seçildiyi dövrdən indiyə qədər Gəncəyə 15 tarixi səfər edib. Onun hər səfəri Gəncənin şöhrət salnaməsinə yeni zəfərlərin həkk olunması ilə yadda qalıb. Bu səfərlərin, sadəcə, biri zamanı reallaşan açılışları qeyd etməklə, əslində, son illərdə Gəncədə nə qədər böyük işlərin həyata keçirildiyini bir daha görmüş olarıq. Belə ki, Prezident İlham Əliyev 2014-cü il 21 yanvarda Gəncə şəhərinə səfəri zamanı Heydər Əliyev park-kompleksinin və Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. O, Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işləri, parkın girişində qurtuluşumuzun şərəfinə ucaldılmış möhtəşəm “Zəfər tağı” ilə yaxından tanış olub. Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşdə deyib ki, bu böyük parkın yaradılması bir möcüzədir: “Dünyada bir neçə böyük park vardır. Onlardan biri də Gəncə parkıdır. Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə parkı da vardır. Bu, əlbəttə ki, bizim hamımızı - nəinki gəncəliləri, bütün Azərbaycan xalqını sevindirir. Çünki boş ərazidə iki il ərzində belə möhtəşəm parkın, Mərkəzin yaradılması gəncəlilərin öz diyarına olan məhəbbətinin əlamətidir”.
Prezident İlham Əliyev elə həmin gün Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Məhsəti Gəncəvi və Nizami Gəncəvi mərkəzlərinin, “DET-AL Alüminium” MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının, dairəvi avtomobil yolunun açılışında, Olimpiya Parkının təməlqoyma mərasimində iştirak edib, 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi, Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti, Gəncə Dövlət Filarmoniyasının yeni binasında aparılan inşaat işləri və “VEGO” otelində yaradılan şəraitlə tanış olub.
Əlbəttə, bu gün Gəncə şəhərinin yüksək səviyyədə inkişafı, bu qədim şəhərdə həyata keçirilən geniş abadlıq-quruculuq işləri, əldə olunmuş nailiyyətlər hər bir gəncəlidə haqlı qürur hissi doğurur. Azərbaycan Respublikası Milli Məclisinin üzvü Naqif Həmzəyev də bizimlə söhbətində bildirdi ki, Gəncə “gənclər şəhəridir”, “muzeylər şəhəridir”, “fəvvarələr şəhəridir”, gül-çiçəklər və yaşıllıqlar diyarıdır, gözəlliklər və möhtəşəmliklər şəhəridir... “Bu siyahını istənilən qədər uzatmaq olar. Çünki 4 min illik qədim tarixə və zəngin mədəniyyətə malik olan, azadlıq və istiqlaliyyət uğrunda mücadilələr və qurbanlar verən, görkəmli şəxsiyyətləri ilə tanınan, bu gün yeni intibahının çiçəklənmə dövrünü yaşayan Şeyx Nizami yurduna hər cür tərif yaraşır”, - deyən millət vəkili vurğulayıb ki, son illər Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamların, qəbul edilən Dövlət proqramlarının uğurlu icrası, dövlət başçısının diqqət və qayğısı, şəhər rəhbərliyinin yüksək təşkilatçılığı ilə şəhərdə bütün sahələrin kompleks inkişafına nail olunub, mühüm obyektlər istifadəyə verilib, yeni iş yerlərinin açılması məşğulluq probleminin aradan qaldırılmasına və əhalinin rifahının daha da yaxşılaşdırılmasına səbəb olub: “Həyata keçirilən infrastruktur layihələri, elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idman sahəsində qazanılan qürurverici uğurlar Gəncənin tarixi salnaməsində zənginlik yaradıb. Şeyx Nizami yurdu bu gün zəfərlərin fövqündə ən yüksək zirvələrdən dünyaya boylanır. Nizami Gəncəvinin məqbərəsinin əsaslı təmiri və ətrafında yaradılan şəhərcik, möhtəşəm Heydər Əliyev Mərkəzi, ölkə başçısının “möcüzə” adlandırdığı park-kompleks, “Zəfər tağı”, açıq havada fəaliyyət göstərən 400 nəfərlik amfiteatr, uşaqlar üçün “Gəncland” Əyləncə və İstirahət Mərkəzi, Gəncəçayın sağ sahilində salınan Bulvar Kompleksi ecazkarlığı və gözəlliyi ilə şəhərimizə yeni ab-hava gətirib. Gəncə beynəlxalq forumlara, elmi konfranslara, festivallara ev sahibliyi edir, İtaliyanın Turin, Çexiyanın Olomoits, Fransanın Müluz, Türkiyənin Əskişəhər, İranın Təbriz şəhərləri ilə qardaşlaşaraq, dünyanın aparıcı və nüfuzlu dövlətləri ilə beynəlxalq əlaqələrini genişləndirir, birgə əməkdaşlıq sazişləri imzalayır”.
Millət vəkili Musa Quliyev də qəzetimizə açıqlamasında dedi ki, Prezident İlham Əliyevin Gəncə şəhərinə xüsusi diqqətinin nəticəsində şəhər gündən-günə böyüyür, inkişaf edir, abadlaşır. Şəhərin istər mədəniyyəti, istər sosial infrastrukturu, istərsə də sənaye infrastrukturu yüksəlir və tərəqqi edir: “Demək olar ki, son illərdə görülən işlərin nəticəsində Gəncə şəhəri, bəlkə də, öz tarixinin ən yüksək bir dövrünü yaşayır. Cənab Prezidentin göstərişlərinə uyğun olaraq, Gəncədə yeni iş yerlərinin açılması istiqamətində bir neçə zavodun işə düşməsi, mövcud sənaye obyektlərinin yenidən qurularaq daha da genişləndirilməsi yalnız Gəncənin deyil, Gəncə ətrafında yaşayan insanların da məşğulluğunun təmin olunmasına müsbət təsirini göstərmişdir”.
Millət vəkilinin sözlərinə görə, Gəncə şəhərinin quruculuq-abadlıq işləri də çox yüksək səviyyədə gedir. Bu da cənab Prezidentin qayğısı və şəhərin yerli hakimiyyətinə tapşırılan məsuliyyətin kifayət qədər düzgün dəyərləndirilməsindən irəli gəlir. Gəncədə bir sıra mədəniyyət obyektləri yenidən tikilib. Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Muzeyi, Nizami Gəncəvi Mərkəzi, Gəncə Flarmoniyası və s. kimi mədəniyyət obyektləri tikilib: “Məhz Gəncədə son illərdə görülən və aparılan abadlıq-quruculuq, mədəni və mənəvi yüksəkliyin nəticəsindədir ki, Gəncə bu il Avropanın “Gənclər paytaxtı” elan olunub. “Gənclər paytaxtı” günləri ilə bağlı Gəncədə müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdə dünyanın, Avropanın bir çox ölkələrindən xarici qonaqlar iştirak edirlər. Gənclər də yerli Azərbaycan gəncləri ilə ünsiyyət quraraq həm Azərbaycan dilini, həm mədəniyyətini, həm də tarixini öyrənirlər, milli-mənəvi dəyərlərin nə dərəcədə yüksək olduğunun şahidi olurlar. Bu da ölkəmizin dünyaya inteqrasiyasına çox müsbət təsir göstərir”.
AMEA-nın Gəncə Bölməsinin akademik katibi, akademik Fuad Əliyev də şəhərdə aparılan işləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, qədim Gəncə bu gün həm də müasirliyi ilə diqqət cəlb edir. Şəhərdə tikilən binalar, yeni iaşə obyektləri, təhsil ocaqları, istirahət parkları və digər bütün binalar müasirliyi ilə göz oxşayır, ən yeni qabaqcıl dünya standartlarına cavab verir: “Bu da şəhərin yüksək inkişafına xüsusi töhfə verir. Bu gün Gəncənin nüfuzu, şöhrəti dünyaya yayılıb. Gəncə “Avropanın Gənclər paytaxtı” adını tam doğruldub. Bu da, şübhə yoxdur ki, aparılan düzgün siyasətin məntiqi nəticəsidir”.
Şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin 80 faizindən çoxunun əsaslı şəkildə təmir edildiyini, maddi-texniki bazasının yeniləndiyini, istər dövlət klinikalarının, istərsə də özəl klinikaların Gəncə və Gəncəətrafı sakinlərə ən yüksək tibbi xidmət təqdim etdiyini söyləyən F.Əliyev əlavə edib ki, Gəncədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin də son illərdə inkişafı göz önündədir. Elmi və mədəni göstəriciləri, maddi-texniki bazalarının yenilənməsi, yenidən qurulması, onların xarici ali məktəblərlə əlaqələrinin yüksəlməsi Gəncədə yeni bir elmi mühitin formalaşmasına şərait yaradıb. Gəncənin mədəni mühiti də son illərdə sosial mühitə uyğun olaraq inkişaf etməkdədir.
2016-cı ildə Avropanın Gənclər paytaxtında - Gəncədə gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı, mədəni istirahətlərinin və faydalı məşğulluqlarının təmin olunması üçün hər cür şərait yaradılıb. Şəhərin fəal gənclərindən biri olan YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Turan Məmmədzadə də bu faktı ifadə edərək bu şəhərin gənc sakinlərinin Gəncənin uğurları ilə fəxr etdiklərini, eyni zamanda, bu uğurların əldə olunmasına layiqli şəkildə töhfələr vermək üçün əllərindən gələni əsirgəmədiklərini deyib. Onun sözlərinə görə, bu gün Gəncədə 7 muzeyin, 3 universitet və 3 kollecin, YAP Gəncə şəhər təşkilatının nəzdində yaradılan Təlim və Resurs Mərkəzinin, əyləncə və istirahət mərkəzlərinin, “Gənclər Evi”nin, Qafqaz regionunda ilk ən böyük müasir tipli “Kitab evi”nin, Miniatür Kitabxananın fəaliyyət göstərməsi şəhərin mədəni və mənəvi zənginliyini əks etdirməklə yanaşı, gənclərimizə geniş imkanlar yaradır: “Hələ sırada çox möhtəşəm tikililər var: Gəncə Dövlət Filarmoniyasında son tamamlama işlərinin, Gəncə Dövlət Dram Teatrının inşasının başa çatdırılması, Gəncəçayın sol sahilində də bulvar-park kompleksinin yaradılması və digər mühüm tikililər həm şəhərimizin gözəlliyinə gözəllik qatacaq, həm də Gəncə şəhərinin gənc sakinlərinə dünyagörüşlərini artırmaq və özlərini inkişaf etdirmək, mədəni istirahətlərini təşkil etmək üçün gözəl töhfələr olacaq”.
Aqşin ŞAHİNOĞLU,
Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45

