Heydər Əliyev Fondunun nümayəndələri müharibə və əmək əlilləri üçün pansionatda olublar
05.07.2016 [10:25]
İyulun 3-də Heydər Əliyev Fondunun nümayəndələri ənənəvi olaraq, Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşüblər.
Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, müntəzəm olaraq ahıllarla da görüşür, onların qayğıları ilə maraqlanır.
Ölkəmizdə ahıl insanlara dövlət qayğısı ildən-ilə artır, onların sosial problemlərinə həssas münasibət hər zaman diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə görülən işlərə, həyata keçirilən layihələrə dövlətimizlə yanaşı, Heydər Əliyev Fondu da töhfəsini verir. Bu diqqət və qayğı Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda da açıq-aydın hiss olunur.
Fondun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın mütəmadi buraya baş çəkmələri, bu qəbildən olan insanlarla səmimi söhbət etmələri, onların qayğılarını diqqətdə saxlamaları bunu bir daha sübut edir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndələrinin pansionata budəfəki gəlişi də bayram əhval-ruhiyyəsi ilə yadda qalıb.
Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 1998-ci ildə Ulu öndər Heydər Əliyev bu pansionatda olub, veteranlarla görüşüb. 2013-cü ildə bu pansionata yeni həyat verilib. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə pansionatın yeni korpusunun açılışı olub. İndi burada 225 nəfər yaşayır. Onların özlərini evdəki kimi rahat hiss etmələri üçün pansionatda bütün lazımi şərait yaradılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaşlı insanlarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır, bu kateqoriyadan olan insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər sırasında qocaların səhiyyə ocaqlarında müayinə edilməsini, onlar üçün konsertlər və bayram şənliklərinin keçirilməsini qeyd etmək olar.
İyulun 3-də keçirilən tədbir bir-birindən şən musiqi nömrələri ilə və şux rəqslərlə davam edib. Bu isə pansionat sakinlərinin bayram əhval-ruhiyyəsini daha da artırıb.
Sonda tədbir iştirakçılarına Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

