Bu il qəbul imtahanlarında abituriyentlərin yarıdan çoxu 0-200 bal toplayıb
28.07.2016 [10:03]
Bu il Azərbaycanda I-IV ixtisas qrupları üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərərək müsabiqədən keçə bilməyən abituriyentlərin sayı açıqlanıb.
APA-nın apardığı araşdırma nəticəsində məlum olub ki, bu il hər dörd qrup üzrə keçirilən qəbul imtahanlarında 78545 abituriyent iştirak edib və onlardan 34 385-i 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək imtahanı qazanıb. 44 160 nəfəri isə 0-200 bal arası nəticə göstərərək imtahandan kəsilib. Bu da imtahanda iştirak edən abituriyentlərin 56%-dən çoxunu təşkil edir.
Cari il I ixtisas qrupu üzrə isə 31397 abituriyent imtahan verib. İmtahan nəticələrinə əsasən, 11406 abituriyent (“Memarlıq”, “Aqromühəndislik”, “Torpaqşünaslıq və aqrokimya”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqronomluq”, “Zootexniklik, ixtisasları, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisası üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 4902 nəfər isə 200-300, 3035 nəfər 300-400, 1783 nəfər 400-500, 1114 nəfər 500-600, 572 nəfər isə 600-700 bal arası nəticə göstərib.
İmtahan nəticələrinə əsasən, I ixtisas qrupu üzrə keçirilən imtahanda müsabiqə şərtini ödəyə bilməyən 19991 nəfər isə 0-200 bal toplayıb.
Bu il I ixtisas qrupu üzrə 13632 plan yeri ayrılıb, onlardan 11226-sı Azərbaycan, 1357-si rus, 1149-u isə birgə müsabiqə üçün nəzərdə tutulub. Plandan 5441-i dövlət sifarişli yerlərin payına düşür.
Bu il II ixtisas qrupunda 22135 abituriyent imtahan verib. İmtahan nəticələrinə əsasən 10621 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 3950-si 200-300 bal, 2757-si 300-400, 1984-ü 400-500, 1274-ü 500-600, 656-sı isə 600-700 bal arası nəticə göstərib. Müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb. İmtahan verən 11 514 abituriyent 0-200 bal arası nəticə göstərərək müsabiqə şərtlərini ödəyə bilməyib.
Bu il II ixtisas qrupu üzrə 12315 plan yeri ayrılıb, onlardan 8588-i Azərbaycan, 1257-si rus, 2470-i isə birgə müsabiqə üçün nəzərdə tutulub. Plandan 1926-sı dövlət sifarişli yerlərin payına düşür.
III ixtisas qrupunda 19673 abituriyent imtahan verib. İmtahan nəticələrinə əsasən, 9535 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 3 065-i 200-300, 2513-ü 300-400, 1992-si 400-500, 1358-i 500-600, 607-si isə 600-700 bal arası nəticə göstərib.
İmtahan verən 10 138 abituriyent isə 0-200 bal arası nəticə göstərərək müsabiqə şərtlərini ödəyə bilməyib.
Bu il III ixtisas qrupu üzrə 9782 plan yeri ayrılıb, onlardan 7452-si Azərbaycan, 945-i rus, 1385-i isə birgə müsabiqə üçün nəzərdə tutulub. Plandan 2721-i dövlət sifarişli yerlərin payına düşür.
IV ixtisas qrupu üzrə imtahan verən 5340 abituriyentdən 2823 (“Baytarlıq”, “Su bioehtiyatları və akvabitkilər” ixtisasları, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Ekologiya” və “Əczaçılıq” ixtisasları üzrə müsabiqə iştirakçıları istisna olmaqla) nəfər 200 baldan yuxarı nəticə göstərərək müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 621-i 200-300 bal, 566-sı 300-400, 588-i 400-500, 602-si 500-600, 446-sı isə 600-700 bal arası nəticə göstərib. Müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb.
Bu il IV ixtisas qrupu üzrə 3310 plan yeri ayrılıb, onlardan 1970-i Azərbaycan, 155-i rus, 1185-i isə birgə müsabiqə üçün nəzərdə tutulub. Qəbul planından 1405-i dövlət sifarişli yerlərin payına düşür.
Xatırladaq ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 10 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə əldə edib - 700 bal toplayıb.
Qeyd edək ki, ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq. Hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. 2016/2017-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

