Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / RAGB komandası birinci yerə çıxıb

RAGB komandası birinci yerə çıxıb

11.10.2016 [10:00]

Volqoqradın “Zenit” stadionunda milli ictimai birliklərin “Volqoqrad dostluq şəhəridir!” idman-mədəniyyət festivalının finalı olub. “2016-2018-ci illərdə Volqoqrad ərazisində bədən tərbiyəsinin və idmanın inkişafı” bələdiyyə proqramı çərçivəsində keçirilən festivalın mini-futbol yarışlarında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) komandası iştirak edib.
RAGB-ın Volqoqrad bölməsindən AZƏRTAC-a bildiriblər ki, turnirə 16 komanda qatılıb. Qapısından heç bir top keçirməyən RAGB komandası öz qrupunda birinci yerə çıxıb.
Futbolçularımız Ermənistan, Qazaxıstan və Dağıstan komandalarına qarşı dalbadal üç görüş keçiriblər. Topladıqları xalların, vurduqları qolların cəminə görə birinci yeri tutublar. Beləliklə, RAGB komandası bu yarışda ilk dəfə iştirak etsə də, “veteranlara” qalib gəlməyə müvəffəq olub. Komandanın hər bir oyunçusu əzmkarlıq nümayiş etdirərək qələbəyə böyük töhfə verib.
Qeyd edək ki, “Volqoqrad dostluq şəhəridir!” festivalı sağlam həyat tərzini təbliğ edir. Festival müxtəlif xalqların nümayəndələri arasında əməkdaşlığın inkişafına və dostluq münasibətlərinin möhkəmlənməsinə rəvac verir.
Bu il iştirak etmək üçün idman festivalına milli idman komandalarından rekord sayda müraciət daxil olub. Konqolu, anqolalı, vyetnamlı tələbələr də festivalda ilk dəfə iştirak ediblər. Bundan əlavə, festivala Əcnəbi Tələbələr Assosiasiyasının üzvləri, habelə yarışın ənənəvi iştirakçıları qoşulublar.

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31