Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Ulu Öndərin dərin islahatlar strategiyası nəticəsində güclənib və müasirləşib

Azərbaycan Ulu Öndərin dərin islahatlar strategiyası nəticəsində güclənib və müasirləşib

11.05.2017 [14:39]

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş konfrans keçirilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Cəmiyyətin kollektivi əvvəlcə Fəxri xiyabanda dahi rəhbərin məzarını ziyarət edərək, əziz xatirəsini hörmətlə anıblar.
Konfransdan əvvəl iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videofilmə baxıblar.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İdarə Heyətinin sədri Əbülfət Qocayev ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdəki misilsiz xidmətlərindən söz açıb. Bildirilib ki, xaos, anarxiya, tənəzzül yaşayan Azərbaycan məhz Heydər Əliyevin qətiyyətli və dərin islahatlar strategiyası nəticəsində ağır vəziyyətdən xilas olaraq güclənib, yeniləşib və müasirləşib, dünya birliyinin tamhüquqlu üzvünə çevrilib. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfransda çıxış edən Milli Məclisin deputatları Musa Quliyev, Aydın Hüseynov Ulu Öndərin həyat və fəaliyyətindən söhbət açıblar.
Konfrans çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb. “Ən yaxşı məqalə” nominasiyası üzrə birinci yerə AZƏRTAC-ın müxbiri Tahir Ağaməmmədov layiq görülüb.

Paylaş:
Baxılıb: 745 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31