Bakı Metropoliteni gün ərzində 750 min sərnişinə xidmət edir
04.07.2009 [12:00]
Dünən Bakı Metropoliteninin rəisi Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirib. O, rəhbərlik etdiyi sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. öncə metroda gediş haqqlarının qiymətindən bəhs edən T.Əhmədov qeyd edib ki, 17 ildir ölkəmizdə bu qiymət 5 qəpikdir. Bu, dünyanın heç bir ölkəsində olmayan qiymətdir. “ötən il noyabrın 10-da Prezident İlham Əliyev “Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzaladı. Sərəncamda da qeyd olunduğu kimi, ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan nəqliyyat infrastrukturunun ardıcıl inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilib, bir sıra islahatlar aparılıb. O cümlədən, Bakı şəhərində yeni prospektlər salınıb, mövcud avtomobil yolları genişləndirilib, müasir yol qovşaqları, piyadalar üçün keçidlər tikilərək istifadəyə verilib. Qeyd edilənlərlə yanaşı, əhalisi çox və sıx olan ölkə paytaxtında ekoloji cəhətdən təmiz olan metro nəqliyyatı sərnişinlərin sürətli, rahat və təhlükəsiz daşınmasında müstəsna rol oynayır. Bakı Metropoliteninin fəaliyyət göstərdiyi müddətdə 21 stansiya istifadəyə verilib. Bu nəqliyyat növünün davamlı fəaliyyətinin təmin edilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni vaqonların alınması və tikinti-quraşdırma işlərinin genişləndirilməsi daim dövlətin diqqət mərkəzində saxlanılıb” deyə T.Əhmədov vurğulayıb.
Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində tikintisi bir neçə il davam etdirilən yeni - “Nəsimi” stansiyası inşa olunaraq sərnişinlərin istifadəsinə verilib. Bu ilin dekabr ayında isə “Azadlıq” stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Bu stansiya Bakıda olan stansiyaların ən əzəmətlisi, ən əsası, kalonsuz və pironsuzdur. Stansiya Azərbaycan ornamentləri ilə bəzənəcək.
T.Əhməov bildirib ki, Bakı Metropoliteninin 20 illik inkişafı ilə bağlı tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq tender elan olunub və Fransanın “Sistra” firması bu tenderin qalibi olub. Bu firma Cənubi Koreya və çexiyadan da layihəçilər dəvət edərək onlarla işləyir. Əsas məsələ budur ki, metronun 68 stansiyaya çatdırılması planı hazırlansın. Onlardan artıq 22-si fəaliyyətdədir. 46 stansiya isə tikiləcək. “Sistra” şirkəti 14 ay müddətində stansiyaların tikiləcəyi yer haqqında məlumat verməlidir. Metropoliten rəisi qeyd edib ki, dünya maliyyə böhranına baxmayaraq bu il metropolitenə nəzərdə tutulandan da əlavə 31 milyon manat vəsait ayrılıb. Burada məqsəd tikintisi planlaşdırılan “Müşviq”, “Cavadxan” və “Avtovağzal” stansiyalarının axtarış işlərini bu il başa çatdırmaqdır.
Kart sisteminə keçidlə bağlı T.Əhmədov bildirib ki, bu, ən son nailiyyətlərdən biridir. Bu gün MDB ölkələri arasında yeganə ölkədir ki, Azərbaycanda jeton sistemi birdəfəlik ləğv olunub.
T.Əhmədov onu da qeyd edib ki, Dünya Bankı Bakı Metropoliteninə müəyyən vəsaitlər ayırmaq istəyindədir: “Lakin qurum tərəfindən irəli sürülən təklifləri qəbul etmirik. Məsələn, bank təklif edir ki, vaqonları Rusiyadan yox, Avropadan alaq. Amma keyfiyyət baxımından bu vaqonlar heç də Avropa dövlətlərinin istehsal etdiyi vaqonlardan geri qalmır. Bundan başqa, Avropada qiymətlər Rusiya ilə müqayisədə 3 dəfə bahadır. Məlumat üçün onu deyim ki, bu il Rusiyadan daha 15 vaqon alınacaq. Hazırda isə metroda 258 vaqon sərnişinlərin xidmətindədir”.
Onun sözlərinə görə, gün ərzində metrodan 750 min sərnişin istifadə edir. “Dünya Bankının sədrinin qeyd etdiyi kimi, Vaşinqton metropolitenində daşınan sərnişin Bakı metropolitenində daşınan sərnişindən iki dəfə azdır. Baxmayaraq ki, Vaşinqton metropoliteninin 123 stansiyası, Nyu-Yorkun 420, Moskvanın 185 stansiyası var. 151 şəhərdə metro işləyir və onlar arasında sərnişindaşınmaya görə Bakı Metropoliteni 42-ci yerdədir”.
T.Əhmədov onu da vurğulayıb ki, sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün stansiyalarda kameralar quraşdırılıb. “Vaqonlarda da kameraların quraşdırılması ilə bağlı müzakirələr aparılır. Gələn il bu məqsədlə əlavə vəsait ayrıla bilər. Təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə iyulun 1-dən 16 nəfər işə götürülüb. Onlar xüsusi formalarda olmaqla vaqonları gəzəcək, hər hansı yarana biləcək xuliqanlıq və s. xoşəgəlməz halların qarşısını alacaqlar”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

