/ / Azərbaycan Dillər Universitetində Xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığına həsr olunan elmi sessiya keçirilib
Azərbaycan Dillər Universitetində Xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığına həsr olunan elmi sessiya keçirilib
31.05.2017 [09:53]
Mayın 30-da Azərbaycan Dillər Universitetində (ADİ) Xalq yazıçısı, dramaturq, görkəmli ictimai-siyasi xadim, “İstiqlal” ordenli Elçin Əfəndiyevin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Elçin Əfəndiyevin yaradıcılığının bədii-estetik məziyyətləri təhlil edilib, yazıçının zəngin irsinin ədəbiyyatımızın təşəkkülünə təsir göstərdiyi vurğulanıb.
ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev Xalq yazıçısının həyat və yaradıcılığı barədə məlumat verib.
Qeyd olunub ki, yaradıcılığının ilk illərindən yazıçı cəmiyyətdə bütövlükdə baş verən hadisələrin mənəvi-əxlaqi durumunu dərindən dərk edib, onu istedadının gücü və qələminin qüdrəti ilə, ustalıqla, bədii boyalarla əsərlərində əks etdirib. Ömrünü ədəbiyyata həsr etmiş ustad qələm sahibinin hekayə, povest, roman və dram əsərləri tərcümə olunub və dünya xalqları tərəfindən rəğbətlə qarşılanıb. Ötən əsrin altmışıncı illərindən bu yana Elçinin yaradıcılığına həm ölkəmizdə, həm də xaricdə yüzlərlə məqalələr, rəylər, onlarla irihəcmli tədqiqat əsərləri həsr olunub, çoxşaxəli yaradıcılığına ədəbi-ictimai maraq bir an belə səngiməyib. Əsərləri Azərbaycanın sərhədlərini aşaraq dünyanın söz sərraflarını danışdırıb, beləliklə nasir, dramaturq, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas publisist Elçin xarici ölkələrdə Azərbaycan ədəbiyyatını ləyaqətlə təmsil edən şöhrətli sənətkar zirvəsinə yüksəlib. Çoxşaxəli yaradıcılığında milli özünüdərklə ümumbəşəri dəyərlər arasında bir vəhdət, bir körpü yaradan istedadlı qələm sahibinin əsərlərinin dünya ədəbiyyatında xüsusi yeri var. Yazıçının bədii əsərləri sənətkarlıq baxımından dünya ədəbi şedevrləri xəzinəsini zənginləşdirən bədii nailiyyətdir. Böyük sənətkarın əsərləri türk, rus, ingilis, fransız, alman, ispan, macar, bolqar və onlarla başqa dillərə tərcümə edilərək onu dünya meridianlarında tanıdıb.
Elmi sessiyada dosent Vəfa Əliyev “Bəşəri ideyalar yazıçısı” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Elçin Əfəndiyev zəngin və çoxcəhətli yaradıcılığı ilə dünya şöhrətli sənətkar zirvəsinə yüksəlib. Qüdrətli qələm sahibi ədəbi yaradıcılığın müxtəlif istiqamətlərində daxili bir gənclik şövqü və tükənməz enerji ilə yazıb-yaradır. Yazıçının çoxçeşidli yaradıcılığı milli xüsusiyyətlərə malik olduğu kimi, həm də bəşəri mahiyyəti əks etdirir. Böyük ədəbi dünyagörüşünə malik olan Elçin yaradıcılığının coğrafi sərhədi çox genişdir. Geniş biliyə, zəngin erudisiyaya, böyük həyat təcrübəsinə malik olan dünya şöhrətli yazıçının yüksək tirajlarla dünya xalqlarının dilinə tərcümə olunmuş əsərləri Azərbaycanı layiqincə tanıdır.
“Elçin və teatr” mövzusunda çıxış edən professor Məryəm Əlizadə Azərbaycan teatr səhnəsinin formalaşmasında Elçin Əfəndiyev dramaturgiyasının özünəməxsus yer tutduğunu diqqətə çatdırıb.
“Visions of Azerbaijan” jurnalının redaktoru İan Peart ədibin əsərlərinin ingilis dilində nəşrindən söz açıb.
Tədbirdə tələbələrin ifasında Elçinin “Şekspir” pyesi ingilis dilində nümayiş olunub.
Sonda Xalq yazıçısı Elçin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42

