Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
15.06.2017 [10:23]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”nı BBMM-in əməkdaşı Rəvan Həsənov açaraq 15 İyun - Milli Qurtuluş Gününü Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri kimi səciyyələndirib: “1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev şəxsiyyətinin mübarizliyi, iradəsi və qətiyyəti sayəsində həmin dövrdə respublikamız daxilində etnik-mədəni zəmində çaxnaşmalara son qoyuldu, Azərbaycan siyasi sabitlik, iqtisadi, mədəni tərəqqi yoluna qədəm basdı. Ulu öndər Heydər Əliyev Azərbaycanı separatizmin cəngindən qurtararkən tarixən bu torpaqları özünə vətən seçmiş, əsrlərdir burada yaşayan xalqların nümayəndələrini azərbaycançılıq ideologiyası ətrafında birləşdirərək indiki qüdrətli, multikultural Azərbaycanın memarı oldu.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə Azərbaycan xalqının multikultural dəyərlərinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi fəaliyyət bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan Respublikasında bu gün mədəni, linqvistik, etnik və konfessial rəngarəngliyin qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən uğurlu dövlət siyasəti həyata keçirilir.
Bu gün respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə dünyada Azərbaycan multikulturalizminin, mədəniyyətinin, mənəvi irsinin təqdimatı və təbliğatı sahəsində böyük işlər həyata keçirilir. Bu da onu göstərir ki, milli qurtuluşumuzun müəllifi olan Ulu öndər tərəfindən əsası qoyulmuş ali ideyalar, ənənələr bu gün də yaşayır və ən ali formada gerçəkləşdirilir”.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov 1990-cı illərdə Azərbaycandakı çətin siyasi şəraiti xatırladaraq məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda siyasi-iqtisadi vəziyyətin stabilləşdiyini qeyd edib: “1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri anarxist hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması bir dövlət kimi Azərbaycanın varlığını sual altına almışdı. Həmin vaxt ölkədə təbəddülatlar dalğası hökm sürürdü. Belə bir vaxtda dövləti məhv olmaqdan Ulu öndər Heydər Əliyev xilas etdi”.
Etibar Nəcəfov çıxışında hazırda Azərbaycanın dövlət siyasətində multikulturalizmin prioritet istiqamət olduğunu, nümunəvi dövlət-din münasibətlərinin mövcudluğunu qeyd edib. Professor bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanda yaşayan xalqları bu ölkənin sərvəti hesab edirdi: “Ümummilli lider Öz çıxışlarında qeyd edirdi: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
Azərbaycandakı talış icmasının rəhbəri, professor İmamverdi Həmidov çıxış edərək Heydər Əliyevin yüksək erudisiya, fenomenal yaddaş, zəngin bilik ehtiyatı, heyrətamiz təhlil qabiliyyətinə malik bir şəxsiyyət olduğunu qeyd edib.
“Dəyirmi masa”da Roma Katolik Kilsəsinin nümayəndəsi Cozef Marik, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Paşayev, “Azəri” Tat Mədəniyyət Mərkəzinin sədri Elman Əhmədov, AMEA-nın elmi işçisi Radif Mustafayev, Azərbaycanda yaşayan Axıska türklərinin “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov, AMEA İnsan Hüquqları İnstitutunun əməkdaşı Moisey Bekker və başqaları çıxış edərək 15 İyun - Milli Qurtuluş Gününü müasir Azərbaycanın inkişafının başlandığı tarix kimi dəyərləndiriblər və artıq 20 ildir ki, xalqımızın bu günü böyük bayram əhval-ruhiyyəsi ilə qeyd etdiyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

