Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn
01.07.2017 [10:11]
Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaranıb, əhalinin etibarlı sosial müdafiəsi təmin edilib. Azərbaycanın iqtisadiyyatının davamlı inkişafı əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun olaraq davam etdirilən milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Azərbaycanda sürətli inkişaf, təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən proqramlar onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Bu mənada, ölkəmizdə həyata keçirilən əhalinin özünüməşğulluğunun təmini üzrə Proqram da əhəmiyyətli yerə malikdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı ilin aprel ayında imzaladığı Sərəncam bu Proqramın daha da inkişaf etdirilməsinə təkan verib.
Özünüməşğulluğun təmini Proqramı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir
Vurğulamaq lazımdır ki, özünüməşğulluğun təmin edilməsi proqramının həyata keçirilməsinin əsas məqsədi sosial cəhətdən həssas, xüsusilə sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi üçün ənənəvi “passiv” siyasət tədbirlərindən (müavinət və yardımların verilməsi) “aktiv” siyasət tədbirlərinə (sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında məşğulluğunun, o cümlədən özünüməşğulluğun təmin olunmasına dəstək) keçiddir. Bu cür aktiv tədbirlərin genişləndirilməsi və dəstəklənməsi isə gələcəkdə iqtisadiyyatın inkişafı, vergitutmaların əhatə dairəsinin genişləndirilməsi, əlavə dəyərin yaradılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq vərdişlərinin aşılanması və işsizlik səviyyəsinin azaldılmasına imkan yaradacaq. Özünüməşğulluq fəaliyyəti biznesin başlanması üçün istək, minimum bacarıqlar və biznes haqqında təsəvvürü olan əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsidir.
Təlimlərdə iştirak edən 1644 nəfərdən 1339 nəfərin planı müsbət qiymətləndirilib
Özünüməşğulluğun təmini proqramının icrası ilə bağlı məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) Əmək Bazarının Təhlili və Statistika şöbəsinin müdiri İsa Həsənov bildirib ki, özünüməşğulluq ƏƏSMN yanında DMX-nin yerli orqanlarında - şəhər, rayon məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyatda olan vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçirilir. “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli Sərəncamı ilə əhalinin özünüməşğulluğuna kömək göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat vəsait ayrıldığını diqqətə çatdıran İ.Həsənov Sərəncamın icrası və özünüməşğulluq fəaliyyətinin təşkili ilə əlaqədar müvafiq normativ-hüquqi aktların layihəsinin hazırlanması və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün ƏƏSMN-in aidiyyəti struktur bölmələrindən ibarət Komissiya yaradıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, nazirliyin 20 iyul 2016-cı il tarixli əmri ilə qəbul olunmuş Proqramın icra mexanizmini tənzimləyən “İşaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili Tələbləri”nə uyğun olaraq “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Qaydaları”nın layihəsi hazırlanıb, məşğulluq mərkəzlərinə əməli-metodiki köməklik göstərilməsi və zəruri tövsiyələrin verilməsi məqsədilə DMX-də işçi qrupu yaradılıb: “Qaydalara uyğun olaraq Proqramda respublikanın 84 şəhər, rayonu üzrə 1500 nəfərin iştirakı nəzərdə tutulub. Proqramda hazırlıq, təlimçilərin təlim mərhələsi, o cümlədən iştirakçıların seçilməsi və təlimi və biznes-planların təsdiqi mərhələləri daxildir. Özünüməşğulluğun təmin edilməsi Proqramının effektiv icrasını təmin etmək məqsədilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq haqqında razılıq əldə olunub. BƏT tərəfindən təyin edilmiş baş təlimçinin iştirakı ilə razılaşdırılmış meyarlar üzrə şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən təlimçilərin namizədliyi müəyyən olunub və müsabiqə əsasında 138 nəfər təlimçi seçilib”.
İ.Həsənov qeyd edib ki, ötən ilin iyulunda Bakı şəhəri və Abşeron iqtisadi rayonuna daxil olan rayonlar üzrə Bakı şəhərində, Quba-Xaçmaz iqtisadi rayonu üzrə - Xaçmaz rayonunda, Lənkəran iqtisadi rayonu üzrə Masallı rayonunda, Aran iqtisadi rayonuna daxil olan rayonlar üzrə Sabirabad, Ağcabədi rayonlarında və Mingəçevir şəhərində, Şəki-Zaqatala iqtisadi rayonu üzrə Şəki və İsmayıllı rayonlarında, eləcə də ötən ilin avqust ayında Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayonlar üzrə Göyçay rayonunda təlimçilərin seçimi ilə bağlı üzbəüz intervü keçirilib. Ötən ilin 4 avqust-25 oktyabr tarixlərində keçirilən təlimlərdə 130 nəfər təlimçi müvəffəqiyyət qazanıb. Növbəti mərhələdə məşğulluq mərkəzlərindən proqramda iştirak üçün müvafiq qeydiyyatı olan işaxtaran və işsiz vətəndaşların anketləri ərazi üzrə təlimçilərə təqdim olunub və təqdim olunan 3000 anketdən 1950 nəfərin anketi seçilib: “Ötən ilin avqustundan isə seçilmiş iştirakçıların təliminə başlanılıb. Ümumən respublikanın 76 şəhər və rayonu üzrə 131 qrupda 1819 nəfər iştirakçı 2 aylıq təlimlərə cəlb edilib, onlardan 1584 nəfərinin təlimi ötən ilin oktyabrında, 235 nəfər iştirakçının təlimləri isə bu ilin yanvar ayında yekunlaşıb. Özünüməşğulluğun təmin edilməsi Proqramına cəlb olunmuş və artıq təlimləri bitirmiş işaxtaran və işsiz vətəndaşların biznes planlarının müdafiəsi ilə bağlı ƏƏSMN-in struktur bölmələrinin əməkdaşlarından ibarət 6 qiymətləndirmə komissiyası yaradılıb və müdafiə prosesi keçirilib”.
İ.Həsənov bildirib ki, ötən ilin noyabr ayında keçirilmiş müdafiə prosesində Beyləqan, Ağcəbədi, Salyan, Hacıqabul, Bərdə, Tərtər, Xocavənd, Laçın rayonlarından 151 nəfər vətəndaşdan 122 nəfərinin, Ağdam, Şirvan, Neftçala, Yevlax, Füzuli, Cəbrayıl, Biləsuvar, Sabirabad rayonlarından 153 nəfərdən 122 nəfərin, Göycay, Kürdəmir, Lerik, Astara, Masallı, Mingəçevir, Yardımlı, Saatlı rayonlarından 135 nəfərdən 117 nəfərin biznes planı uğurlu hesab edilib. Eləcə də Ağsu, Qəbələ, İsmayıllı, Ağdaş, Yevlax, Cəlilabad, Lənkəran rayonlarından 140 nəfərdən 121 nəfərin biznes planı uğurlu sayılıb. Nəticə etibarı ilə 30 rayon üzrə 579 nəfərdən 482 nəfər iştirakçının biznes planı uğurlu hesab edilib. Şöbə müdiri qeyd edib ki, bu ilin yanvar-fevral aylarında isə 46 rayon üzrə 1155 nəfərin biznes planının qiymətləndirmə komissiyası tərəfindən qiymətləndirilməsi həyata keçirilib: “Ümumən Naxçıvan MR istisna olmaqla təlimlərdə iştirak edən 1644 nəfərdən 1339 nəfərin planı müsbət qiymətləndirilib. Aktivləri alma prosesində isə 1305 nəfər iştirak edir. Hazırda 61 rayon üzrə 712 nəfərə biznes planlarına uyğun aktivlər alınaraq təqdim olunub. Vurğulayaq ki, 14 rayon üzrə 358 nəfərə tam tender, 13 rayon üzrə isə 87 nəfər üçün tender elan edilib, 38 rayon üzrə aktivlər tam verilib. Proses davam etdirilir”.
Özünüməşğulluq ailə biznesinə və daha sonra kiçik və orta biznesə keçid üçün mühüm rol oynayır
Özünüməşğulluğun təmin edilməsi Proqramı ilə bağlı fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı 68 rayonun hər biri üzrə 20 ailə seçilməklə, onların hər birinə kiçik biznes təsərrüfatlarını qurmaq üçün 4 min manat məbləğində vəsait ayrılması işlərinin aparılmasını nəzərdə tutur. Artıq xeyli müddətdir ki, BƏT ilə birgə Azərbaycanın bəzi rayonlarında reallaşdırılan pilot layihələr çərçivəsində 32 aztəminatlı ailənin seçildiyini və onların müxtəlif sahələr üzrə öz ailə biznes təsərrüfatlarını yaradaraq, özünüməşğulluq imkanlarına yiyələnmələrinin təmin edildiyini söyləyən millət vəkili pilot layihənin uğurlu olması səbəbilə layihənin ölkə üzrə tətbiqinə başlanıldığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, özünüməşğulluq ailə biznesinə və daha sonra kiçik və orta biznesə keçid üçün mühüm rol oynayır: “Ailə biznesi isə bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə kəmiyyət baxımından ən çox yayılan biznes formasıdır. Ailə təsərrüfatları dünyada ən qədim və ən çox yayılan biznes forması hesab edilir. Bir çox ölkələrdə ailə təsərrüfatları bazardakı təsərrüfatların 70 faizdən çoxunu təşkil edir və ölkənin iqtisadi inkişafında və iş yerlərinin yaradılmasında mühüm rol oynayır. Məsələn, İspaniyada bazardakı təsərrüfatların təqribən 75 faizi ailə təsərrüfatlarıdır və onların ÜDM-də payı 65 faizə çatır. Ailə təsərrüfatlarını xarakterizə edən amillər onların sürətlə yaradılması, qərarların qəbulunda sərbəstlik, bazarda çeviklik, yüksək motivasiya, qənaətçillik, dövlətdən dəstək alma imkanlarıdır. Məhz bu baxımdan özünüməşğulluğun inkişafı və ona dövlət dəstəyinin göstərilməsi milli iqtisadiyyatın dayanıqlı inkişafını təmin edir. Dövlət dəstəyi bir tərəfdən məşğulluq səviyyəsini artıraraq insanların sosial təminat almaq əvəzinə, onların çalışaraq dəyər yaratmalarını təşviq edəcək, həm də dayanıqlı iqtisadi inkişafı təmin edə bilən əsas qüvvələrdən biri olan kiçik və orta sahibkarlıq üçün möhkəm bünövrə yaradacaqdır”.
Pərviz SADAYOĞLU
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxElm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50

