Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azər­bay­can­da Ümu­mi He­sa­bat­lı­lıq Stan­dar­tı­nın tət­bi­qi­nə baş­la­nı­lır

Azər­bay­can­da Ümu­mi He­sa­bat­lı­lıq Stan­dar­tı­nın tət­bi­qi­nə baş­la­nı­lır

01.07.2017 [10:14]

Bu gün­dən eti­ba­rən Azər­bay­can­da Ümu­mi He­sa­bat­lı­lıq Stan­dar­tı­nın (Com­mon Re­por­ting Stan­dard - CRS) tət­bi­qi­nə baş­la­nı­lır. CRS ver­gi­tut­ma məq­səd­lə­ri üçün müx­tə­lif döv­lət­lər tə­rə­fin­dən xa­ri­ci şəxs­lə­rin ora­da­kı ma­liy­yə ins­ti­tut­la­rın­da olan he­sab­la­rı haq­qın­da mə­lu­mat­la­rın top­lan­ma­sı və hə­min şəxs­lə­rin re­zi­dent ol­duq­la­rı döv­lət­lər­lə av­to­ma­tik mü­ba­di­lə­si­nin va­hid prin­sip­lə­ri­ni tən­zim­lə­yir. Bu stan­dart 2014-cü il­də İq­ti­sa­di Əmək­daş­lıq və İn­ki­şaf Təş­ki­la­tı (OECD) tə­rə­fin­dən ha­zır­la­nıb. Bu ba­rə­də KİV-ə mü­sa­hi­bə­sin­də Ver­gi­lər Na­zir­li­yi­nin Bey­nəl­xalq əmək­daş­lıq və ma­liy­yə ins­ti­tut­la­rın­da ver­gi mo­ni­to­rin­qi de­par­ta­men­ti­nin baş di­rek­to­ru Za­ur Fə­ti­za­də de­yib.
Onun söz­lə­ri­nə gö­rə, Pre­zi­dent İl­ham Əli­ye­vin 2016-cı il 4 av­qust ta­rix­li Sə­rən­ca­mı ilə təs­diq edil­miş “2016-cı il­də ver­gi sa­hə­sin­də apa­rı­la­caq is­la­hat­la­rın is­ti­qa­mət­lə­ri”ndə öl­kə hü­dud­la­rın­dan kə­nar­da əl­də olun­muş gə­lir­lə­rin ver­gi­yə cəlb olun­ma­sın­da şəf­faf­lı­ğı tə­min et­mək və sə­mə­rə­li ver­gi nə­za­rə­ti hə­ya­ta ke­çir­mək üçün di­gər döv­lət­lər­lə ma­liy­yə mə­lu­mat­la­rı­nın av­to­ma­tik mü­ba­di­lə­si məq­sə­di­lə hö­ku­mət­lə­ra­ra­sı mü­qa­vi­lə­lə­rin bağ­lan­ma­sı nə­zər­də tu­tu­lub. Sə­rən­ca­mın ic­ra­sı­nı tə­min et­mək məq­sə­di­lə “Ma­liy­yə he­sab­la­rı ba­rə­də mə­lu­mat­la­rın av­to­ma­tik mü­ba­di­lə­si haq­qın­da sə­la­hiy­yət­li or­qan­lar ara­sın­da Çox­tə­rəf­li Ra­zı­laş­ma”ya qo­şul­maq ba­rə­də bə­ya­nat im­za­la­nıb: “İm­za­lan­mış bə­ya­na­ta əsa­sən, Azər­bay­can­da CRS-in tət­bi­qi­nə 1 iyul 2017-ci il ta­rix­dən baş­la­nı­lır. 1 iyu­la qə­dər ma­liy­yə ins­ti­tut­la­rın­da möv­cud olan he­sab­lar “əv­vəl­cə­dən möv­cud olan he­sab­lar” sa­yı­lır. Stan­dar­tın tət­bi­qi­nə baş­la­nı­lan ta­rix­dən “əv­vəl­cə­dən möv­cud olan he­sab­lar”ın he­sa­bat ve­ril­mə­li he­sab olub-ol­ma­dı­ğı­nı ma­liy­yə ins­ti­tut­la­rı sə­rən­cam­la­rın­da olan və mən­bə­yi bəl­li olan möv­cud mə­lu­mat­lar əsa­sın­da mü­əy­yən edə­cək­lər. 1 iyul 2017-ci il ta­rix­də və on­dan son­ra ma­liy­yə ins­ti­tut­la­rın­da açıl­mış he­sab­lar isə “ye­ni he­sab” sa­yı­lır. Bu ta­rix­dən son­ra ma­liy­yə ins­ti­tut­la­rı­na he­sab aç­maq üçün mü­ra­ci­ət et­miş hər bir şəxs özü­nü­qiy­mət­lən­dir­mə an­ke­ti dol­du­ra­caq. Qeyd olu­nan an­ket ma­liy­yə ins­ti­tut­la­rı tə­rə­fin­dən he­sa­bın he­sa­bat ve­ril­mə­li he­sab ol­du­ğu­nu mü­əy­yən et­mək üçün apa­rı­la­caq araş­dır­ma­lar­da is­ti­fa­də olu­na­caq. CRS-ə uy­ğun ola­raq, Azər­bay­ca­nın di­gər tə­rəf­daş yu­ris­dik­si­ya­lar­la mə­lu­mat mü­ba­di­lə­si­nin 2018-ci ilin sent­yabr ayın­da baş­la­nıl­ma­sı nə­zər­də tu­tu­lub”.
“CRS-ə mü­va­fiq ola­raq, il­lik av­to­ma­tik əsas­lar­da ma­liy­yə ins­ti­tut­la­rın­da olan he­sab­lar üz­rə mü­va­fiq mə­lu­mat­lar, o cüm­lə­dən təq­vim ili­nin so­nu­na he­sa­bın qa­lı­ğı, il ər­zin­də əl­də edil­miş gə­lir­lə­rin ümu­mi məb­lə­ği və CRS ilə mü­əy­yən olu­nan di­gər zə­ru­ri mə­lu­mat­lar mü­ba­di­lə edi­lə­cək. Na­zir­lər Ka­bi­ne­ti­nin 3 iyun 2015-ci il ta­rix­li qə­ra­rı ilə xa­ri­ci döv­lət­lə­rin hü­qu­qi və fi­zi­ki şəxs­lə­ri­nin Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­sin­də hə­ya­ta ke­çir­dik­lə­ri ma­liy­yə əmə­liy­yat­la­rı ba­rə­də mə­lu­mat­la­rın bu döv­lət­lə­rin sə­la­hiy­yət­li or­qan­la­rı­na ve­ril­mə­si həd­lə­ri və qay­da­la­rı ar­tıq təs­diq edi­lib. Hə­min sə­nəd­də ma­liy­yə ins­ti­tut­la­rı tə­rə­fin­dən elekt­ron he­sa­bat­da əks olun­ma­lı mə­lu­mat­lar, e-he­sa­ba­tın Ver­gi­lər Na­zir­li­yi­nə təq­dim edil­mə­si for­ma­sı və müd­də­ti, e-he­sa­ba­tın də­yiş­di­ril­mə­si və di­gər mə­sə­lə­lər öz ək­si­ni ta­pıb”, - de­yə o əla­və edib.
Qeyd edək ki, möv­cud qa­nun­ve­ri­ci­li­yin müd­dəa­la­rı­na əsa­sən, bank fəa­liy­yə­ti, hə­ya­tın yı­ğım sı­ğor­ta­sı və an­nui­tet sı­ğor­ta­sı fəa­liy­yə­ti, de­po­zi­tar fəa­liy­yə­ti, qiy­mət­li ka­ğız­la­rın (vek­sel­lər, de­po­zi­tar qəb­zi və sa­ir), tö­rə­mə ma­liy­yə alət­lə­ri­nin, xa­ri­ci val­yu­ta­la­rın mə­zən­nə, fa­iz də­rə­cə­si və in­deks alət­lə­ri, qiy­mət­li ka­ğız­lar­la ti­ca­rət və ya əm­təə üz­rə fyu­çers­lə­rin müş­tə­ri üçün və ya müş­tə­ri­nin adın­dan apa­rı­lan ti­ca­rət fəa­liy­yə­ti və in­ves­tor­la­rın port­fel­lə­ri­nin ida­rə edil­mə­si fəa­liy­yə­ti ki­mi fəa­liy­yət­lər­dən ən azı bi­ri­ni hə­ya­ta ke­çi­rən ver­gi ödə­yi­ci­si ma­liy­yə ins­ti­tu­tu he­sab olu­nur.

Paylaş:
Baxılıb: 485 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

MEDİA

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31