Azərbaycanda KİV-ə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir
25.07.2017 [09:15]
Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib
Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibətilə “Binəqədi bələdiyyələri hesabat verir” adlı tədbir keçirilib. Tədbirdə öncə Milli Mətbuat Gününün tarixi haqqında məlumat verilib.
Sonra Binəqədi bələdiyyələrinin sədrləri hesabat xarakterli çıxış ediblər. Belə ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov “Bələdiyyələrdə vergi ödəyiciləri ilə aparılan işin vəziyyəti: nailiyyətlər və problemlər”, Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı “Seçici məmnunluğu bələdiyyələrin fəaliyyətinin prioritet sahəsi kimi” mövzusunda, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva “Bələdiyyələrin beynəlxalq əlaqələri”, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev “Bir bələdiyyə - bir layihə” çərçivəsində “Binəqədi bələdiyyələrində görülən işlər” mövzularında məruzələrlə çıxış ediblər.
Mətbuat nümayəndələrindən Azərbaycan Televiziyasının əməkdaşı Firuzə Nadir və “Belediyye.info” saytının redaktoru Vüqar Tofiqli çıxış edərək bildiriblər ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində bu gün ölkədə azad, demokratik və güclü mətbuat formalaşıb.
Natiqlər həmçinin Binəqədi rayonunda media ilə işin peşəkar səviyyədə qurulduğunu diqqətə çatdırıblar. Bildirilib ki, rayon ərazisində görülən işlər mətbuatda intensiv və geniş işıqlandırılır. Mətbuat nümayəndələri zəruri informasiyalarla operativ qaydada təmin olunduqlarını və səmərəli əməkdaşlığa görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə həmçinin Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, parlamentin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev çıxışlarında 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, Azərbaycanda söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Qeyd edilib ki, əsası Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə qoyulan milli mətbuatımızn inkişafı və çiçəklənməsi Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrünə təsadüf edir. Bu gün Azərbaycan Prezidenti bu siyasəti uğurla davam etdirir. Ölkə mətbuatının inkişafı sahəsində “azad söz azad cəmiyyətin təməl daşıdır” prinsipi əsas meyar kimi qəbul edilir.
Sonda mətbuat nümayəndələrinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Təltif olunanlar arasında “Yeni Azərbaycan” qəzetinin əməkdaşı da var.
Mərasim konsert proqramı ilə davam edib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

