V Beynəlxalq multikulturalizm yay məktəbinin ikinci günü maraqlı müzakirələrlə yadda qalıb
26.07.2017 [09:06]
Azərbaycanda “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” mövzusunda V Beynəlxalq multikulturalizm yay məktəbi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun birgə təşkilatçılığı ilə keçirilən yay məktəbində 26 ölkənin - Azərbaycan, Almaniya, İsveçrə, Estoniya, Litva, Bolqarıstan, Türkiyə, Əfqanıstan, Avstraliya, ABŞ, Rusiya, Ukrayna, Norveç, Benin, Tunis, Misir, İsrail, Polşa, Böyük Britaniya, Fransa, Liviya, Braziliya, Çin və digər ölkələrin aparıcı universitetlərindən 60-dək tələbə iştirak edir.
Prezident İlham Əliyevin tövsiyəsi ilə reallaşan Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 15, Azərbaycanın 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır.
İyulun 30-dək davam edəcək yay məktəbinin fəaliyyəti Bakı şəhəri ilə yanaşı, Qax, Şəki, Qəbələ və İsmayıllı rayonlarını əhatə edəcək, iştirakçıların Azərbaycanda yaşayan müxtəlif dini və etnik icmaların rəhbərləri, görkəmli dövlət və din xadimləri ilə görüşləri təşkil olunacaq.
Proqrama uyğun olaraq, yay məktəbinin iştirakçıları iyulun 24-də axşam saatlarında Qax rayonuna gəliblər.
Beş ulduzlu “El Resort” otelində yerləşən tələbələr üçün axşam yerli musiqi və rəqs kollektivlərinin iştirakı ilə mədəni proqram təşkil edilib.
Yay məktəbi çərçivəsində iyulun 25-də günün birinci yarısında BBMM-nin aparıcı məsləhətçisi İrina Kuninanın “Azərbaycanda etnik müxtəliflik” mövzusunda mühazirəsi dinlənilib.
Mühazirəçi ilk olaraq auditoriyaya “Siz multikulturalizmi necə başa düşürsünüz?” sualı ilə müraciət edib. Tələbələr multikulturalizmin müxtəlif milli və dini baxışları daşıyan insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşaması olduğunu bildiriblər.
Sonra Azərbaycanın multikultural durumunu və etnik mənzərəsini əks etdirən film nümayiş olunub.
İrina Kunina bildirib ki, Azərbaycan polietnik dövlətdir. Azərbaycanın etno-mədəni mənzərəsini yaradan çoxlu sayda faktlar mövcuddur. Azərbaycanda yaşayan milli azlıqlar, etnik qrup və xalqlar - udinlər, ingiloylar, yəhudilər, tatlar, talışlar, ləzgilər və başqa azsaylı xalqlar tarixən burada formalaşıblar və Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan xalqını təşkil edirlər.
Multikulturalizmin Azərbaycan modeli ilə Kanada, ABŞ, Avstraliya və digər ölkələrin modelləri arasında müqayisə aparan, bu modellərin oxşar və fərqli cəhətlərini nəzərə çarpdıran İrina Kunina Azərbaycançılıq ideologiyasında digər etnik qrup və dini konvensiyalara hörmətin xüsusi yer tutduğunu vurğulayıb. Bildirilib ki, məhz bu səbəbdən də ayrı-ayrı dövrlərdə müxtəlif etnik qrup nümayəndələrinin kompakt şəkildə Azərbaycana gəlməsi və burada məskunlaşması heç bir problem yaratmayıb. Fərqli din və dil daşıyıcıları olan malakan, yəhudi və digər etnik qrupların Azərbaycanda əsrlərboyu birgə yaşaması, ötən müddətdə hər hansı bir qarşıdurma faktının qeydə alınmaması Azərbaycan multikulturalizminin pozitiv mahiyyətini xarakterizə edir.
Sonra ABŞ-ın Florida Beynəlxalq Universitetinin professoru Tudor Parfittin “Yaxın Şərqdə Yəhudilik və İslam: tolerantlıq, müxtəliflik və müasirlik” mövzusunda mühazirəsi dinlənilib.
İslam və yəhudi dinlərində olan müqəddəs mətnlər barədə tarixi faktlara əsaslanan məlumatlar verən mühazirəçi bu dinlər arasında əsrlərboyu mövcud olan problemlərə diqqət çəkib və bu problemləri daha çox dialoqun olmaması ilə əlaqələndirib. Professor bu problemlərin həlli kimi müxtəlif səviyyələrdə və formatlarda açıq müzakirələrin, dialoqun həyata keçirilməsinin vacibliyini önə çəkib.
Mühazirələrdən sonra iştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.
Proqrama uyğun olaraq yay məktəbinin iştirakçıları günün ikinci yarısında Qax rayonunun tarixi məkanları - Sumuq qala, Səngər qala, Kürmük məbədi, Məscid və Qax rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

