Beynəlxalq multikulturalizm yay məktəbinin növbəti günündə mühazirələr dinlənilib
27.07.2017 [09:31]
Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun birgə təşkilatçılığı ilə keçirilən “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbi iyulun 26-da Qaxda öz işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, yay məktəbinin üçüncü günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri Nicat Məmmədlinin “Azərbaycanda dini müxtəliflik”, ABŞ Merrimack kollecinin professoru Jozef Merinin “Yaxın Şərq yəhudiləri, xristianları və müsəlmanlarının avtobioqrafik əsərlərində müqəddəs və dünyəvi elementlər” mövzularında mühazirələri dinlənilib.
Nicat Məmmədli mühazirəsində Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığını diqqətə çatdırıb: “Azərbaycan ərazisində dini təsəvvür və əqidələr ən qədim zamanlardan mövcuddur. Qədim azərbaycanlılar arasında əcdadların ruhlarına, qayalara, ağaclara, müxtəlif təbiət hadisələrinə və xüsusən də səma cisimlərinə pərəstiş güclü olub. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda Atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir. Atəşpərəstlərin məbədi “Atəşgah” adlanır. Atropatenanın dini mərkəzi Azərbaycan ərazisində Qazaxda yerləşib, Bakı, Şamaxı, Salyan və Lənkəranda isə atəşgahlar olub”.
Bildirilib ki, Suraxanıdakı “Atəşgah” Hindistandan gələn atəşpərəstlərə xidmət üçün 18-ci əsrdə tikilib. Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilib.
Diqqətə çatdırılıb ki, Azərbaycanda geniş yayılmış dinlərdən biri də Zərdüştilik olub. Zərdüştilik vəhy dinlərinin ən qədimi hesab olunur. Qədim yunan və orta əsr müsəlman tarixçiləri, həmçinin bir çox sonrakı tədqiqatçılar Azərbaycanı Zərdüştiliyin vətəni hesab edirlər.
Azərbaycan tarixində özünəməxsus yeri olan dinlərdən biri də İudaizmdir. Ölkəmizdə üç yəhudi icması mövcuddur: dağ yəhudiləri, Avropa yəhudiləri (aşkenazilər) və Gürcüstan yəhudiləri. Bunlardan ən qədimi dağ yəhudiləri sayılır. Hazırda paytaxt Bakı da daxil olmaqla, Quba və Oğuz şəhərlərində 7 sinaqoq fəaliyyət göstərir. Onlardan 6-sı dağ yəhudilərinə, 1-i isə Avropa və Gürcüstan yəhudilərinə aiddir. Bildirilib ki, Azərbaycanda xristianlıq yeni eranın ilk əsrlərində yayılmağa başlayıb. Qafqaz Albaniyasında xristianlığı ilk dəfə yayan apostol Faddey olub. VII əsrdə ərəblərin Azərbaycana gəlişindən və Qafqaz Alban dövlətinin süqutundan sonra xristianlıq bölgədə zəifləməyə başlayıb. Hazırda Azərbaycanda 13 kilsə fəaliyyət göstərir.
Ərəblərin ölkəmizə gətirdiyi yeni din - İslam xalqımızın milli-mənəvi tarixində və mədəniyyətində əhəmiyyətli rol oynayıb. Azərbaycan Rusiya imperiyasına ilhaq edildikdən sonra Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və Şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradılıb. Azərbaycan Demokratik Respublikası yaranana qədər Cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzimlənib.
SSRİ dağıldıqdan sonra Azərbaycan din sahəsində yeni mərhələyə adlayıb. Ölkəmizdə dinin təbliğinə və yayılmasına şərait yaradılıb, bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə bir çox dini-tarixi abidələr bərpa və restavrasiya edilib, dini maarifçilik işinə xüsusi diqqət göstərilib. Bu iş hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nicat Məmmədli Azərbaycanda adıçəkilən dinlərlə yanaşı, digər azsaylı dini icmaların da qeydiyyatdan keçərək fəaliyyət göstərdiyini vurğulayıb.
ABŞ-dan olan professor Jozef Meri mühazirəsində Yaxın Şərqdə yəhudilərin, xristianların və müsəlmanların dinlərinin təşəkkül tapması, inkişaf tarixi barədə danışıb, onların bu regionda yayılma arealı barədə geniş məlumat verib.
Günün ikinci yarısında V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Şəkinin tarixi məkanları - Kiş kəndindəki qədim Alban məbədi, Şəki xanlarının sarayı və Yuxarı Karvansaray mehmanxana-kompleksi ilə tanış olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

