Fəttah Heydərov: Azərbaycan mədəniyyət və incəsənət sahəsində də dünyaya örnək ola bilər
01.08.2017 [09:55]
Qəbələ Beynəlxalq Musiqi Festivalı son zamanlar Azərbaycanda ənənəvi keçirilən mühüm tədbirlərdən birinə çevrilib. Bu festival Heydər Əliyev Fondunun çox uğurlu layihələrindən biridir. Çox şadam ki, dünyada kifayət qədər tanınan və sevilən, canlı ifalarının dinlənilməsi hər vaxt mümkün olmayan korifey sənətkarlar Qəbələ festivalının iştirakçısı olur, gözəl konsertləri ilə yerli və xarici tamaşaçıların zövqünü oxşayırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib.
Milli Məclisin deputatı bildirib ki, Qəbələ festivalı xarici qonaqlara Azərbaycan bəstəkarlarının əsərlərini təqdim etməklə yanaşı, yerli musiqisevərlərə dünyanın klassik sənət inciləri ilə yaxından tanış olmaq imkanı yaradır: “Müxtəlif ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi IX Qəbələ Beynəlxalq Musiqi Festivalında səsləndirilən Azərbaycan və Avropa bəstəkarlarının əsərləri böyük tamaşaçı marağına səbəb olur. Festival günlərində Qəbələdə böyük izdiham yaşanır, xüsusi ab-hava hökm sürür”.
Festivalda musiqiçilərin gözəl ifalarından və yaddaqalan çıxışlarından danışan Fəttah Heydərov bu tədbirin gözlənildiyi kimi böyük marağa səbəb olduğunu bildirib. “Buraya gələn xarici qonaqlar ölkəmizin inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti, milli musiqimiz, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar. Yerli və xarici musiqiçilər və tamaşaçılar bir-biri ilə ünsiyyət qurur, xalqlar arasında mədəni əlaqələrə töhfə verən qarşılıqlı təcrübə və yaradıcılıq söhbətləri aparırlar. Festival onu göstərir ki, Azərbaycan hər sahədə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də dünyaya örnək ola bilər. İstedadlı xalqımız bu dəfə də nəyə qadir olduğunu yüksək səviyyədə sübut edir və ölkəmiz belə yüksək səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəsi və ənənəsi olan dövlətlərdən heç də geridə qalmadığını göstərir. Azərbaycanlılar həmişə sülh, tərəqqi istəyən bir xalq olub”.
Milli Məclisin deputatı Qəbələdə beynəlxalq musiqi festivalının keçirilməsinin təşəbbüskarı olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya mədəniyyətimizə, milli musiqimizin inkişafına, bu sahədə ölkəmizin dünyada tanınması işinə daim qayğı göstərdiyi üçün minnətdarlıq edib. “Sizi əmin edirəm ki, Heydər Əliyev Fondunun uğurlu layihələrindən olan bu beynəlxalq musiqi festivalı hələ uzun illər keçiriləcək, Qəbələ dünyanın mədəniyyət mərkəzinə çevriləcək və burada bəşəriyyətin ən gözəl klassik əsərləri korifey sənətkarların canlı ifasında dinləniləcək”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

