Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Banqladeş rəsmisi: Azərbaycanda skautinqin inkişafı üçün hər cür şərait var

Banqladeş rəsmisi: Azərbaycanda skautinqin inkişafı üçün hər cür şərait var

18.08.2017 [09:50]

Azərbaycanda skautinqin inkişafı üçün hər cür şərait var. Bu sahənin Azərbaycanda inkişafı ölkənin turzim imkanlarının genişlənməsinə, turistlərin sayının artmasına xidmət edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Banqladeşin Fövqəladə Hallar və Xilasetmə Nazirliyinin katibi Şah Kamal deyib.
Ölkəmizə ilk dəfə səfər etdiyini deyən banqladeşli qonaq bildirib ki, Azərbaycanın çox gözəl təbiəti var. Qəbələ və Bakı ilə tanış olmaq imkanım olub. Paytaxtınızın möhtəşəm görüntüsü məni heyran etdi. Xəzər dənizi isə Bakının gözəlliyinə əlavə rəng qatır. Ümid edirəm ki, növbəti illərdə yenidən Azərbaycana gəlib istirahət etmək imkanım olacaq.
“Banqladeşdə skautinqin inkişafı üçün dövlət tərəfindən müəyyən addımlar atılır. Azərbaycanda da dövlət qayğısını hiss etdim. Ölkə skautları üçün hər cür şərait yaradılıb. Dünya Skaut Konfransının Bakıda möhtəşəm təşkili bu qayğının bariz nümunəsidir”, - deyə Şah Kamal əlavə edib.

Paylaş:
Baxılıb: 456 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31