Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Kamerun Skaut Assosiasiyasının rəsmisi: Bakı konfransı skautinqin inkişafına təkan verəcək

Kamerun Skaut Assosiasiyasının rəsmisi: Bakı konfransı skautinqin inkişafına təkan verəcək

19.08.2017 [09:40]

Bakıda təşkil olunan Dünya Skaut Konfransı skautinqin inkişafına təkan verəcək. Burada müzakirə olunan mövzular və skautların yeni ideyalarla çıxış etmələri skautinqin yeni inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 41-ci Dünya Skaut Konfransının iştirakçısı, Kamerun Skaut Assosiasiyasının İdarə Heyətinin üzvü Nathaniel Likabi deyib.
Bakı konfransında mühüm qərarların qəbul olunduğunu bildirən kamerunlu skaut ölkəsində bu sahənin inkişafı üçün mühüm addımların atıldığını diqqətə çatdırıb.
“Bakı gözəlliyi ilə məni heyran etdi. Modern üslubda tikilən binalar isə göz oxşayır. Tədbirin təşkil olunduğu Bakı Konqres Mərkəzini və Heydər Əliyev Mərkəzini xüsusi vurğulamaq istərdim. Paytaxtınızın gecə görüntüsü möhtəşəmdir. Xəzər dənizi isə Bakının gözəlliyini daha da artırır”, - deyə Nathaniel Likabi əlavə edib.

Paylaş:
Baxılıb: 674 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31